Content-Length: 95356 | pFad | http://az.wikiquote.org/wiki/Demokrit

Demokrit — Vikisitat Məzmuna keç

Demokrit

Demokrit
Doğum tarixi e.ə. 460 illər
Doğum yeri Abdera
Vəfat tarixi e.ə. 360 illər
Vəfat yeri Yunanıstan
Vikipediya məqaləsi

Demokrit (e.ə. 460–370) — yunan materialist filosofu.



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ata-ananın mehriban münasibəti övlad üçün ən yaxşı tərbiyədir.
  • Ata övladları üçün ən gözəl nümunədir.
  • Ağıllı adamların ümidləri cahillərin sərvətindən daha etibarlıdır.
  • Ağıllı bir insanın dostluğu bütün ağılsızların dostluğundan daha qiymətlidir.[1]
  • Ağıllı o adamdır ki, sahib olmadığına görə kədərlənmir və əksinə sahib olduğuna görə şaddır.
  • Ağılsızların müəllimi söz deyil, bədbəxtlikdir.
  • Başqalarından yox, daha çox özündən utanmağı öyrən.
  • Başqalarını günahlandırmağı sevənlər dostluqdan acizdirlər.[2]
  • Başqasının səhvlərini açmaqdansa, öz səhvlərini üzə çıxarmaq daha yaxşıdır. -
  • Bayramsız həyat, səyahətçiləri təravətləndirən və dincələ biləcəkləri meyxanələr olmayan uzun bir yola bənzəyir.
  • Bədbəxtlik anında da borcuna sədaqətli olmaq böyük hünərdir.
  • Bir işi gördükdən sonra deyil, işi görməzdən əvvəl fikirləş.
  • Birlik dostluq yaradır.[3]
  • Biz heç bir şeyi bilə bilmərik. Doğru ancaq gerçəyin dərinliyində tapıla bilər.
  • Biz insanıq. Bizə insanların ağrı-acılarına gülmək yaraşmaz. Bizə insanların ağrı-acılarına kədərlənmək yaraşar.
  • Cəsur təkcə düşmənlərinə qalib gələn deyil, həm də ehtiraslarına qalib gələndir.
  • Cinsi birlik kiçik bir vuruşdur.
  • Danışmağı sevənlər dostluğa qadir deyillər.
  • Dil insana öz fikirlərini gizlətmək üçün verilməmişdir.[4]
  • Doğruçuluq — borcu yerinə yetirmək deməkdir.
  • Dost bildiyin bir çoxları, əslində, heç dost deyil və əksinə, dost bilmədiyin bir sıra adamlar, əslində sənin dostundur.
  • Dövlətlilərin çoxu öz sərvətlərinin sahibi deyil, qaravulçularıdır.
  • Düşmən o kəs deyil ki, pislik edir, düşmən o kəsdir ki, pisliyi qəsdən edir.
  • Ehtiyatsızlıq fəlakətin anasıdır.
  • Əgər uşaqlara işləmək öyrədilməsəydi, onlar nə savad, nə musiqi, nə gimnastika, nə də fəziləti ən çox gücləndirən şeyləri — ayıbı öyrənə bilməzdilər. Çünki utanc adətən bu şeylərdən yaranır.
  • Ən böyük qələbə öz üzərində çaldığın qələbədir.
  • Ən böyük məğlubiyyət özünü itirmək, özünü ələ ala bilməməkdir.
  • Ən əsası hərtərəfli bilik deyil, hərtərəfli anlamaq bacarığıdır.
  • Əsl xeyixah adam elədiyi yaxşılığa muzd almaz.
  • Faydalı olmayan hər zövqdən imtina edin.
  • Gəncləri yetişdirməyin ən pis yolu onlara hər cür şərait yaratmaqdır. Çünki asanlıq ləzzətlər doğurur və hər bir pislik ondan gəlir.
  • Güc və gözəllik gəncliyin hədiyyələridir.
  • Güclü iradə insan üçün qiymətli keyfiyyətdir.
  • Gülərüz və ciddi qocanı hamı sevir.
  • Heç kimi sevməyəni heç kəs sevməz.[5]
  • Həddini keçəndə ən xoşagələn ən xoşagəlməz olur.
  • Həkimlik bədənin xəstəliklərini, müdriklik isə ruhun xəstəliklərini sağaldar.
  • Həqiqi dostu olmayanın yaşaması da mənasızdır.
  • Hər bir hərəkət hərəkətsizlikdən yaxşıdır.
  • Hər bir insan görə bildiyi və görə biləcəyi qədər işin qulpundan yapışmalıdır. Bu həddi, ölçünü aşan hər bir kəs isə kədərə qərq olur.
  • Hər şeyi bilməyə çalışmayın, əks halda cahil olaraq qalacaqsınız.
  • Həyatda heç bir güzəştə getməmək ehtiyatsızlığın əlamətidir.
  • Xalq və həqiqət hamı üçün eynidir, ancaq onlardan müxtəlif şəkildə zövq almaq olar.
  • Xarakteri yaxşı olan adamın həyatı da qaydasında olur.
  • Xoşbəxt o adam deyil ki, böyük var-dövləti var, o adamdır ki, heç bir var-dövlətə ehtiyacı yoxdur.
  • Xoşbəxt o kəsdir ki, az pulla xoş əhval-ruhiyyə qazanır, bədbəxt o kəsdir ki, böyük imkanla mənəvi sevinci yoxdur.
  • Xoşbəxt olmaq üçün insan düzlüyə riayət etməli, ağıllı və gözəl olmalıdır.
  • Xoşbəxt var-dövləti olan deyil, sərvətə ehtiyacı olmayandır.
  • Xoşbəxtlik qızıl toplamaqda deyil, sağlam bədəndə və ailə səadətindədir.
  • Xoşbəxtlikdə dost tapmaq asandır, bədbəxtlikdə çox çətindir.[6]
  • İgidlik taleyin zərbələrini heçə endirir.
  • İgidlik təkcə o deyil ki, düşmənlərə qalib gələsən, öz ehtiraslarına hakim olmaq da adamdan igidlik tələb edir, yoxsa bəziləri şəhərlər üzərində hakimlik etsələr də, özləri qadınların kölələridir.[7]
  • İnsan öz gözündə deyil, başqalarının gözündə yüksəlməlidir.
  • İnsan səhvlərini unudanda cəsarətli olur.
  • İnsanın bədbəxtliyi və xoşbəxtliyi sərvət və qızılda deyildir. Səadət və fəlakət mələyi insanın özündədir.
  • İnsanlar bəxt obrazını öz acizliklərinə bəhanə kimi yaratmışlar. Çünki bəxt nadir hallarda müdrikliklə mübarizə aparır, əksər hallarda isə ağıllı fikir həyatı istiqamətləndirir.
  • İnsanlar tanrılardan sağlamlıq diləyirlər. Ancaq heç bir insan sağlamlığını saxlamağın öz əlində olduğunu düşünmür.
  • İnsanları yaxşı edən təbiət deyil, onların məşğuliyyətləridir.
  • İstənilən iş istirahətdən daha xoşdur.
  • Kainatda mövcud olan hər şey təsadüf və zərurətin bəhrəsidir.
  • Kədər pisliyin əlamətidir, ona görə də insanlar ondan uzaq durmalı, xoş əhvalda yaşamalıdırlar.
  • Kim özü heç kimi sevmirsə, onu mənə elə gəlir ki, heç kim sevmir.
  • Kimin rastına yaxşı kürəkən çıxıbsa, o, yaxşı oğul qazanıb, pis kürəkən çıxıbsa, qızını da itirib.
  • Kitablar beyin üçün dərmandır.
  • Qəbahətli iş görən ilk əvvəl öz vicdanından utanmalıdır.
  • Qısqanc özünü incidir.
  • Qocalıram, ancaq öyrənirəm.
  • Qohumlarla düşmənçilik, yadlarla düşmənçilikdən çox çətindir.
  • Mərdlik taleyin zərbələrini heçə endirir.
  • Monarxiyada var — dövlət içərisində yaşamaqdansa, demokratik dövlətdə kasıb olmaq daha yaxşıdır.
  • Namuslu və namussuz adam, yalnız əməlləri ilə deyil, arzuları ilə də tanınır.
  • Nə bədənin gücü, nə də pul yox, haqlı olmaq və hərtərəfli müdriklik insanları xoşbəxt edir.
  • Özünü çoxbilmiş hesab edənlərin çoxunun ağlı yoxdur.
  • Özünü idarə edə bilməyən adam başqasına ağıl verə bilməz.
  • Paxıl insan öz bədbəxtliyinin səbəbkarı və öz düşmənidir.
  • Paxıllıq insanlar arasında nifaq üçün zəmin yaradır.
  • Pis, ağılsız ömür sürmək yaşamaq deyil, tədriclə ölməkdir.
  • Pis işlərdən qorxu üçün deyil, öz borcunu başa düşmək üçün çəkinməlisən.
  • Pul hərisliyi, əgər doyumsuzdursa, ehtiyacdan qat-qat ağrılıdır, çünki istəklər çoxaldıqca ehtiyaclar da bir o qədər çox olur.
  • Pulun köləsi heç vaxt namuslu adam olmayacaq.
  • Sınanmış dostları itirən adam tündməcazdır.[8]
  • Söz işin kölgəsidir.
  • Şərait dəyişildikcə, bəzi hallarda qüdrətli şəxslər zəiflərdən dalda qalırlar.
  • Taleyin zərbələri igidliyi heçliyə çevirir.
  • Təbabət bədən xəstəliklərini sağaldır, hikmət isə ruhu əzablardan azad edir.
  • Təbabət fəlsəfənin bacısıdır.
  • Təkcə düşmənlərinə qalib gələn igid deyil, özünü ələ almağı bacaran da igiddir.
  • Tərbiyə xoşbəxt günlərdə insanın bəzəyi, bədbəxt günlərində siğinacaq yeridir.
  • Tibb fəlsəfənin bacısıdır
  • Ümid qızıl kimidir, heç bir mühitdə paslanmaz. Ümid almaz kimidir, onu heç nə kəsə bilməz.
  • Ürəklə mübarizə aparmaq çətindir, lakin ağıllı adam ona qalib gələ bilər.
  • Yaxşı adam o şəxs deyildir ki, yalnız pislik etməsin, o. gərək heç pislik barədə düşünməsin də.
  • Yalnız o sevgi dürüstdür ki, incitmədən gözəlliyə can atır.
  • Yaramaz adam bir anda, təmiz adam isə illər ötdükdən sonra tanınar.
  • Yaralar içərisində ən pisi xərçəng xəstəliyi olduğu kimi, pula malik olmaqda da ən pisi — onları daim artırmaq niyyəti, həvəsidir.
  • Yataq sevgililərin mübahisəsinə son qoyur.
  • Yoxsulluq və zənginlik – ehtiyac və bolluq anlayışlarını ifadə edən sözlər. Kimin ki ehtiyacı var – o zəngin deyil, kimin ki ehtiyacı yoxdur – o yoxsul deyil.
  • Yoxsulluğu ədəblə daşımaq özünə hakim olmağın əlamətidir.
  • Varlı ilə kasıb arasında fərq ondan ibarətdir ki, varlı ürəyi istəyəndə yeyir, kasıb isə əlinə fürsət düşəndə.
  • Varlıların bir çoxu – öz zənginliklərinin sahibi deyil, sadəcə sərvət qoruyucularıdır.
  • Vay o adamların halına ki, özləri öz gözlərinə müdrik, alim görünürlər.
  • Zənginlik və yoxsulluq ehtiyac və bolluğu bildirən sözlərdir. Buna görə ehtiyacı olan zəngin deyil, ehtiyacı olmayan kasıb deyil.

Mənbə

[redaktə]
  • Aforizmlər və hikmətli sözlər. Bakı,2005

İstinadlar

[redaktə]
  1. [1] Цитаты и афоризмы.
  2. [2] Цитаты и афоризмы.
  3. [3] Цитаты и афоризмы.
  4. Xəzinə. Bakı,1997. səh.352
  5. Səlahəddin Xəlilov. Aforizmlər: seçilmişlərdən seçilmişlər. Bakı,2012,
  6. [4] Цитаты и афоризмы.
  7. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.61
  8. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.78








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: http://az.wikiquote.org/wiki/Demokrit

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy