Ryanair

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Ryanair"
IATA
FR
ICAO
RYR
Çağırış adı
RYANAIR
Təsis olunub 1985
Fəaliyyətə başlayıb 1985
Mərkəz hava limanı Dublin Hava Limanı
Donanma ölçüsü 303
Təyinat məntəqələri 179
Qərargahı Dublin İrlandiya
Rəhbər {{{Mikael O'Leari}}}
Əməliyyat mənfəəti
  • 1.442.600.000 € (2022)[1]
Gəlir
  • 10.775.200.000 € (2022)[1]
Xalis mənfəət
  • 1.313.800.000 € (2022)[1]
Ümumi aktivlər
  • 12.360.000.000 € (2018)
Ümumi kapital
  • 4.469.000.000 € (2018)
İşçi sayı
  • 27.000 nəf. (2024)[2]
Saytı ryanair24.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ryanair Ltd. (NASDAQ: RYAAY) — İrlandiyanın ucuzqiymətli hava yolları şirkətidir. Qərargahı Dublin Hava Limanında yerləşir.

Ryanair 300-dən çox Boeing 737-800 tipli təyyarələrdən istifadə edir.[3] Bu hava yolları sürətlə inkişaf edərək, Avropada ən iri ucuzqiymətli hava yolları səviyyəsinə qalxmışdır. Uçuş istiqamətləri əsasən Avropa və Şimali Afrika ölkələrinədir.[4]

ATR-42 1991-ci ildə

Təsis ediləndən bu yana, Ryanair kiçik hava yollarından hal hazırda ən iri hava yollarına çevrilmişdir. Ryanairin 8500 nəfər işçi qüvvəsi və 1200 nəfər pilot işçiləri vardır.

1997-ci ildə artıq şəxsi idarəyə keçən Ryanair sürətlə inkişaf etməyə başladı. Hava yollarına xeyli məbləğdə pullar yatırldı.

Ryanair 1985-ci ildə Kristofer Ryan, Liam Lonerqan və Toni Ryan tərəfindən təsis edilmişdir.[5] Hava yollarının ilk təyyarəsi 14 oturacaqlı Embraer Bandeirante tipli təyyarə olmuşdur. Bu təyyarə ilk uçuşunu Vaterforddan Londona həyata keçirmişdir.[6]

1986-cı ildə şirkət ikinci istiqamətini əlavə etdi. Bu DublindənLondona oldu. Bu zamanlar İngiltərə-İrlyandiya uçuşları bazarında Britaniya Hava YollarıAer Lingus fəaliyyət göstərirdi.

Ryanairin təyyarə parkında 1988-1993 illəri arasında istifadə olunan BAC 1-11

1992-ci ildən etibarən Avropa İttifaqı hava yollarına Avropanın digər ölkələrinə uçma icazəsi verir. Bu Ryanairin inkişafı üçün böyük bir imkan olmuşdur.[7] Bu hadisədən bəhrələnərək, uçma istiqamətlərinə Stokholm, Paris-Bueva və Brüssel yaxınlığında yerləşən Şarleroi əlvə olunur. 1998-ci ildə edilən yatırımlar sayəsində Ryanair 45 yeni Boeing 737-800 tipli təyyarələrini sifariş edir.[8]

Hava yollarının rəsmi saytı 2000-ci ildə fəaliyyətə başlayır. Onlayn bilet almaq üsulu təyyarə biletinə sərf edilən məbləğini aşağı saldı.

Şarleroi 2001-ci ildə Ryanairin yeni bazası seçilir. Həmin ildə Ryanair 155 yeni Boeing 737-800 təyyarəsini sifariş edir.[9] 2003-cü ildə 100 yeni təyyarə sifariş etdi.

İlk illərdə 700 000-dən az sərnişin daşıyan şirkət, 2003-cü ildə bu göstərici 21.4 milyona yüksəlmişdir. Çoxlu istiqamətlərin və bazaların əlavə edilməsi nəticəsində şirkətin sərnişindaşıma sayı xeyli artaraq Ryanairi Avropanın ən iri ucuzqiymətli hava yollarına çevirmişdir. 2005-ci ildə Ryanair Britaniya Hava Yollarından 20% daha çox sərnişin daşımışdır.[10]

2007-ci ilin Avqustundan etibarən, Ryanair hava limanında yoxlamanı ödənişli etmişdir. Halbuki, onlayn kontrol pulsuz şəkildə həyata keçirilir.[11]

Şirkətin başçısı Mikael O'Leari 2007-ci ilin Aprelində uzaq məsafəli uçuşların başlanmasını planlaşdırıldığını qeyd etmişdir. Lakin bu başqa brend adı ilə fəaliyyət göstərəcək. Bu hava yollarıda ekonom klass Ryanair kimi ucuzqiymətli, biznes klassın qiyməti isə xeyli yuxarı olacaqdır. Qiymətlərin 10€-dan başlayacağını söylənilmişdir. Yeni hava yolları Avropada yerləşən bazalarından fəaliyyətə başlayacaqdır. ABŞ-da isə 6 yeni bazalar olacaqdır. Yeni şirkətin adı RyanAtlantic olacaq.

2009-cu ilin Fevral ayında Ryanair kontrol masalarının yığışdırılması barədə bəyənat vermişdir. Çantaları təhvil edilən yerə verməklə baqaja yönləndiriləcəkdir. Oktyabr ayında bu artıq gerçəkləşmiş oldu.[12]

31 Avqust 2010 tarixi etibarı ilə Ryanair Belfast şəhərindən bütün aviamarşrutları kəsdi. Hımin ilin Sentyabr ayında isə Şennondan olan uçuşlar hava limanı vergiləri artdığına görə azaldılmışdır.[13] Buna baxmayaraq, şirkət Larnakanı marşrut siyahısına əlavə etdi.

Sentyabr ayında Ryanair Estoniyanın paytaxtı Tallindən 7 yeni marşrut açacağını bəyan etdi.

Uçuş istiqamətləri

[redaktə | vikimətni redaktə et]
Mərakeş Mərakeş
Ryanair Mançesterdə
Berlin Şönefeld Hava Limanı
Peskara Hava Limanı
Avstriya Avstriya
Belçika Belçika
Bolqarıstan Bolqarıstan
Xorvatiya Xorvatiya
Kipr Kipr
Çexiya Çexiya
Danimarka Danimarka
Estoniya Estoniya
Finlandiya Finlandiya
Fransa Fransa
Almaniya Almaniya
Yunanıstan Yunanıstan
Macarıstan Macarıstan
İrlandiya İrlandiya
İtaliya İtaliya
Latviya Latviya
Litva Litva
Malta Malta
Monteneqro Monteneqro
Niderland Niderland
Norveç Norveç
Polşa Polşa
Portuqaliya Portuqaliya
Rumıniya Rumıniya
Slovakiya Slovakiya
İspaniya İspaniya
İsveç İsveç
 Böyük Britaniya

Təyyarə parkı

[redaktə | vikimətni redaktə et]
Ryanair Təyyarə Parkı
Aircraft Fəaliyyətdə Sifarişlər Sərnişinlər
(Ekonom)
Qeyd
Boeing 737–800 303 175[14] 189 2014-18-ci illərdə təyyarə parkına əlavə olunacaq, 75 dənə köhnə təyyarələr istifadədən çıxarılacaq.
  1. 1 2 3 İllik hesabat. 2023.
  2. https://investor.ryanair.com/wp-content/uploads/2024/06/Ryanair-2024-Annual-Report.pdf.
  3. "Ryanair Fleet Details and History – Planespotters.net Just Aviation". 2021-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-11.
  4. "Arxivlənmiş surət". 2015-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-07-03.
  5. Fottrell, Quentin. "The rise and rise of Ryanair". THE POST.IE. 6 June 2004. 26 January 2005 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 18 December 2006.
  6. "Tony Ryan Obituary". airlineworld.wordpress.com. 4 October 2007. 28 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2013.
  7. "Ryanair Holdings plc – Company History". Fundinguniverse.com. 4 March 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2011.
  8. "About Us". Ryanair.com. 2011-09-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-02-15.
  9. "Ryanair in Boeing spending spree". BBC News. 24 January 2002. 24 February 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 July 2012.
  10. "About Us". Ryanair.com. 4 October 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 December 2011.
  11. "Ryanair to charge for airport check-in". Flight International. 24 August 2007. 6 December 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 July 2013.
  12. "Ryanair to abolish check-in desks". BBC Online. 21 February 2009. 24 February 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 January 2010.
  13. "O'Leary claims Shannon 'dying on its feet' as Ryanair cuts flights by 21%". The Irish Examiner. 6 January 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 October 2010.
  14. 19 June 2013. "Boeing signs $15.6 billion landmark order with Ryanair". Reuters. 2013-07-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-19.