Panzer IV
Panzerkampfwagen IV, kimi tanınan tank, Nasist Almaniyası tərəfindən 1930-cu ilin sonlarında düzəldilməyə başlandı. İkinci dünya müharibəsində ən çox istifadə olunan tanklardan biridir.
Əvvəllər Piyadaya dəstək məqsədilə istehsal olunan tank, sonralar Panzer III tankının şərq cəbhəsində T-34 tanklarına qarşı heç bir şansı olmamasından Panzer IV tankına daha böyük toplar taxılaraq, Şərq cəbhəsində tanklara qarşı istifadə olundu. Amma bu müvəqqəti olduğundan Almanlar Panther tankını istehsal etməyə başladılar.
Panzerkampfwagen IV | |
---|---|
| |
Tipi | Orta Sinif Tank |
Ölkə | |
İstismar tarixçəsi | |
İstismar illəri | 1939 - 1967 |
İstismara başlanması | 1939 |
İstismar edənlər | İspaniya |
Əsas istismarçı | Nasist Almaniyası |
İstifadə edilən döyüşlər | |
İstehsal tarixçəsi | |
Konstruktor | Krupp |
Konstruksiya tarixi | 1936 |
İstehsalçı | Krupp, Steyr-Daimler-Puch |
İstehsal illəri | 1939-1945 |
Vahidinin qiyməti | 103,462 Reichsmark |
Variantları | Ausf. A, Ausf. B, Ausf. C, Ausf. D, Ausf. F, Ausf. E, Ausf. G,Ausf. H, Ausf. J, Ausf. F1, Ausf. F2 |
Xüsusiyyətləri | |
Ağırlığı | 25.0 ton |
Zireh | 10-80 mm |
Mühərrik | 12 silindirli Maybach HL 120 TRM V12 |
Sürət | Yolda 42 km/s,Ərazidə 16 km/s |
Mühərrik gücü | 300 PS (296 Kw,220 Kw) |
Məsafə | 200 km |
Əsas silah | 7.5 cm (2.95) KwK 40 L/48 əsas silahı |
Köməkçi silah | 2 ədəd 7.92 MG 34 |
Uzunluğu | 5.92 metr |
Eni | 2.88 metr |
Hündürlüyü | 2.68 metr |
Vikianbarda əlaqəli mediafayllar |
Dizayn
[redaktə | vikimətni redaktə et]Panzer IV tankını 1936-cı ildə tanınmış alman general Heinz-Guderian dizayn etmişdir. Piyadalara dəstək məqsədilə dizayn olunan tank, digər tanklara qarşı çox effektiv idi. 1941-də qarşısına ilk dəfə çıxan T-34 tankına qarşı effektivliyi azaldı. MAN, Krupp və Rheinmetall-Borsig şirkətləri öz konstruksiyalarını iləri sürdü. Ancaq istehsalın daha effektiv olması üçün Krupp dizaynı seçildi. Nəticədə, Krupp şirkətinə istehsal üçün tapşırıq verildi.
İstehsalı
[redaktə | vikimətni redaktə et]Polşa işğalından əvvəl sadəcə 262 ədəd Panzer IV istehsal olunmuşdu.Sonralar Almanlar Avstriyadakı Steyr-Daimler-Puch fabrikində tankı istehsal etməyə başladılar. 1941-ci ildə 462 tank Vermaxtın xidmətinə verildi. 1942, 1943, 1944 illərində istehsal sayı yaxşı olsa da, 1945 tarixində Müttəfiqlərin bombardımanı nəticəsində bu rəqəm 55 qədər tanka düşmüşdü.
Müharibədə Rolu
[redaktə | vikimətni redaktə et]Müharibədə Vermaxtın 30% müharibə gücünü təşkil edən tank, həmişə bütün müharibələrdə və planlarda istifadə olundu və bütün müharibə boyu istehsalı dayanmadı. Afrika cəbhəsində geniş istiadə olunan tank, əsasən, xüsusi çöl kamuflyajı ilə istifadə edilirdi.