Tibbi jurnalistika
Jurnalistika |
---|
Tibbi jurnalistika — tibbi xəbərlər və məqalələr barədə xəbərlər hesabatıdır. Tibbi jurnalistika rəngarəngdir. Tibbi jurnalistikaya daxil olan əsas bölmələr ümumi cəmiyyət üçün yazılan yazılar və həkimlər və peşəkarlar üçün yazılan məqalələrdən ibarətdir. Tibbi jurnalistikada dəqiqlik anlayışı çox dəyişkəndir. Kütləvi informasiya vasitələrinin rəylərində bir çox insanların məqalələrdən razı qalma nümunələri olsa da, əksər məqalələr qeyri-kafi qiymətləndirilir. Digər ön izləmələr kütləvi informasiya vasitələrində yayımlanan səhvlərin əksəriyyətinin orijinal jurnal məqalələrində və ya qurumun mətbuat orqanının yayımladığı yazılarda təkrarlanan səhvlərin nəticəsi olduğunu müəyyən etdi. Kolumbia Jurnalistika İcmalı və Hippokrat Med Review kimi bəzi veb saytlar tibbi jurnalistika sahəsinə aid yazılar dərc dərc edir və bu sahədə araşdırmalar aparır.
Mənbələr
[redaktə | vikimətni redaktə et]- Tibbi jurnalistika müxtəlif vasitələrlə yayımlana/nəşr oluna bilər:
- Televiziya xəbərləri
- Qəzetlər
- İnternet veb-səhifələri
- Elmi jurnallar (sağlamlıq haqda və tibbi xəbərlər yayımlayan növlərində)
Dəqiqlik
[redaktə | vikimətni redaktə et]Xəbərlərin yayılmasında əksər səhvlər və fərziyyələr elmi icma və ümumi cəmiyyət arasındakı bir neçə maneə ilə əlaqələndirilə bilər ki, bu da müxbirlərin biliklərinin kifayət qədər olmaması, müvafiq hesabat hazırlamaq üçün vaxtın olmaması və nəşrdə kifayət qədər yer olmaması səbəbilə qeyri — dəqiq yazılan məqalələr nəticəsində yarana bilər. Əksər xəbər məqalələri sübutların keyfiyyəti, xərclər və fayda ilə risklər kimi vacib məsələlərin müzakirəsində uğursuz olurlar. Necə olsa da, tibbi jurnalistika təkcə kommersiya məqsədli sahə deyil. Tibbi sübutlara əsaslanan daha geniş, daha akademik bir şöbə də var. Sübutlara əsaslanan tədqiqat daha dəqiqdir və beləliklə tabloidlərin yaydığı tibbi xəbərlərdən daha etibarlı bir mənbədir. Tibbi jurnalistikanın bu sahəsi peşəkar bir sahədir və çox vaxt diqqətdən kənarda qalır. Tibb tədqiqatçılarına daha etibarlı tədqiqatlar aparmağa imkan verən bəzi tibbi jurnalistika qurumları da var. 2009-cu ildə edilən bir araşdırma Avstraliyada tibbi hesabatların bəzi sahələrində kiçik irəliləyişlərə səbəb oldu, lakin ümumi keyfiyyət, xüsusən də insanların maraq göstərdiyi televiziya proqramlarında bu vəziyyət hələ də acınacaqlı olaraq qalır.
Maraqların toqquşması
[redaktə | vikimətni redaktə et]Elm adamları ilə jurnalistlər arasında
[redaktə | vikimətni redaktə et]Nəyin daha xəbər ağırlıqlı olduğuna qərar verməyə gəldikdə isə bu məqam jurnalistik və elmi icma arasında böyük boşluq yaradır. Elmi cəmiyyətin hər zaman davam edən araşdırma xarakteri bir çox elmi kəşflər barədə məlumatların xəbər kimi hazırlanmasını çətinləşdirir. Nəticə etibarilə bu, tibbin və elmin mənfi tərəfləri üzərində fokus yarada bilər; jurnalistlərin həkimlərin səhvləri və ya araşdırmanın nəticələrini səhv göstərməsi barədə məlumat vermələrinə səbəb olur. Bununla yanaşı, bu situasiyada günahkar olanlar sadəcə jurnalistlər deyil, çünki alimlər gələcək perspektivləri təmin etmək cəhdləri ilə öz perspektivli ilkin araşdırmalarını mediaya yayımlayırlar. Məsələn, 1993-cü ildə Corc Vaşinqton Universiteti tərəfindən in-vitro gübrələmə mövzusunda aparılan araşdırma KİV tərəfindən dəhşətli şəkildə insan klonlaşdırılmasına aid aparılan araşdırma kimi təqdim olundu.
Korporativ təsirə görə
[redaktə | vikimətni redaktə et]Tibbi jurnalistlər də maraqların toqquşması səbəbindən çətinliklərlə üzləşirlər. Əczaçılıq sənayesi nağd və ya xarici səfərlərdə böyük mükafatlar daşıyan jurnalistika müsabiqələrinə sponsorluq etmişdir. Səhiyyə Jurnalistləri Birliyi (The Association of Health Care Journalists (AHCJ) jurnalistləri yarışları yarışlara daxil olmazdan əvvəl diqqətlə nəzərdən keçirməyə çağırır və əksər jurnalistlər isə buna məhəl qoymurlar. Elmi Yazıçılar Birliyi (The National Association of Science Writers) isə bu sənayenin maliyyələşdirilməsini qəbul etmir və dəstəkləmir. Medianın dəyişkən təbiəti, daha çox müxbirlərin böyük paytaxt qəzetləri kimi ənənəvi xəbər agentlikləri xaricində sərbəst işləməsinə səbəb oldu, bu da maraq ziddiyyəti standartlarını kənara qoymağa təkan verdi.
Tədqiqat maliyyəsinə birbaşa korporativ sərmayelərin təsiri də var. Elm adamları tərəfindən təqdir edilsə də, bunu mənfəət kimi görən jurnalistlərlə qarşıdurmaya səbəb ola bilər.
Cəmiyyətə təsiri
[redaktə | vikimətni redaktə et]Tibbi xəbər məqalələri tez-tez ictimai səhiyyə ilə bağlı mesajları effektiv şəkildə təqdim etsələr də, əksər hallarda müxbirlərin klinik tədqiqatların nəticələrini bilmədikləri və ya çatdıra bilmədikləri və qismən ağlabatan kontekst təmin etmədikləri hallarda səhiyyə ilə bağlı yanlış məlumatları çatdırırlar. Bu, radikal tibbi prosedurların və təcrübi texnologiyanın əhatə dairəsinə görə real olmayan gözləntilərlə nəticələnə bilər. Kütləvi informasiya vasitələrinin xəbər agentlikləri ayrıca bir sağlamlıq məsələsinə diqqəti yönəltmək üçün "rabitə fırtınası" yarada bilər. Cəmiyyətdə sağlamlıq bilgilərinin olmaması və ya az olması, bir insanların müəyyən şəkildə təqdim olunan səhv və ya düz məlumata asanlıqla inana biləcəyi bir vəziyyət yaradır. Nəticə etibarilə, bu, əslində nisbətən nadir olan bir xəstəliyə potensial olaraq sağlam olmayan bir fokus yarada bilər.
Tibbi jurnalistika ayrıca bir insanın səhiyyə xidmətinə təsir göstərə bilər. İnternetdə məlumat əldə etməyin nisbi asanlığı səbəbindən, indi bir çox insan həkimləri yeni dərmanlar və onların vəziyyətləri üçün müalicələr barədə soruşacaq. Daha ekstremal hallarda isə insanlar simptomlarını, həqiqi və ya təsəvvür edilənləri müqayisə edəcək, özü özünə diaqnoz qoymaq cəhdləri olacaq. Son zamanlar səhiyyə məlumatlarına səhiyyə xidmətinə əlavələr və ya əvəzedici kimi baxmağa çalışan bir neçə tədqiqat aparılmışdır, lakin birbaşa əlaqə tapılmadı. Bu, çox güman ki, bilik çatışmazlığı və ya fərdin sağlamlıq məlumatlarını bir dəfə tibbi yardım istəməsi ilə nəticələnən məlumatları tətbiq etmək qabiliyyətinin olmaması ilə əlaqədardır.
Təlimlər
[redaktə | vikimətni redaktə et]Dünyada yalnız barmaqla sayıla biləcək sayda universitet və institut tibb jurnalistikası ilə əlaqəli lisenziya, aspirantura və ya diplom səviyyəli proqramlar təklif edir. İngiltərənin Westminster Universiteti Tibbi Jurnalistika ixtisası üzrə bakalavr dərəcəsi verir.
ABŞ-də Boston Universiteti Rabitə Kolleci vasitəsi ilə Master dərəcəsinə aparan bir Elm və Tibbi ABŞ-də Boston Universiteti Rabitə Kolleci vasitəsi ilə Master dərəcəsinə aparan bir Elm və Tibbi Jurnalistika proqramı həyata keçirir. Onlayn təhsil rejimini axtaranlar üçün James Lind İnstitutu Elmi Yazı və Tibbi Jurnalistika ilə əlaqəli diplom və mütərəqqi diplom proqramları həyata keçirir.