Qalxan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qalxan – ox, qılınc və başqa silahlardan qorunmaq üçün bir savaş vasitəsidir. Ən köhnə qalxanlar ağacdan düzəlirdi, lakin daha sonra dəmir, polad və başqa materiallardan da istifadə edilirdi. Müasir zamanda gülləkeçirməz şüşədən düzələn qalxanlara da rast gəlmək olar.

Qalxanlar qədim zamanlarda meydana çıxmış, lakin son orta əsrlərdə zirehlərin təkmilləşdirilməsi və qılıncoynatmaların inkişafı səbəbindən onların əhəmiyyəti azalmışdır. Odlu silahların yayılması ilə qalxanlar tədricən döyüş əhəmiyyətini itirmişdir. Lakin sonrakı dövrdə Avropa ölkələrində dekorativ qalxanların istehsalına başlanılmışdır. (Bunlar orta əsr qalxanlarının bənzəri idi, lakin praktiki istifadə üçün nəzərdə tutulmamışdı - əsasən aristokratların qalalarında və saraylarında otaqların bəzədilməsinə xidmət edirdi). Birinci Dünya müharibəsi zamanı, mövqe savaşı şəraitində, piyadaları qorumaq üçün yenidən metal qalxanlar geniş yayılmışdır. Son zamanlar hüquq-mühafizə orqanlarının xüsusi birləşmələrində küçə asayişi, kiçik hücum hərəkətləri və s. bərpa edilərkən qalxanlardan istifadə olunur.

Tarixi və təsnifatı

[redaktə | vikimətni redaktə et]

Qalxanlar bəşəriyyətə qədim zamanlardan məlumdur, onlar Avstraliya aborigenlərinin, buşmenlərin, Amerika hindularının qayaüstü rəsmlərində əksini tapmışdır. Lakin qalxanlara Paleolit ​​dövründə (12-15 min il və ondan əvvəl) rast gəlinmir. Tarixi qalxanları təxminən beş növə bölmək olar: ibtidai, qədim, kiçik (qılıncoynatma), adi və böyük (stasionar).