Pol Avenel

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Pol Avenel
Doğum tarixi 9 oktyabr 1823(1823-10-09)[1][2]
Vəfat tarixi 14 aprel 1902(1902-04-14)[1][2][…] (78 yaşında)
Fəaliyyəti jurnalist, şair, dramaturq, librettoçu, yazıçı
Əsərlərinin dili fransız dili
Mükafatları Müqəddəs Mavrikiy və Lazar ordeni kavaleri
Vikimənbənin loqosu Pol Avenel Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Pol Avenel (fr. Paul Avenel; 9 oktyabr 1823[1][2]14 aprel 1902[1][2][…]) — Fransa yazıçısı, şairi, qoqetyesi və mahnı müəllifi, dramaturqu və jurnalisti. Tarixçi Jorj Avenelin böyük qardaşıdır.

Gəncliyində kommersiya fəaliyyətinə hazırlaşsa da, sonra özünü tamamilə ədəbiyyata həsr etmişdir. Avenelin ədəbi fəaliyyəti çox müxtəlifdir. Qəzet yazışmaları və qəzetlərdə dramaturgiya sənətinə dair felyetonlarla başlayan Avenel tezliklə çoxsaylı teatr tamaşalarının, romanların və şeirlərin müəllifi kimi ad çıxarmışdır. Onun "Alcôve et boudoir" (1855) adlı şeir və şeirlər toplusu əxlaqsızlığa görə məhkəmə qərarı ilə müsadirə olunmuş, lakin 1885-ci ildə yenidən nəşr edilmişdir. Ən böyük uğuru onun "Chanson politiques" adı ilə çıxan siyasi mövzularda mahnıları, İkinci imperiya hadisələri haqqında satira əsəri idi. Bu toplu üzə çıxanda Viktor Hüqo müəllifə yazırdı: "Nəğmə kitabındakı şairi təbrik edirəm, şairdəki vətəndaşı salamlayıram".[3]

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Archivio Storico Ricordi. 1808.
  3. Авенель, Поль // Еврейская энциклопедия Брокгауза и Ефрона. — СПб., 1908—1913.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]