Ləzgi dili (Лезги чІал) — ləzgilərin ana dili və Dağıstan Respublikasının[2] rəsmi dövlət dili. Qafqaz dilləri ailəsinin Dağıstan dilləri şöbəsinin Ləzgi sinfinin qərb qrupuna daxildir.

Ləzgi dili
Orijinal adı Лезги чІал
Ölkələr Rusiya, Azərbaycan
Region Dağıstan
Rəsmi status Dağıstan
Danışanların ümumi sayı təxm. 0.5 milyon.[1]
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
Qafqaz dilləri[d]
Nax-Dağıstan dilləri
Dağıstan dilləri
Ləzgi dilləri
Samur[d]
ləzgi dili
Yazı kiril əlifbası (ləzgi yazısı)
Dil kodları
QOST 7.75–97 лез 390
ISO 639-1
ISO 639-2 lez
ISO 639-3 lez
Dilin strukturlarının dünya atlası lez
Atlas of the World’s Languages in Danger 1072
Ethnologue lez
IETF lez
Glottolog lezg1247
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ləzgi dili əsasən DağıstanAzərbaycan ərazisində istifadə olunur, həmçinin Qafqaz muharibəsi nəticəsində Türkiyədə Ləzgi muhacir kəndlərində. Ümumilikdə təxminən yarım milyon insan bu dildə danışır.[1]

Ləzgi dilin cüzi fərqlənən 3 dialekti vardır:

  1. Müşkür dialekti — Quba, QusarXaçmaz dialektləri
  2. Küre dialekti — Qurah, Qasımkənd, Məhərrəmkənd, XivDərbənd dialektləri
  3. Samur dialekti — Qəbələ, Oğuz, İsmayıllı, DoqquzparaAxtı dialektləri

Son illərdə yeni nəsil arasında Ləzgicə bilənlərin sayı azaldıqdan UNESCO Ləzgi dilinin yox olma təhlükəsinin olduğundan xəbərdar etdi.[3]

Ləzgi uşağların arasında Ləzgi dilini sərbəst danışanların faizi (3-5 yaş arası)
2000 2005 2010 2015 2020
98,72 % 87,26 % 48,25 % 39,22 % 28,79 %

Rəsmi məlumata görə Azərbaycan Respublikası ərazisində 170 min civarında ləzgi dili daşıyıcısı var.[1]

Təsnifat

redaktə

Ləzgi dili Qafqaz dilləri ailəsinin Nax-Dağıstan qoluna daxildir. Nax-Dağıstan qrupundakı başqa dillər avar, dargi, lak, inquş və çeçen dilləridir. Dillərin yaranması, ağacın qol-budağa ayrılmasına bənzədilə bilər. Minlərlə il öncə bu dillər eyni dildən yaranmışdır.

Azərbaycan dilinin Quba dialektinin yaranmasında Ləzgi Güney ləhcəsinin rolu böyükdür. Ədəbi dilinin əsasında Güney dialekti durur.

Ləzgi dili, digər Qafqaz dilləri kimi aqqlütinativ dildir yəni, flektiv Hind-Avropasami dillərindən fərqli olaraq Ləzgi dilində bütün söz kökləri öz mənası olan müstəqil sözlərdir, qrammatik mənalar və əlaqələr isə həmişə söz kökündən sonra gələn təkmənalı şəkilçilərin köməyi ilə ifadə edilir. Ləzgi dilinin təkcə son şəkilçilərin köməyi ilə ifadə olunma gücü, aşağıdakı nümunə ilə göstərilə bilər:

Ləzgi dili Hind-Avropa dilləri
İnglis dili Alman dili Rus dili
xür village Dorf деревня
xüreh in the village in dem Dorf в деревне
xürewaybur those who live in the village die, die in dem Dorf leben те, кто живут в деревне
xürewaybrukay one of those who live in the village eine(r) von denen, die in dem Dorf leben одни из тех, кто живет в деревне
xürewaybrukaya? Are you one of those who are living in the village? Sind Sie eine(r) von denen, die in dem Dorf leben? Являетесь ли вы одними из тех, кто живет в этой деревне?

Ləzgi dili digər dillərindən fərqli olaraq qarışıq və mürəkkəb dil qaydaları az olan, nizamlı və bütöv bir dildir.

Coğrafi yayılma

redaktə

Azərbaycan

redaktə

Son 10 ildə (2009-2019) Azərbaycanda Ləzgicəni öz ana dili hesab edənlər 15% azalıb, eyni zamanda rusca danışanlar 15,2% faiz çoxalıb.

Ana dili və sərbəst danışdığı dil (2009)[4][5][6][7][8][9]
Etnik qrup Sayı Ləzgi dili

ana dili saymayan[q 1]

Ləzgi dili

sərbəst danışan[q 2]

Azərbaycan dili

sərbəst danışan[q 3]

Rus dili

sərbəst danışan[q 4]

ləzgi 180 300 9.10% 91.70% 96.30% 23.70%
Ana dili və sərbəst danışdığı dil (2019)[4][5][6][7][8][9]
Etnik qrup Sayı Ləzgi dili

ana dili saymayan[q 1]

Ləzgi dili

sərbəst danışan[q 2]

Azərbaycan dili

sərbəst danışan[q 3]

Rus dili

sərbəst danışan[q 4]

ləzgi 167 600 24.90% 85.20% 96.10% 38.90%

Dağıstan

redaktə

Son 10 ildə (2010-2021) Dağıstanda Ləzgilərin umumi Ləzgicə bilənlərin sayı 357 185 nəfərdən 101 402 yani 28,39% azalaraq 255 783 nəfər olmuşdur. Əsas səbəb Ləzgicə bilən yaşlı nəsli Ləzgicə bilməyən yeni nəsilin əvəz etməsidir.

Dağıstan Respublikası üzrə:[10][11]
Ana dil 2010 2021
Ləzgi dili 357 185 12,27 % 255 783 8,04 %
Rus dili 2 633 950 86,92 % 2 765 902 90,51 %

Yazı sistemləri

redaktə

Yazıda 1938-ci ildən kiril qrafikasından istifadə olunur. Azərbaycan ləzgiləri kiril qrafikası əsasında yaradılan ləzgi əlifbası ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsis etdiyi kitablardan məktəblərdə istifadə edirlər.

А а Б б В в Г г Гъ гъ Гь гь Д д Е е
Ё ё Ж ж З з И и Й й К к Къ къ Кь кь
КI кI Л л М м Н н О о П п ПI пI Р р
С с Т т ТI тI У у Уь уь Ф ф Х х Хъ хъ
Хь хь Ц ц ЦI цI Ч ч ЧI чI Ш ш Щ щ Ъ ъ
Ы ы Ь ь Э э Ю ю Я я

Cədvəldəki rəngli fondakı hərflər rus dilindən keçən sözlər üçün istifadə edilir.

Xarici keçidlər

redaktə

İstinadlar

redaktə
  1. 1 2 3 Dəqiqləşdirmə: 27 yanvar-3 fevral 1999-cu ildə Azərbaycan Respublikasında aparılmış əhali siyahıyaalınmasına əsasən de-yuri 7.953.438 nəfər olan Azərbaycan əhalisinin 171.027 nəfərinin ana dili ləzgicə olmuş və digər dillər və təsnif edilməmiş dillər kateqoriyasına aid dillərdə 7.184 nəfər danışmışdır, 13-22 aprel 2009-cu ildə Azərbaycan Respublikasında aparılmış əhali siyahıyaalınmasına əsasən isə de-yuri 8.922.447 nəfər olan Azərbaycan əhalisinin ləzgi dili də daxil olmaqla digər dillər və təsnif edilməmiş dillər kateqoriyasına aid dillərdə ana dili olaraq danışan əhalisi birlikdə 176.887 nəfər olaraq verilmişdir. (mənbə olaraq bax: United Nations Statistics Division: Demographic and Social Topics: Population: Statistics: Demographic Yearbook: Introduction: United Nations Demographic Yearbook: Statistics: Population Censuses' Datasets (1995 - Present): Ethnocultural characteristics: Population by language, sex and urban/rural residence Arxivləşdirilib 2018-08-09 at the Wayback Machine. Select filters: Country or Area—>Azerbaijan, Year—>2009+1999, Area—>Total+Urban+Rural, Sex—>Both Sexes+Male+Female, Apply Filters.); 14-25 oktyabr 2010-cu il tarixində Rusiya Federativ respublikasında həyata keçirilmiş əhali siyahıyaalınmasına əsasən qeydə alınmış 142.856.536 nəfə ümumi ölkə əhalisindən 402.173 nəfər ləzgicə bildiyini qeyd etmişdir. (mənbə olaraq bax: Портал "Всероссийская перепись населения 2010 года" Arxivləşdirilib 2014-02-21 at the Wayback Machine - Окончательные итоги Всероссийской переписи населения 2010 года: Население Российской Федерации по владению языками Arxivləşdirilib 2012-05-30 at the Wayback Machine)
  2. Dağıstan Respublikasının Konstitusiyasına görə rus dili və Dağıstan xalqlarının hər birinin dili respublikanın dövlət dilidir. Yazısı olan 14 dil, o cümlədən Ləzgi dili dövlət dili kimi istifadə olunur.
  3. "Arxivlənmiş surət". 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
  4. 1 2 The State Statistical Committee of the Republic of Azerbaijan :Population by ethnic groups (by population census) Arxivləşdirilib 2012-11-30 at the Wayback Machine---İn this and following table — everybody defermined nationality themself. Information on children are obtained from.
  5. 1 2 Population statistics of Eastern Europe (pop-stat.mashke.org) :Ethnic composition of Azerbaijan 2009 Arxivləşdirilib 2012-02-07 at the Wayback Machine
  6. 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: 1.12. Əhalinin milli tərkibi 1926–2009 (əhalinin siyahıyaalınmalarının məlumatlarına əsasən) + 1.13. Əhalinin ana dili və sərbəst danışdığı dillərə görə bölgüsü (2009-cu il əhalinin siyahıyaalınmasının məlumatlarına əsasən) Arxivləşdirilib 2012-05-12 at the Wayback Machine---Siyahıyaalınmalar zamanı sorğu olunan hər bir şəxs milliyyətini özü müəyyən edir. Uşaqların milliyyəti valideynlərin dediklərinə əsasən yazılır. + Əhalinin sərbəst danışdığı dillər üzrə məlumatlar müvafiq millətlər üzrə 3 və yuxarı yaşlı əhaliyə nisbətən faizlə verilmişdir.
  7. 1 2 Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması, 2009-cu il. XIX cild:Əhalinin milli mənsubiyyətinə, yaşına, ana dili və sərbəst danışdığı digər dillərə görə bölgüsü. — 2011
  8. 1 2 Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: Statistik Göstəriciləri 2012: Demoqrafik göstəricilər[ölü keçid]
  9. 1 2 United Nations Statistics Division, Demographic Statistics: Population by national and/or ethnic group, sex and urban/rural residence Arxivləşdirilib 2018-11-01 at the Wayback Machine
  10. "Владение языками и использование языков населением Российской Федерации согласно переписи населения 2021 года". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-01-26.
  11. "Всероссийская перепись населения 2010 года. Официальные итоги по национальному и языковому составу населения и по регионам". www.gks.ru (rus). 2021-12-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.: "см". www.gks.ru (rus). 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-04.

Həmçinin bax

redaktə


Sitat səhvi: " q " adlı qrup üçün <ref> teqləri mövcuddur, lakin müvafiq <references group="q"/> teq tapılmadı

pFad - Phonifier reborn

Pfad - The Proxy pFad of © 2024 Garber Painting. All rights reserved.

Note: This service is not intended for secure transactions such as banking, social media, email, or purchasing. Use at your own risk. We assume no liability whatsoever for broken pages.


Alternative Proxies:

Alternative Proxy

pFad Proxy

pFad v3 Proxy

pFad v4 Proxy