Split
Split | |
---|---|
Split | |
43°30′36″ şm. e. 16°26′24″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Sahəsi | 79.38 km² |
Mərkəzin hündürlüyü | 0 ± 1 m |
Əhalisi | |
Əhalisi | 178 102 nəfər (2011) |
Rəqəmsal identifikatorlar | |
Telefon kodu | +385 021 |
Poçt indeksi | 21000[2] |
Nəqliyyat kodu | ST |
Digər | |
split.hr | |
Vikianbarda əlaqəli mediafayllar |
Split — Xorvatiyada şəhər. Dalmatiyanın ən böyük və ən əhəmiyyətli şəhəridir. Splitsko-Dalmatinskaya əyalətinin mərkəzi. Əhalisi təxminən 200.000 nəfərə yaxındır. Balkan yarımadası və Adriatik dənizinin şərq sahilində kiçik bir yarımada üzərində yerləşir. Split Xorvatiyanın Zaqrebdən sonra 2-ci böyük şəhəridir.
Split Dünya YUNESKO-nun Dünya Mədəni İrsi siyahısında 3-cü əsrin sonu, 4-cü əsrin əvvəlində tikilmiş Diokletian Sarayı hesabına 1979-cu ildə girmişdir. Split şəhəri və ətrafı, tarixi tikililəri, Salona Xarabalıqları, Trogir YUNESKO şəhəri, dənizi, portu, 1700 illik Dieklotian sarayı, ticarət dükanları, kafeləri, kruiz limanı, adaları ilə Aralıq Dənizi sahilində çoxlu turistin gəldiyi bir şəhərdir.
Tarixi
[redaktə | vikimətni redaktə et]Split şəhər ərazisində Aspalatos adı ilə ilk olaraq eramızdan əvvəl VII əsrdə Yunanlar tərəfindən salınıb. Sonra müxtəlif vaxtlarda İlliriya (Alban), Yunan, Roma, Bizans, Avar, Slavyan, Monqol, Venesiya, Osmanlı, Avstriya-Macarıstan, Almaniya və sair nəzarəti altında olmuşdur. Splitin taleyi ilk Xristianları qırması ilə anılan Roma hökmdarı Diocletianın 300-cü ildə yay iqamətgahını burada tikdirməsi ilə dəyişmişdir. Ölümündən sonra da Roma imperatorları bu sarayı istifadə etməyə davam ediblər. Romalılar Split yaxınlığındakı Solana koloniyasını tərk etmək məcburiyyətində qaldıqları zaman bu koloniyada yaşayanların hamısını Splitə köçürdüblər.
Əhali
[redaktə | vikimətni redaktə et]Split Xorvatiyanın ikinci böyük şəhəridir. Mərkəz əhalisi 178.192 (165.893 Split) olub (88.37% Katolik və 95,15% Xorvat vətəndaşı) və ətraf ərazilərlə birlikdə təxminən ümumi əhali 470.000 nəfərdir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Şəhər cənubda Adriatik (Aralıq Dənizi), şimalda Adriatik Alp dağları ilə əhatə olunmuşdur.
Split "Kastela Körfəzinin" şərq sahili ilə Split Boğazı arasında olan bir yarımadada qurulub. Bu yarımadanın qərb tərəfində (178 metr aralıda) "Marjan Təpəsi" yerləşir. Hündürlüyü 779 m. olan Kozjak dağı ilə hündürlüyü 1339 m olan Mosor dağı şəhəri şimaldan və şimal-şərqdən gələn hava axınlarına qarşı qoruyurlar və şəhəri materikdəki sahələrindən ayırırlar.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 ArchINFORM (alm.). 1994.
- ↑ List of Croatian settlements and delivery post offices. 2022.