Content-Length: 84645 | pFad | https://az.wikiquote.org/wiki/%C4%B0nam

İnam — Vikisitat Məzmuna keç

İnam



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, təsdiq edirlər ki, inamsız yaşamaq mümkün deyil. Əgər belədirsə, bu inam yalnız biliyin hər şeyə qadir olması inamı olmalıdır. İlya Meçnikov
  • Allahın insan üçün hər şeyi edəcəyinə inam, insanın özü üçün hər şeyi edə biləcəyi inancı qədər əsassızdır. Bu da iman çatışmazlığına əsaslanır. Biz öyrənməliyik ki, heç bir şey etmədiyimiz halda hər şeyi Allahdan gözləmək iman deyil, xurafatdır. Martin Lüter Kinq
  • Anasının mübahisəsiz sevimlisi olan bir insan həyatı boyu həqiqi müvəffəqiyyətə səbəb olan qalibiyyət və uğura inam hissi ilə yaşayır. Ziqmund Freyd
  • Ata, Oğul, Müqəddəs Ruh üçlüyünə inanlara onların olmadığını sübut etmək olmaz, amma bu təsdiqin biliksizlik yox, inam olduğunu onlara göstərmək olar və onlar Allahların üç olduğunu təsdiqləyirlərsə, o zaman mən də eyni hüquqla təsdiq edirəm ki, onların sayı 17 ½-dir. Lev Tolstoy
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Bəxtin iki övladı var: biri inam, digəri şöhrət. Frensis Bekon
  • Bər-bəzəkli nitqə inam olmaz. Alman atalar sözləri
  • Bir çoxlarında dərin bir inam kök salmışdır ki, atomlara əsaslanan filosofluq şeylərin mənşəyini izah edə bilməz, ya da izah edə bilər. Bu isə, Allahı Yaradan kimi inkar etmək deməkdir. Hər iki halda onlar səhv edirlər. Çünki, materiyanın və ümumi hərəkətin tam mahiyyətini aydın izah edə biləcək heç təbii başlanğıc yoxdur. Mixail Lomonosov
  • Bir din üçün ölmək bu dinin haqq və ilahi olduğunu sübut etmək demək deyil; bu, ən yaxşı halda şəhidlərin dinlərinin belə olduğuna inamını sübut edir. Din uğrunda ölümə gedən hər bir həvəskar yalnız sübut edir ki, dini fanatizm çox vaxt həyata bağlılıqdan daha güclü ola bilər. Pol Anri Holbax
  • Biz iki dəfə ikinin dörd etməsindən, yerin kürə şəklində olmasından söhbət edəndə inam haqqında danışmırıq. Biz yalnız sübutu hissiyyətlə dəyişmək istəyəndə inamdan danışırıq. Mark Tven
  • Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir. Anri Barbüs
  • Böyük türk milləti! On beş ildir boynumuza götürdüyümüz işlərdə uğur vəd edən bir çox söz eşitmisiniz. Xoşbəxtlikdən millətimin mənə olan inamını sarsıdan heç bir sözümü qaçırmadım. Bu gün eyni inam və möhkəmliklə deyirəm ki, bütün mədəni dünya bir daha bütünlüklə milli ideala doğru addımlayan türk millətinin böyük bir millət olduğunu bir daha tanıyacaq. Şübhə etmirəm ki, unudulmuş mədəni nitelik və türklüyün böyük vətəndaşlıq qabiliyyəti gələcək inkişafı ilə yüksək sivilizasiyanın üfüqündə yeni bir günəş kimi yüksələcəkdir. Türk milləti! Bu böyük milli bayramı əbədiyyətə tökülən hər on ildə daha böyük şərəf, xoşbəxtlik, əmin-amanlıq və firavanlıqla qeyd etməyinizi ürəkdən ümid edirəm. Nə mutlu türkəm deyənə! Mustafa Kamal Atatürk
  • Cahillik həmişə bilikdən daha çox özünə inam daşıyır və yalnız cahil insanlar elmin heç bir zaman bu və ya digər bir problemi həll edə bilməyəcəyinə inamla təsdiq edirlər. Çarlz Darvin
  • Din o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür. Əbu Turxan
  • Ey xəyal, inam səni gücləndirəndə hər şeyə qadirsən! Jül Vern
  • Əlbəttə, bayağılıq var. Onlar həqiqəti əks etdirmək üçün mövcuddurlar. Qalibiyyət ehtirası hamımızın içində var. Qalibiyyət – məşqə, qalibiyyət üsulu isə ləyaqətə bağlıdır. Marqaret Tetçer
  • Həyatda ehtiyac duyulanlar; bilməməzlik və özünə inam bax o zaman müvəffəqiyyət şübhəsizdir. Mark Tven
  • İdrak və inamın hər biri öz yerində gözəldir. Başqasının sahəsinə keçdikdə isə mürtəceləşirlər. Əbu Turxan
  • İnam bizə anlaşılmaz bir şeyin olduğunu başa düşməyə imkan verir. Anselmus
  • İnam, bizim olduğuna görə yox, həqiqi olduğuna görə qiymətlidir. Vissarion Belinski
  • İnam- bu, ilahiyyatın insan zəifliyi üzərində qələbəsidir. Volter
  • İnam, etibar ruh kimidir, tərk etdiyi bədənə əsla geri dönməz. Uilyam Şekspir
  • İnam-ən qüdrətli yaradıcı qüvvədir. Maksim Qorki
  • İnam, həyatın mənasını dərk etmək və bu dərk etmədən irəli gələn vəzifələri qəbul etməkdir. Lev Tolstoy
  • İnam şalvar kimi korlana bilər. Jül Vern
  • İnam – toranlığı çəkilməmiş dan yerinin işığını duyan quşun oxuması kimidir. Rabindranat Taqor
  • İnam uğrunda edilən zülm özü də bir günahdır. Mirzə Şəfi Vazeh
  • İnam vicdanın iradə ilə razılaşmasıdır. Lev Tolstoy
  • İnam yerlə göy arasında körpüdür. İohann Volfqanq Göte
  • İnama söykənən fantaziyanın sərhədi olmur. Jül Vern
  • İnamı zəif olan başqalarında da inam oyada bilməz. Lao-tszı
  • İnamla çox az şey əldə edə bilərsən, amma onsuz heç bir şey edə bilməzsən. Samuel Butler
  • İntizam qıpçaqlara inam verir. Beləliklə, intizam əxlaq möhkəmləndirir. Atilla
İnamla çox az şey əldə edə bilərsən, amma onsuz heç bir şey edə bilməzsən. Samuel Butler
  • Rəhbərlərin inama ehtiyacı var ki, onun sözünə və işinə dost və düşmən inansın. İnam olmayan rəhbər kifayət qədər təsir əldə etməyəcək, beləsini təcili vəzifədən kənarlaşdırmaq lazımdır, çünki ona arxayın olmaz olmaz. Atilla
  • Ruhun dəyanəti heç nə ilə müqayisə edilməyən bir bəxşişdir. Kimdə bu varsa və bu dəyanət böyük inam və ümidlə birləşərsə, o bəxtiyardır. Aristotel
  • Tanrıya inam səni monoton və cansıxıcı həyatdan xilas edəcək. Jiddu Krishnamurti
  • Təbiətimizə xas olan belə bir qüsur var: görünməz, gizli və naməlum şeylər bizdə həm böyük inam, həm də güclü qorxu hissi yaradır. Qay Yuli Sezar
  • Yolu ağıl seçir, iradə hərəkətə gətirir, inam isə yola işıq salır. Əbu Turxan

İstinadlar

[redaktə]








ApplySandwichStrip

pFad - (p)hone/(F)rame/(a)nonymizer/(d)eclutterfier!      Saves Data!


--- a PPN by Garber Painting Akron. With Image Size Reduction included!

Fetched URL: https://az.wikiquote.org/wiki/%C4%B0nam

Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy