Dalamaz

Vikipediya, azad ensiklopediya
(Lamium səhifəsindən yönləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Dalamaz
Elmi təsnifat
Beynəlxalq elmi adı

Dalamaz (lat. Lamium) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi.

Botaniki xarakteristikası

[redaktə | vikimətni redaktə et]

Bir, iki, yaxud çoxillik otlardır; yarpaqları dişli və bütövdür. Çiçəkləri ağ, çəhrayı, yaxud qırmızıdır, yuxarı yarpaq qoltuqlarında yerləşən yalançı süpürgə çiçək qrupunda toplaşmışdır. Meyvəsi dördtilli fındıqcadan ibarətdir. Avropa, Asiya (tropik qurşaqdan başqa) və Şimali Afrikada 40–50 növü məlumdur. Azərbaycanda 5 növü bitir. Ağ dalamaz və gövdəniqucaqlayan dalamaz geniş yayılmış alaqdır. Tərkibində aşı maddəsi, saponin, askorbin turşusu, efir yağı və s. olduğu üçün xalq təbabətində istifadə edilir. Balverəndir.

Gövdəsi sürünən, qol-budaqlı olur. Yarpaqları diş-diş tünd yaşıl rəngdədir və mərkəzi damarcığın boyunca gümüşü ləkələr var. Yalançı çiçək göbəsində ağ, çəhrayı və purpur (al-qırmızı) rəngli çiçəkləri olur.

Heterotipik sinonimləri

[redaktə | vikimətni redaktə et]
  • Galeobdolon Adans.
  • Lamiastrum Heist. ex Fabr.
  • Lamiella Fourr.
  • Lamiopsis Opiz
  • Orvala L.
  • Pollichia Schrank
  • Psilopsis Neck.
  • Wiedemannia Fisch. & C.A.Mey.