Qarabağlı (Salyan)
Qarabağlı | |
---|---|
39°46′17″ şm. e. 48°58′06″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Salyan rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Vikianbarda əlaqəli mediafayllar |
Qarabağlı — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Tarixi
[redaktə | vikimətni redaktə et]Rayon mərkəzindən 28 kilometr məsafədə yerləşən Qarabağlı kəndinin maraqlı tarixi var. Tarixi mənbələrdə göstərilir ki, Qarabağlı kəndi əsasən 1698–1700-cü illərdə Ağdam rayonunun Abdal və Gülablı kəndindən köçən ailələr tərəfindən formalaşmışdır. Bu fakt Qarabağlı kənd qəbristanlığında olan hicri tarixi ilə yazılmış baş daşlarında olan əski əlifba ilə yazılan yazılardan məlum olur. Sonradan 1845-ci illərdən, 1905-ci illərədək Şamaxıdan Kolanı tayfalarının bir hissəsi həm susuzluqdan bu ərazilərə yerləşmiş, həm də qışlaqlarını burada salmışdır. 1948-ci ildə isə Stalinin əmri ilə Qərbi Azərbaycandan, yəni Ermənistanın Əzizbəyov rayonundan (keçmiş Dərələyəz mahalı, 18-ci əsrdə Qarababa adlanan sonralar Paşalı adlanan, əsasən Terp (Tarixi mənbələrdə Derp) və Tarp kəndləri) buraya 80–90 ailə köçürülmüş və burada onlara yaşayış evləri tikilmişdir.[mənbə göstərin]
Əhali üzrə inzibati bölgü
[redaktə | vikimətni redaktə et]Qarabağlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə daxil olan kəndlər. 2009-cu il əhalinin siyahıyaalınması məlumatları əsasında Qarabağlı kəndinin cəmi əhalisi 8367 nəfər olub.
Təhsil
[redaktə | vikimətni redaktə et]15 sentyabr 2012-ci il tarixində rayonun Qarabağlı kəndində 480 şagird yerlik tam orta məktəb binasının açılıb. Ümumilikdə Qarabağlı inzibati vahidliyində 4 təhsil ocağı var. Qarabağlı-1 və Qarabağlı-2 saylı tam orta məktəb Qarabağlı kəndində yerləşir. Kolanı və Təzəkənd kəndlərində isə ümumi orta məktəb və bir Uşaq bağçası fəaliyyət göstərir.
Səhiyyə xidməti
[redaktə | vikimətni redaktə et]Qarabağlı Kənd həkim məntəqəsinin 15 nəfər tibb işçisi var. Rayon mərkəzindən 32 km aralıda yerləşir. Əhalisi 5236 nəfərdir. Gomuşçu Kənd həkim məntəqəsi. 8 nəfər işçisi var. Əhalisi 3216 nəfərdir. Kolanı Kənd tibb məntəqəsi. 2 nəfər tibb işçisi var. Əhalisi 1040 nəfərdir. Təzəkənd Kənd tibb məntəqəsi. 3 nəfər tibb işçisi var. Əhalisi 1857 nəfərdir.
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Qarabağlı kəndində Şəhid Bəxtiyar Ağayev adına Mədəniyyət evi və bir neçə klub fəaliyyət göstərir.
İdman
[redaktə | vikimətni redaktə et]Təbii aləmi, təbiəti və iqlimi
[redaktə | vikimətni redaktə et]Kəndin yerləşdiyi Kür qırağı Şirvan düzünün yarım səhra iqlimi buraya xarakterikdir. Qarabağlı kəndi ilə Kərimbəyli kəndi arasında xalq arasında "Axmaz" gölü kimi tanınan şor sulu göl yerləşir. Bu göl əvvəllər Kür çayınıda daşqınlar zamanı yaranmışdır.Bu göldə və ətrafındakı qamışlıq ərazilərdə müxtəlif növ balıq, çaqqal, qunduz, su mışı, tısbağa, vağ, qarabataq, qaşqaldaq, cüllüt, çöl ördəyi, qışlamaq üçün gələn köçəri quşlar və sair məskunlaşıb.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et] Salyan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |