29°12′ şm. e. 120°30′ ş. u.HGYO

Çjetszyan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vilayət
Çjetszyan
çin. 浙江省, Zhèjiāng Shěng

29°12′ şm. e. 120°30′ ş. u.HGYO


Ölkə Çin
İnzibati mərkəz Xançjou
Ən böyük şəhəri Xançjou
Tarixi və coğrafiyası
Sahəsi 106 078 km² (24-cü yer)
Saat qurşağı UTC+8
Əhalisi
Əhalisi 55 643 891 nəfər (2016) (10-cu yer)
Əhalinin sıxlığı 513,08 nəfər/km² (10-cu yer)
Rəqəmsal identifikatorlar
Abreviatura 浙 (Zhè)
ISO kodu CN-33
Rəsmi sayt
Çjetszyan xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çjetszyan (çin. 浙江省; pinyin. 浙江省, Tsek Kaon San) — Çinin şərqində, Şərqi Çin dənizi sahilində əyalət. Sahəsi 106,078 min km². Əhalisi 55,6 mln. (2016).[1] İnzibati mərkəzi Xançjou şəhəridir.

Xançjou yaxınlığında dağlar

Səthi, əsasən, dağlıqdır (orta hündürlüyü 1000 m, maksimal hündürlüyü 1859 m); çay dərələri ilə parçalanmışdır. Şimalını və dəniz sahillərini düzənliklər tutur. Sahilləri girintiliçıxıntılıdır, çoxlu ada var. Faydalı qazıntıları: flüorit, alunit, kükürd kolçedanı, litoqrafiya daşı, dəmir filizi. Subtropik musson iqlimi hakimdir. Orta temperatur yanvarda 5 °C, iyulda 27 °C-dir. Yağıntının ortaillik miqdarı 1000 mmdən çoxdur. Dağ çayları var. Əyalət tayfunlar zonasındadır. Dağları subtropik meşələrlə örtülüdür. Əyalətdə 3800-dən artıq bitki növü məlumdur, bunun 60% -i meşə zolağının payına düşür. Çjetszyan Çinin cənub-qərbində "flora xəzinəsidir". Ginkqo və 50-dən artıq yabanı bitki növü dövlət tərəfindən mühafizə olunur. 120-dən artıq növünün 1-ci və 2-ci dərəcəli dövlət mühafizəsinə götürüldüyü 1900-dən çox vəhşi heyvan növü var. Dövlətin mühafizə etdiyi vəhşi heyvanların təqribən 1/3-i əyalətin payına düşür.

Təsərrüfatı

[redaktə | vikimətni redaktə et]
Çay tarlaları

Çinin ən zəngin əyalətlərindən biri olan Çjetszyanın iqtisadiyyatı artan templə inkişaf edir. Əsas inkişaf etmiş sahələr toxuculuq və kağız sənayesidir; gəmiçilik xüsusi yer tutur. Əyalətin sənaye istehsalının təqribən 75%-i və cəlb edilən investisiyanın 80%-i Szyasin, Xançjou, ŞaosinNinbo şəhərlərinin payına düşür. Əyalətin iqtisadiyyatının inkişafına qeyri-dövlət müəssisələri (250 min) təkan verir. Çjetszyan ixrac həcminə görə Çində üçüncü yer tutur.

Kənd təsərrüfatı istehsalının əsasını çəltik, ipək, balıq, dəniz məhsulları və çay təşkil edir. Əyalət dəniz balığı hasilatı üzrə Çində birinci, çay və sitrus meyvələrinin becərilməsi, həmçinin barama qurdu yetişdirilməsi üzrə ikinci, pivəbişirmə sənayesi üzrə üçüncü yeri tutur. Yeyinti məhsulları və içkilərin, qiymətli yosun növlərinin, dəniz mikroelementləri əsasında dərman preparatlarının, kosmetika məhsullarının, həmçinin neft-kimya xammalının istehsalı inkişaf etmişdir. İnvestisiya, əsasən, əczaçılıq sahəsinə cəlb olunmuşdur. Əyalətdə əczaçılıq biznesi ilə məşğul olan 70 — dən çox xarici şirkət fəaliyyət göstərir. Çjetszyan kimyəvi liflərin və paltaryuyan maşın istehsalının həcminə görə Çində xüsusi yer tutur, bununla yanaşı, parça, dəzgah, sement, inteqral sxem, kondisioner istehsalı üzrə ölkədə ilk beşliyə daxildir.

Maşınqayırma, kimya, biokimya sənayesində 6 mindən çox özəl şirkət fəaliyyət göstərir. Çjetszyan əyaləti ipək, sintetik lif və yun istehsalı üzrə Çində aparıcı yer tutur. Xançjou Asiyada tikiş sənayesi mərkəzidir. Əyalətdə 6 dövlət və 66 əyalət səviyyəli avtomobil yolları Çjetszyanın avtomagistral şəbəkəsini təşkil edir. Ümumi uzun uğu 42 min km, o cümlədən 2 min km-i – yüksək keyfiyyətli magistral, 770 km-i –yüksək sürətli avtomobil yoludur. 5 iri portu: Ninbo, Çjouşan, Çjapu, Xaymen və Vençjou var. Əyalətin 7 şəhərində (Xançjou, Ninbo, Vençjou, İu, Szyuçjou, Xuanyan və Çjouhan) aeroport var.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Çjetszyan // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 122. ISBN 978-9952-441-11-6.

  1. "Communiqué of the National Bureau of Statistics of People's Republic of China on Major Figures of the 2010 Population Census [1] (No. 2)". National Bureau of Statistics of China. July 27, 2013 tarixində orijinalından arxivləşdirilib.