On səkkizincı sülalə (Misir)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Qədim Misir tarixi

Sülalə öncəsi dövr
Tasi mədəniyyəti
Badar mədəniyyəti
Nakadi mədəniyyəti
Amrat mədəniyyəti (I Nakad)
Gerzey mədəniyyəti (II Nakad)
Aşağı Misir
Yuxarı Misir
Sülalələr dövrü
Erkən padşahlıq
I sülaləII sülalə
Qədim padşahlıq
III sülaləIV sülalə
V sülaləVI sülalə
Birinci aralıq dövr
VII sülaləVIII sülalə
IX sülaləX sülalə
XI sülalə
Orta padşahlıq
XI sülaləXII sülalə
İkinci aralıq dövr
XIII sülaləXIV sülalə
XV sülaləXVI sülalə
XVII sülalə
Yeni padşahlıq
XVIII sülalə
XIX sülaləXX sülalə
Üçüncü aralıq dövr
XXI sülalə
XXII sülaləXXIII sülalə
XXIV sülaləXXV sülalə
XXVI sülalə
Sonrakı dövr
XXVIII sülalə
XXIX sülaləXXX sülalə
Fars dövrü
XXVII sülalə • XXXI sülalə
Yunan-Roma dövrü
Argeadlar • Ptolemeylər

XVIII sülalə( e.ə 1550-1292) - yeni padşahlıq dövründə Qədim Misirdə hakimiyyətdə olmuş ilk sülalə[1][2]. Sülalə bəzən Tutmoslar xanədanı da adlanır. XVIII sülalənin fironluğu zamanı Qədim Misir yüksək inkişaf mərhələsinə çatmışdır.

Ümumi məlumat

[redaktə | vikimətni redaktə et]

I Ahmos və I Amenhotepin hakimiyyəti dövrü

[redaktə | vikimətni redaktə et]

XVIII sülalənin banisi I Ahmos XVII sülalənin son hökmdarı Kamosun qardaşı idi. I Ahmos Kamosun yadelli hiksoslara qarşı müharibəni davam etdirdi və onları Nil deltasından qova bildi. I Ahmosun hakimiyyətə gəlməsi ilə ikinci aralıq dövr başa çatdı və yeni padşahlıq dövrü başladı. I Ahmosdan sonra taxta oğlu I Amenhotep çıxdı[3]. I Amenhotep tarixdə Nubiyaya hücumu və liviyalılarla qarşı hərbi yürüşləri ilə yadda qalmışdır. I Amenhotep Fələstinə də hücumlar təşkil etmişdir. Ancaq bu barədə məlumat çox azdır. I Ahmos və I Amenhotepin yürüşləri nəticəsində Misir orta padşahlıq dövründə əldə etdiyi ərazilərə yenidən qovuşdu. İki hökmdar birlikdə təqribi olaraq 46 il hökmdarlıq etmişlər.

I Amenhotepin uşağı yox idi. Buna görə firon hələ sağlığında yaxın qohumu I Tutmosu öz vəliəhdi elan etmişdi. I Tutmosla I Amenhotep arasında hansı qohumluq əlaqəsinin olduğu bilinmir. Birincinin mumyasının üzərində aparılan yoxlamalar onun vəfat edərkən 60-a yaxın yaşı olduğunu deməyə imkan verir. Manefona görə I Tutmos 13 il hökmdarlıq edib. Belə çıxır ki, I Tutmosun taxta çıxarkən təxminən 47 yaşı vardı. Deməli o I Amenhotepin hansısa qohumunun oğlu ola bilməzdi. Bəzi tədqiqatçılar I Tutmosun nikah you ilə sonradan firon nəslinə qoşulduğunu qeyd edirlər.

I və II Tutmosun hakimiyyəti dövrü

[redaktə | vikimətni redaktə et]

I Tutmos taxta çıxan kimi Nubiyada üsyan qalxdı. Belə olan halda I Tutmos şəxsən özünün rəhbərlik etdyi ordu ilə Nilin yuxarı axarlarına doğru yürüşə başlayır. İlk olaraq üsyançı nubiyalılar məğlub edildi. Bu qələbə firona öz təsirini bu ərazilərdə yaşayan digər qəbilələrə yaymağa imkan verdi. Bu uğurun şərəfinə Tombos adasındakı qalada fironun qələbəsindən bəhs edilən pilitə qoyuldu.

Nubiya yürüşündən qayıdandan sonra I Tutmos üzünü şimal torpaqlarına tutdu. Misir ordusu Tir, Sidon və Levantdan keçərək Fərat çayı sahillərinə qədər irəlilədi. Mitanni çarı məğlub edildi. Məlumatın azlığına baxmayaraq bu yürüşün də əvvəlki kimi qələbə bitdiyini deyə bilərik. Firon Misirə böyük qənimətlə qayıtdı. I Tutmosun ölümündən sonra taxta oğlu II Tutmos çıxdı.

Qədim Misir e.ə. XV əsrdə

İyirmili yaşlarındakı II Tutmos I Tutmosun həyatda olan ən böyük övladı olmasına baxmayaraq vəliəhd sayılmırdı. Beləki onun anası Mutnofret fironun ikinci dərəcəli həyat yoldaşı idi. I Tutmosun əsas həyat yoldaşı çariça Ahmosdan Hatşepsut adlı bir qızı vardı. Hatşepsut II Tutmosdan təxminən 5-6 yaş kiçik idi. II Tutmosu taxtın öncül varisi etmək üçün ögey bacısı Hatşepsutla evləndirirlər. Hatşepsuta aid yazılardan əldə edilən məlumata görə I Tutmos belə bir izdivaca qarşı idi və ondan sonra hakimiyyətə qızının gəlməsini istəyirdi.

II Tutmos hakimiyyətə gələndən dərhal sonra Nilin yuxarı axarında yenidən üsyan qaldıran nubiyalılarla müharibə aparmalı olur. Müasir Sudan ərazisindəki Cəbəl-Barkal adlanan yerdə II Tutmosun adı həkk olunmuş fraqmentlər tapılmışdır. Bu isə Misir ərazisinin Nilin dördüncü axarına qədər genişləndiyini göstərir. Deyr əl-Bahridəki məbəddə aşkar edilən yazılarda II Tutmosun Suriya ərazilərinə yürüş etdiyindən bəhs edilir. Farafra çölündə tapılan yazıda isə II Tutmosun liviyalıları tabe etdiyi qeyd olunur. II Tutmos təqribən 40 yaşında vəfat etdi. Ondan sonra hakimiyyətə oğlu III Tutmos gəldi.

Hatşepsut və III Tutmosun hakmiyyəti dövrü

[redaktə | vikimətni redaktə et]

II Tutmos sələfi kimi ikinci dərəcəli həyat yoldaşı İsetdən oğlu Tutmosu göstərdi. II Tutmosun qəfil ölümündən sonra taxta III Tutmos çıxdı. Yeni firon azyaşlı olduğundan II Tutmosun əsas həyat yoldaşı Hatşepsut onun regenti təyin edildi. Hatşepsut hələ II Tutmosun sağlığında çox böyük nüfuza malik idi. Misirşünaslar bəzi hallarda onun təsirinin firondan daha çox olduğunu qeyd edirlər. Hatşepsut cəmi 18 ay sonra Amon məbədi kahinlərinin dəstəyi ilə III Tutmosu hakimiyyətdən kənarlaşdırdı və Misirin təkbaşına hökmdarına çevrildi.

Manefon və İosif Flaviyə görə Hatşepsut 21 il 9 ay hökmdarlıq etmişdir. Sekst Yuli Afrikan isə onun 22 il taxtda oturduğunu qeyd edir. Hatşepsutun hakimiyyəti Misirin çiçəklənməsi, iqtisadi və siyasi yüksəlişi dövrü kimi xarakterizə olunur[4]. Ona qurucu hökmdar da deyə bilərik. Beləki çariça II Ramzeslə yanaşı tarixdə özündən sonra ən çox tikili buraxan firondur. O nəinki yeni məbədlər tikir, həm də uzunmüddətli müharibələrdə ziyan görmüş binaları bərpa edir və böyüdürdü. Hatşepsutun hakimiyyəti dövründən günümüzə gəlib çatan ən möhtəşəm abidə fironun qəbri olan Deyr əl-Bahridəki "Ceser-ceseru" (Müqəddəslərdən müqəddəs) məbədidir.

Hatşepsutun Deyr əl-Bahridəki məbədi

Hatşepsutun hökmdarlığı zamanı Punt ölkəsi fironun hakimiyyətini tanıyır. Bu dövr Suriya üsyançılarına və fələstinlilərinə qarşı mübarizəni çıxmaqla sakit keçmişdir. Hatşepsut təqribən e.ə. 1458-ci ildə vəfat etdi. Ondan sonra hakimiyyətə yenidən III Tutmos gəldi[5]. Qədim Misirin ən qüdrətli hökmdarlarından hesab olunan III Tutmos tarixdə öz hərbi kompaniyaları ilə yadda qalıb. Misirşünaslar onun azı 15 yürüşündən bəhs edirlər. O həm də daxili təhlükəsizliyi təmin edərək Misirdə sülh və sabitlik yaratdı. Firon bir çox uğurlu hərbi ekspedisiyalar həyata keçirərək dövlətinin sərhədlərini genişləndirdi. Nubiya, Levant, Fələstin, Finikiya (Cahi), Suriya, Mesopatamiya, İran körfəzi sahilləri, Kiçik Asiyaya hücumlar nəticəsində Misirin bölgədə təsir dairəsi böyüdü. Bu yürüşlər nəticəsində ələ keçən qənimət Misirdə genişmiqyaslı tikinti işləri aparmağa imkan verdi. Məbədlərin inşası, birinci olaraq fironun özünü şərəfləndirməklə yanaşı, Amon tanrısının şöhrətinə və böyüklüyünə xidmət edirdi. Daha da genişləndirilən Karnakdakı məbəd Amon və onun oğlu elan edilən III Tutmosun zəfərlərinə həsr olunmuş abidəyə çevrildi.

III Amenhotep və Exnatonun hakimiyyət dövrü

[redaktə | vikimətni redaktə et]

III Amenhotep Qədim Misir tarixinin ən qüdrətli fironlarından biridir. Onun zamanında sosial-iqtisadi və mədəni yüksəlişinin əsas göstəricisi aşkar edilən çoxsaylı artefaktlardır[6]. Misirin xarici ölkələrlə əlaqəsi haqqında ilk əlyazma III Amenhotepin dövrünə aiddir. Bu yazışmaların bir qismi akkad dilində aparılmışdır. III Amenhotepin dövründə su tanrısı Sebekə həsr edilmiş çox saylı məbədlər ucaldılmışdır. Firon Babilistan çarının qızı ilə evlənərək bu ölkə ilə əlaqələri gücləndirdi. Egey dənizi adalarında tapılan predmentlər Misirin bu bölgə ilə təmasının olduğunu göstərir.

Exnaton və həyat yoldaşı Nefertiti

III Amenhotepdən sonra taxta onun oğlu IV Amenhotep çıxdı. Yeni hökmdar öz islahatları ilə yadda qalıb. Onun hakimiyyət periodu Amarna dövrü adlanır. IV Amenhotepin etdiyi ən böyük dəyişiklik dini görüşlə bağlı idi. O nəsillərcə davam edən Amona sitayişi dayandıraraq Aton kultunu qəbul etdi. Firon hökmdarlığının beşinci ilində adını Aton tanrısın şərəfinə Exnaton kimi dəyişdi[7]. Exnaton həmçinin Tebesdən 300 km aralıda Axetaton adlı yeni paytaxt şəhərini saldırdı.

Aton kultunun ən güclü və sərbəst inkişaf etdiyi yeganə dövr elə Exnatonun hakimiyyəti zamanı idi. Onadan sonra taxta çıxan SmenxkaraNefernefruaton yavaş-yavaş köhnə adətləri bərpa etdilər.

Tutanhamonun hakimiyyəti və sülalənin süqutu

[redaktə | vikimətni redaktə et]
Tutanhamon və həyat yoldaşı Anhesenamon

Tutanhamon təqribən e.ə 1332-1323-cü illər aralığında hökmdarlıq etmişdir. Hakimiyyətinin ilk illərində adı Tutanxaton idi. Ancaq sonradan Amon kultunu qəbul edərək adını dəyişdirdi. Əlbəttə ki, Tutanhamonu müasir dövrdə məşhur edən onun naliyətləri yox, qəbridir. İlgilis misirşünas və arxeoloq Hovard Karter 1922-ci ildə Hökmdarlar vadisində Tutanhamonun toxunulmamış qəbr abidəsini tapması Qədim Misir tarixinin tədqiqinə təkan verdi. Fironun gənc yaşında ölməsi uzun müddətdir ki, müzakirə mövzusudur və bununla bağlı müxtəlif fikirlər var[8]. Övladsız olduğundan ondan sonra hakimiyyətə firon nəslindən olmayan sərkərdələr EyeHoremheb gəldi. Horemhebin zamanında Amar dövrü yeni yüksəliş dövrünü keçirdi. Horemhebdən sonra firon taxtının yeni sahibi onun vəziri Parames oldu. I Ramzes adını götürən Parames həm də yeni sülalənin əsasını qoydu.

XVIII əsr fironları 250 ilə qədər fironluq etmişlər.

Ad Şəkil Taxt adı Hakimiyyət illəri
I Ahmos
Nebpehtire
e.ə. 1549-1524
I Amenhotep
Ceserkara
e.ə. 1524-1503
I Tutmos
Aaxeperkara
e.ə. 1503-1493
II Tutmos
Aaxeperenre
e.ə. 1493-1479
Hatşepsut
Maatkare
e.ə. 1479-1458
III Tutmos
Menxeper(en)ra
e.ə 1479-1425
II Amenhotep
Aaxeperura
e.ə. 1427-1397
IV Tutmos
Menxeperura
e.ə. 1397-1388
III Amenhotep
Nebmaatra
e.ə. 1388-1351
Exnaton
Neferxeperura-Vaenra
e.ə. 1351-1334
Smenxkara
Anxeperura
e.ə. 1335-1334
Nefernrfruaton
Anxeperura
e.ə. 1334-1332
Tutanhamon
Nebxeprura
e.ə. 1332-1323
Eye
Xeperxeprura
e.ə. 1323-1319
Horemheb
Ceserheperura-Setepenra
e.ə. 1319-1292

XVII və XVIII sülalələrin nəsil ağacı

[redaktə | vikimətni redaktə et]
  On yeddincı sülalə nümayəndələri boz rənglə verilmişdir.
 
 
 
 
 
 
 
 
 
 
I Таа
 
Tetuşeri
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
II Таа
 
Ahhotep
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kamos
 
Meritamon
 
Nefertari
 
I Ahmos
 
Henuttamexu
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
I Amenofis
 
Meritamon
 
 
 
Mutnofrent
 
I Tutmos
 
Ahmos
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Amenemhat
 
 
 
İsida
 
II Tutmos
 
Hatşepsut
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
III Tutmos
 
Meritra
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Tiaa
 
II Amenhotep
 
 
 
 
 
 
 
 
 
 
I Artatama
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yuya
 
Tuya
 
 
Yaret
 
IV Tutmos
 
Mutemuya
 
 
 
 
 
 
II Şuttarna
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Teye
 
II Eye
 
 
Tiya
 
III Amenhotep
 
 
 
Giluhipa
 
 
Tuşratta
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Horemheb
 
Mutnecmet
 
 
Nefertiti
 
 
Exnaton
 
qızı
 
Sitamon
 
 
Тaduxipa
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Smenxkara
 
Meritaton
 
Maketaton
 
Anxesenamon
 
Tutanxamon
 
 
 


  • Kuhrt, Amélie (1995). The Ancient Near East: c. 3000–330 BC. London: Routledge. ISBN 9780415013536.
  1. "Eighteenth Dynasty". 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  2. "Eighteenth Dynasty of Egypt". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  3. Aidan Dodson, Dyan Hilton: pg 122
  4. "Queen Hatshepsut (1500 B.C.)". nbufront.org. 21 February 2017 tarixində orijinalından arxivləşdirilib.
  5. "Thutmose III". 2021-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  6. "Amenhotep III". 2021-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  7. "Akhenaten". 2008-06-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.
  8. name="DH-143">Dodson, Aidan; Hilton, Dyan. The Complete Royal Families of Ancient Egypt. Thames & Hudson. 2010. səh. 143. ISBN 978-0-500-28857-3. 2020-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-04.