Sərbəst kükürd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sərbəst kükürd
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
S[1]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d][2]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sərbəst kükürd – α-S — Rombik sinqoniya. Mineralların rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Növ müxtəliflikləri

[redaktə | vikimətni redaktə et]

Arsenli kükürd, selenli kükürd (volkanit – 5 %-dək Se)

Rəng – qarışıqlardan asılı olaraq müxtəlif çalarlı sarı, qırmızımtıl, qonur, qara, nadir hallarda südlü-ağ və mavi; Mineralın cizgisinin rəngi – samanı-sarı; Parıltı – şüşə parıltısından yağlıyadək; Şəffaflıq – şəffaf, yarımşəffaf; Sıxlıq – 2,05-2,09; S – 1,5-2; Ayrılma – {001}, {110} və {111} üzrə qeyri-mükəmməl; Bölünmə – {111} üzrə; Sınıqlar – qeyri-düzgün, yarımqabıqlı; Başqa xassələr – kövrəkdir; yaxşı istilik izolyatorudur, yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: tez-tez rast gəlir: kəsik-dipiramidal, piramidal, bəzən pinakoidal, rombotetraedrik; İkiləşmə: {101}, {110}, {011} üzrə; Mineral aqreqatları: sıx dənəvər kütlələr, torpaqvarı yığınlar, druzalar, fırçalar, stalaktitlər, stalaqmitlər, qabıqlar, qaysaqlar, başqa minerallar üzrə psevdomorfozalar.

Mənşəyi və yayılması

[redaktə | vikimətni redaktə et]

Müxtəlif proseslər nəticəsində əmələ gəlir, lakin mineralın sənaye əhəmiyyətli yığınları vulkanik fəaliyyətlə, biogen-çökmə proseslərlə və ilkin sulfidlərin oksidləşməsi ilə əlaqədardır. Vulkanik mənşəli kükürd adətən solfatar və fumarollardan sublimasiya məhsulu kimi çökür. Bəzən vulkan püskürmələri zamanı ərinti halında ayrılır və vulkanın səthində və ya onun yaxınlığında soyuyaraq axın və örtüklər əmələ gətirir. Sulfid yataqlarının oksidləşmə zonalarında sərbəst kükürd ilkin sulfidlərin pozulması zamanı kristallaşır. Mineralın çox vaxt bitumlu çöküntülərdə yerləşən və biogen-çökmə əmələgəlmələrlə təmsil olunan ən böyük yataqlarının formalaşmasında anaerob sulfatreduksiyaedici bakteriyaların və kükürd bakteriyalarının həyat fəaliyyəti böyük rol oynayır. Sərbəst kükürdün tapıntıları neft yataqlarında, duz günbəzlərində, kömürlü daş meteoritlərdə qeyd edilmişdir. Birlikdə rast gəldiyi minerallar: qips, anhidrit, zəy, halit, selestin, kalsit, araqonit,kvars, xalsedon, realqar, auripiqment, antimonit, hemati və b. Mineralın tapıldığı yerlər: Siciliya ad. (İtaliya); Povoljye, Kamçatka, Kuril ad. (Rusiya); Razdol (Ukrayna); Şorsu (Özbəkistan), Qaurdağ, Qara-Qum səhrası (Türkmənistan); Matsuo, Xorobetsu (Yaponiya); TexasLuiziana ştatları (ABŞ); Kopiapo vulkanı (Çili) və b. Azərbaycanda Gümür kükürd (Şahbuz r-nu) və Darrıdağ (Culfa) mərgümüş yataqlarında, Keçəldağ, Lökbatan palçıq vulkanlarında, bəzi qızıl filizi və kolçedan obyektlərinin (Tutqunçay hövzəsi, Filizçay yatağı, Çıraqdərə-Toğanalı filiz sahəsi) oksidləşmə zonalarında və bir sıra digər məntəqələrdə qeyd edilmişdir.

Kimya (sulfat turşusu almaq üçün), sellüloz-kağız, rezin, dəri emalı, farmakologiya kimi sənaye sahələrində, həmçinin zəhərli kimyəvi preparatların, partlayıcı maddələrin, süni liflərin istehsalında, boyaların, kibritin və fişəngin hazırlanmasında və s. istifadə edilir.

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]