Məmməd Araz
Məmməd Araz | |
---|---|
Doğum adı | Məmməd İnfil oğlu İbrahimov |
Doğum tarixi | 14 oktyabr 1933 |
Doğum yeri | |
Vəfat tarixi | 1 dekabr 2004 (71 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Uşağı | |
Təhsili | |
Fəaliyyəti | şair |
Əsərlərinin dili | Azərbaycan dili |
Mükafatları |
|
memmedaraz.az |
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı.
Həyatı
[redaktə | vikimətni redaktə et]Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur.
Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib. Xidmətlərinə görə Azərbaycan Respublikasının İstiqlal ordeni (1995), bir medalla və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif edilmişdir. Hacı Zeynalabdin Tağıyev adına milli mükafatın laureatıdır (1992). 1993-cü ildən onun adına "Məmməd Araz" mükafatı təsis olunmuşdur .
2004-cü ilin 1 dekabrında Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.
Azərbaycan Milli İstiqlal Partiyasının baş katibi Əli Orucovun dediyinə görə Məmməd Araz Azərbaycan Milli İstiqlal Partiyasının üzvü olmuşdur.[1]
Ailəsi
[redaktə | vikimətni redaktə et]- Publisist İradə Tuncayın atasıdır.
- Yazıçı-jurnalist Millət Vəkili Aqil Abbasın qaynatasıdır.
- Şair Rəhilə Elçinin əmisidir.
Mükafatları
[redaktə | vikimətni redaktə et]- "Azərbaycan Respublikasının xalq şairi" fəxri adı — 7 dekabr 1991[2]
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 19 oktyabr 1984
- "Azərbaycan SSR əməkdar mədəniyyət işçisi" fəxri adı — 30 iyul 1979[3]
- "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adı — 4 iyun 1992[4]
- Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 ("Azərbaycan" və "Ulduz" jurnallarında çap olunmuş şerlər silsiləsinə görə)
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 1975, 1982
- "İstiqlal" ordeni — 15 aprel 1995
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 11 iyun 2002[5]
Əsərləri
[redaktə | vikimətni redaktə et]- Sevgi nəğməsi. Bakı: Azərnəşr, 1959, 68 səh.
- Üç oğul atası. Bakı: Uşaqgəncnəşr, 1961, 63 səh.
- Araz axır. Bakı: Azərnəşr, 1964, 76 səh.
- Mən səni taparam. Bakı: Azərnəşr, 1963, 59 səh.
- Anamdan yadigar nəğmələr. Bakı: Azərnəşr, 1966, 152 səh.
- Ömür karvanı. Bakı: Azərnəşr, 1967, 136 səh.
- İllərdən bəri. Bakı: Gənclik, 1969, 114 səh.
- Qanadlı qayalar. Bakı: Azərnəşr, 1973, 190 səh.
- Atamın kitabı. Bakı: Gənclik, 1974, 168 səh.
- Həyatın və sözün rəngləri. Bakı: Gənclik, 1975, 135 səh.
- Oxucuya məktub. Bakı: Gənclik, 1978, 234 səh.
- Aylarım, illərim. Bakı: Yazıçı, 1979, 224 səh.
- Dünya sənin, dünya mənim. Bakı: Yazıçı, 1983, 310 səh.
- Seçilmiş əsərləri (bircildlik). Bakı: Azərnəşr, 1986
- Dünya düzəlmir. Bakı: "Azərbaycan" nəşriyyatı, 1992, 81 səh.
- Daş harayı. Bakı: Yazıçı, 1993, 254 səh.
- Qayalara yazılan səs. Bakı: Azərnəşr, 1994
- Yol ayrıcında söhbət. Bakı: "Azərbaycan" nəşriyyatı, 1997, 318 səh.
- Sənətdə son mənzil olmur. Bakı: "Adiloğlu" nəşriyyatı, 2001, 440 səh.
- Ağlayan qayalar. Bakı: "Araz" nəşriyyatı, 2002, 144 səh.
- Vətən deyin. Bakı: "Adiloğlu" nəşriyyatı, 2003, 149 səh.
- Əsgər andı. Bakı: "Araz" nəşriyyatı, 2003, 98 səh.
- Seçilmiş əsərləri (dörd cilddə). I c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 337 səh.
- Seçilmiş əsərləri (dörd cilddə). II c. Bakı: "Ozan nəşriyyatı, 2003, 360 səh.
- Seçilmiş əsərləri (dörd cilddə), III c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 376 səh.
- Seçilmiş əsərləri (dörd cilddə), IV c. Bakı: "Ozan" nəşriyyatı, 2003, 365 səh.
Tərcümələri
[redaktə | vikimətni redaktə et](ruscadan)
- S. V. Mixalkov. Foma. Bakı: Azərnəşr, 1964, 16 səh.
- G. Ağacanyan. Narahat ürək. Bakı: Gənclik, 1974, 83 səh.
- M. Svetlov. Şeirlər. Bakı: Azərnəşr, 1975, 204 səh.
- N. A. Nekrasov. Rus qadınları. Bakı: Yazıçı, 1983, 124 səh.
- Ocaq başında (dünya şairlərinin şeirləri). Bakı: Yazıçı, 1988, 241 səh.
Xatirəsi
[redaktə | vikimətni redaktə et]Məmməd Arazın adının əbədiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidenti iki dəfə Sərəncam imzalayıb. Bakının "Gənclik" metro stansiyası yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsi bundan sonra Məmməd Arazın adını daşıyacaq.[6]
27 sentyabr 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır.[7]
2013-cü ildə Azərbaycan televiziyasında istehsal edilmiş Araz şairi adlı qısametrajlı sənədli televiziya filmi həsr olunmuşdur.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Arxivlənmiş surət". 2021-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-23.
- ↑ M. İ. İbrahimov (Məmməd Araz) yoldaşa "Azərbaycan Respublikasının xalq şairi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2021-08-19 at the Wayback Machine (az.)
- ↑ Respublikanın ədəbiyyat xadimlərinə Azərbaycan SSR fəxri adlarının verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine
- ↑ "Azərbaycan Respublikasının əməkdar təbiəti mühafizə işçisi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Arxivləşdirilib 2022-03-27 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). e-qanun.az. 7 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2019.
- ↑ "Arxivlənmiş surət". 2013-03-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-09.
- ↑ "Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 27.03.2019. 2021-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-05.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- 14 oktyabrda doğulanlar
- 1933-cü ildə doğulanlar
- Şahbuz rayonunda doğulanlar
- 1 dekabrda vəfat edənlər
- 2004-cü ildə vəfat edənlər
- 71 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunları
- Azərbaycan Respublikasının xalq şairləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- Azərbaycan SSR əməkdar mədəniyyət işçiləri
- Azərbaycan SSR Dövlət mükafatı laureatları
- "İstiqlal" ordeni ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- Azərbaycan şairləri
- Azərbaycanlı şairlər
- Azərbaycanlı tərcüməçilər
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- Azərbaycan Milli İstiqlal Partiyasının üzvləri
- XX əsr Azərbaycan şairləri