Lorin
Lorin | |
---|---|
Loreen | |
| |
Ümumi məlumatlar | |
Doğum adı | Lorin Zeynəb Nora Təlhavi |
Ləqəbi | Lorin |
Doğum tarixi | 16 oktyabr 1983[1] (41 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni, aktrisa, televiziya aparıcısı, səsləndirmə aktrisası[d] |
Fəaliyyət illəri | 2004-cü ildən |
Janr | |
Musiqi alətləri | piano, gitara |
Albom şirkəti | Warner Music Sweden |
loreenofficial.com | |
Vikianbarda əlaqəli mediafayllar |
Lorin Zeynəb Nora Təlhavi (İsveçcə: Lorine Zineb Nora Talhaoui; 16 oktyabr 1983[1], Danderyud[d], İsveç[1]) — Mərakeş əsilli İsveç müğənnisi. 2 dəfə Avroviziya Mahnı Müsabiqəsi qalibidir. Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində iştirak edən musiqiçi "Euphoria" adlı mahnı ilə ölkəsini təmsil etmiş və 372 balla müsabiqənin qalibi olmuşdur. Musiqi ilə yanaşı müğənni eyni zamanda İnsan hüquqlarının qorunması üçün siyasi fəaliyyət göstərir. Səyahət etdiyi müxtəlif ölkələrdə Lorin ölkənin siyasi məhbusları, insan haqqları fəalları ilə görüşlər keçirmişdir. O, 2023-cü ildə "Tattoo" mahnısı ilə İsveçi ikinci dəfə 2023 Avroviziya Mahnı Müsabiqəsində təmsil edərək 583 balla yenə birinciliyi əldə edib.
Həyatı
[redaktə | vikimətni redaktə et]Lorin Zeynəb Nora Təlhavi 16 oktyabr 1983-cü ildə İsveçin paytaxtı Stokholm şəhərində doğulub. Lorinin valideynləri Mərakeş immiqrantlarıdır. Uşaq vaxtı Lorin valideynləri ilə Vesterosa köçdü. O, yeniyetməlik illərinin çoxunu şəhərin Qrıta yaşayış massivində keçirib.
Musiqi karyerası
[redaktə | vikimətni redaktə et]İsveç tamaşaçısı Lorini ilk dəfə ölkədə keçirilən "Idol 2004" müsabiqəsində Lorin Təlhəyi kimi tanımağa başlamışdır. Lorin həmin müsabiqədə 4-cü yeri qazanmışdı. Bu uğurun ardınca Lorin İsveçdə bir neçə televiziya proqramlarında aparıcı və eyni zamanda prodüser kimi fəaliyyət göstərməyə başlamışdır.
2011-ci ildə Lorin İsveçin ən böyük musiqi festivalı olan Melodifestivalen mahnı müsabiqəsinə qatıldı. Bu illər sonra (2005–2011) Lorinin qatıldığı ikinci böyük layihə idi. "My Heart is Refusing Me" adlı mahnı ilə müsabiqədə iştirak edən müğənni final mərhələsinə adlaya bilməmişdi. Müsabiqədəki uğursuz nəticəyə baxmayaraq mahnı 1 il ərzində İsveçdə ən çox qulaq asılan mahnılardan biri olmuşdur.
2012-ci ildə Lorin Melodifestivalenə geri dönüş etdi. Bu dəfə Lorinin ifa etdiyi mahnı Tomas Gison və Peter Boström tərəfindən bəstələnmiş "Euphoria" idi. Təqdim olunduğu andan Avropa hit paradlarında ilk pillələrdə yer alan mahnı Lorinə müsabiqədə 268 xalla qələbə qazandırdı və beləliklə Lorin "Euphoria" mahnısı ilə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsində İsveçi təmsil etmək haqqı qazandı. Müsabiqənin ikinci yarımfinalından mübarizəyə qoşulan Lorin yarımfinalda 181 xalla qələbə qazanaraq final mərhələsinə adladı. Finalda müsabiqədə iştirak edən 42 ölkədən 40-ı "Euphoria"ya səs vermiş və toplamda 372 xalla İsveç 2012 Avroviziya Mahnı Müsabiqəsinin qalibi elan edilmişdi. Bunun ardınca Lorin 2012 MTV Europe Music Awardsda İsveçin ən yaxşı müğənnisi adına layiq görüldü.
Avroviziya 2012-də qələbə qazanaraq müsabiqəni ölkəsinə gətirən Lorin Malmödə keçirilən 2013 Avroviziya Mahnı Müsabiqəsində interval aktı olaraq çıxış etmişdir. "Euphoria" ilə bərabər yeni mahnısını ("We Got the Power") Avropa izləyicisinə təqdim etmişdir.
30 noyabr 2016-cı il tarixində Lorinin yenidən 2017-ci ildə Melodifestivalenə geri dönəcəyi öz təsdiqini tapdı. "Statements" adlı mahnı ilə müğənni müsabiqədə ikinci dəfə qələbə qazanmaq uğrunda mübarizə aparır[2], amma qalibiyyət əldə edə bilmir. 2023-cü ildə Lorin yenə Melodifestivalenə dönür və bu dəfə "Tattoo" mahnısı ilə o yenə müsabiqənin qalibi olur. Bununla da Liverpulda keçirilən 2023 Avroviziya Mahnı Müsabiqəsində İsveçi ikinci dəfə təmsil edərək yenə müsabiqənin qalibi olur. Lorin Avroviziya tarixində yarışmada iki dəfə birinciliyi əldə edən ilk qadın ifaçı və Conni Loqandan sonra ikinci artistdir ki, müsabiqənin ikiqat qalibi olub. .
Albomlar
[redaktə | vikimətni redaktə et]- 2012 – Heal
- 2017 – Ride
Əvvəlki: Ell & Nikki |
Avroviziya Mahnı Müsabiqəsi qalibi 2012 |
Sonrakı: Emmili de Forest |
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Talhaoui, Lorine Zineb Noka // Sveriges befolkning 2000 (швед.). Sveriges Släktforskarförbund, 2020.
- ↑ "Melodifestivalen 2017 Participants Revealed". Eurovoix.com. 2017-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 noyabr 2016.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |