Heyan məbədi

Vikipediya, azad ensiklopediya
White Demon (müzakirə | töhfələr) (HotCat vasitəsilə Kateqoriya:Yaponiyanın qeydiyyata alınmış maddi mədəni mülkləri əlavə olundu) tərəfindən edilmiş 21:05, 30 sentyabr 2022 tarixli redaktə
(fərq) ← Əvvəlki versiya | Son versiya (fərq) | Sonrakı versiya → (fərq)
Naviqasiyaya keç Axtarışa keç
Şintoizm
Heyan məbədi
平安神宮
Din
Həsr olunub İmperator Kanmu
İmperator Komey
Festivalları 3 aprel, 30 yanvar
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Prefektura  Kioto prefekturası
Şəhər Kioto
Rayon Sakyo
Memarlıq
İnşa tarixi 1895
Heyan məbədi xəritədə
Heyan məbədi
Heyan məbədi
Saytı
heianjingu.or.jp
heianjingu.or.jp/languag…
heianjingu.or.jp/languag…
Şintoizm terminologiyası

Heyan məbədi (平安神宮, Heyan-cinqu?)Yaponiyanın Kioto şəhərinin Sakyo rayonunda yerləşən şintoist məbədi.[1] Yaponiya imperatorları KanmuKomeyə həsr olunmuşdur.[1]

Heyan məbədi 1895-ci ildə Heyan şəhərinin qurulmasının 1100 illiyi münasibətilə tikilmişdir.[a] Məbəd Heyan şəhərinin qurulduğu dövrdə imperator olmuş Kanmuya və 1868-ci ildə Kiotoda oturan son imperator olan Komeyə həsr olunmuşdur.[1] Məbədin haydeni və əsas darvazası Kioto sarayının orijinal binasının replikalarıdır.[1]

Məbəd bağçalarına görə tanınır.[1] İllik festivalları 3 aprel və 30 yanvar tarixlərində baş tutur.[1] 3 apreldəki festival İmperator Kanmuya, 30 yanvardakı festival isə İmperator Komeyə həsr olunur.[1] Bunlardan əlavə, məbəd 22 oktyabr tarixində baş tutan Ciday festivalına sponsorluq edir.[1] Bu tədbir münasibətilə Kioto şəhərinə bir çox ziyarətçi gəlir.[1]

  1. Heyan şəhəri Kioto şəhərinin sələfi olmuşdur.
  • Kodansha Encyclopedia of Japan (ingiliscə). III cild (G–I). Tokio: Kodansha. 1983. səh. 122. ISBN 0-87011-623-1. İstifadə tarixi: 26 avqust 2022.