Şon Penn
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şon Penn | |
---|---|
ing. Sean Penn | |
Doğum adı | Sean Justin Penn |
Doğum tarixi | 17 avqust 1960[1][2][…] (64 yaş) |
Doğum yeri | |
Həyat yoldaşı | |
Partnyorları |
|
Fəaliyyəti | kino aktyoru, kinorejissor, ssenarist, film prodüseri, teatr aktyoru, televiziya aktyoru, aktyor, siyasi fəal[d], səsləndirmə aktyoru[d], rejissor |
Fəaliyyət illəri | 1974-cü ildən |
Təhsili | |
Boyu | 1,73 m |
Mükafatları |
|
IMDb | ID0000576 |
Vikianbarda əlaqəli mediafayllar |
Şon Penn (ing. Sean Justin Penn; 17 avqust 1960[1][2][…], Santa-Monika, Kaliforniya[3])—Amerika aktyoru və kinorejissoru.
Həyatı
[redaktə | vikimətni redaktə et]Hollivudun ən istedadlı aktyorlarından olan Şon Pennin yəqin, qazanmadığı mükafat yoxdur. Dünyanın ən prestij festivalları sayılan Oskar, Kann, Venesiya, Berlin kimi festivalların mükafatlarını qazanıb. Həm aktyor kimi, həm də rejissor kimi uğurları saysız hesabsızdır.
Bu aktyor mədəniyyət dünyasının ən dəlisov, ən çılğın insanlarından biri kimi tanınır. O gah küçədə şəklini çəkmək istəyən paparazzini tutub təpiyin altına salır, gah arvadını döyür, gah hökuməti söyür. Hətta Oskar təltifetmə mərasimində qazandığı mükafatdan dolayı ona söz verilərkən, Akademiya üzvlərinə ağzına gələni demişdi.
Amerika qəzetlərində Şon Pennlə bağlı tez-tez belə məlumatlara rast gəlmək olar: "Şon Penn yenə məhkəməlik oldu", "Şon Penn yenə müttəhimlər kürsüsündə", "Penn arvadını yumruqlayıb" və s. və i.
Hətta elə vaxtlar olub ki, Penn məhkəmə salonlarını tərk etməyib, bir istintaqın dalınca, o biri gəlib.
1985–89-cu illər dönəmində Madonnayla evli olarkən Penn medianın ən sevimli personajı idi. Qəzet manşetlərində "Əri Madonnanı yenə döydü" sözləri tez-tez yazılırdı.
Siyasi düşüncələri
[redaktə | vikimətni redaktə et]2002-ci ildə Penn "The Washington Post" qəzetinə külli miqdarda pul ödəməklə Amerikanın o dövrkü prezidenti Corc Buşa açıq məktub yazdı. Məktubda Amerika ordusunun İraqa girməsini və hökumətin siyasətini kəskin şəkildə tənqid edirdi.
11 sentyabr hadisələrindən 1 il sonra Penn bütün dünyanı özünün rəhbəriyi altında çəkilən yeni filmi ilə təəccübləndirdi. "11 sentyabr"ı amerikalılar antiamerika ovqatında çəkilmiş film hesab elədilər və buna görə Penn çox ciddi şəkildə tənqid olundu. 11 sentyabr" filmini 11 sentyabr hadisələri əsasında dünyanın müxtəlif ölkələrindən olan 11 rejossor çəkib. Hər rejissor 11 dəqiqədən ibarət qısametrajlı film lentə alıb, bu filmlər birləşərək tammetrajlı film əmələ gətirir. Filmin ideya müəllifi təbii ki, Şon Penndir. Ən qalmaqallı hissəni də məhz o çəkib.
Onun filminin qəhrəmanı əkiz göydələnlərin yaxınlığında yaşayan qoca dul kişidir. Göydələnlərin uçmasından sonra qocanın evinə pəncərələrdən işıq düşür və birdən-birə dibçəklər çiçəkləyir. Əvvəllər göydələnlər günəş şüalarının qarşısını kəsirdi, indi isə otağa par-par parıldayan günəş şüaları dolur, qoca sevincindən ağlayır…
Filmoqrafiya
[redaktə | vikimətni redaktə et]- Atyor
- Dəli və Dahi (2019)
- Birinci (2018) (8 episodios)
- Günəşin səsi (cortometraje, 2017)
- Qəzəbli quşlar (film, 2016)
- Silahlı (film, 2016)
- Volter Mittinin qeyri-adi həyatı (film, 2013)
- Qanqster (film, 2013)
- This Must Be The Place (2011)
- Həyat ağacı (film, 2011)
- Ədalətli oyun (film, 2010)
- Süd (film, 2008)
- What Just Happened (2008)
- Bütün Kral Adamları (film, 2006)
- La intérprete (2005)
- Two and a half men (film, 2004)
- Riçard Niksona sui-qəsd (film, 2004)
- 21 qram (film, 2003)
- Sirli çay (film, 2003)
- It`s All about Love (2003)
- I am Sam (film, 2001)
- The Weight of Water (2001)
- Gecə düşməzdən əvvəl (film, 2000)
- Dostlar (teleserial, 1994)
- Sweet and lowdown (1999)
- Hurlyburly (1998)
- The Thin Red Line (1998)
- Hugo Pool (1997)
- She´s So Lovely (1997)
- Oyun (film, 1997)
- Giro al infierno (1997)
- Dead Man Walking (1995)
- Carlito's Way (1993)
- State of Grace (1990)
- Casualties of War (1989)
- We're No Angels (1989)
- Colors (1988)
- Shanghai Surprise (1986)
- At Close Range (1986)
- El juego del halcón (1985)
- Racing with the Moon (1984)
- Bad Boys (1983)
- Fast Times at Ridgemont High (1982)
- Taps, más allá del honor (1981)
- Rejissor
- The Last Face (2016) (nominado a la Palma de Oro)
- Vəhşi təbiətdə (2007)
- 11'09"01 - September 11 (2002) (documental)
- The Pledge (2001)
- The Crossing Guard (1995)
- The Indian Runner (1991)
- Ssenarist
- Into the Wild (2007)
- 11'09"01 - September 11 (2002) (documental)
- The Crossing Guard (1995)
- The Indian Runner (1991)\
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 Sean Penn // Internet Broadway Database (ing.). 2000.
- ↑ 1 2 Sean Penn // filmportal.de. 2005.
- ↑ 1 2 Deutsche Nationalbibliothek Record #129660833 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- Guardian Interview, April 8, 2005
- Esquire magazine interview/profile
- Sean Penn's visit to Iran at the San Francisco Chronicle
- Smiles for Smirks by Sean Penn, The Huffington Post, April 21, 2009
- Sean Penn on Managing a Tent Camp of 55,000 Displaced Haitians – video report by Democracy Now!