"Nobel" mükafatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
"Nobel" mükafatı
Nobelpriset

Ölkə
Tip mükafat, elmi mükafat[d]
Təltif edir
Statistika
Təsis tarixi 1901
nobelprize.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nobel Mükafatı — illik beynəlxalq mükafat 27 noyabr 1895-ci il tarixli və 30 dekabr 1896 tarixində Stokholmda açıqlanan vəsiyyətnaməsi ilk Alfred Nobel tərəfindən qurulan dərnəyə verdiyi, insanlığa xidmət edənlərə təqdim edilən prestijli mükafatdır. Alfred Bernard Nobelin ölümündən sonra Alan Kapital Nobel fondunu təşkil etmişdir. Həmin Kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. İlk Nobel Mükafatları 1901-ci ildə verilməyə başlanmışdır. Nobel mükafatının məbləği təxminən 1.400.000$ (2.380.000 Manat) a bərabərdir.

1888-ci il Alfred Nobel fransız qəzetində özünə həsr edilmiş, jurnalistlərin səhvinə görə çap olunmuş "Ölüm taciri dünyasını dəyişdi" adında nekroloqu oxudu. Bu məqaləni oxuduqdan sonra Nobel öz fəaliyyətindən qalan izi barədə fikirləşməyə başladı. Bundan sonra o, öz vəsiyyətini[1] dəyişmək qərara gəldi. Alfred Nobel 1896-cı ilin dekabrın 10-da İtaliyanın San-Remo şəhərində beyindaxili qansızmasından[2] vəfat etmişdir 27 noyabr 1895-ci ildə Alfred Bernard Nobelin vəsiyyəti əsasında təsis edilmişdir.

Alfred Bernard Nobelin ölümündən sonra qalan kapital Nobel fondunu təşkil etmişdir. Həmin kapital və fondun yaranmasında Nobel qardaşları şirkətinin səhmindən əldə edilən gəlir Nobel fondunun çox hissəsini təşkil etmişdir. Bu gəlir 1901-ci ildən verilməyə başlamışdır.

Mükafat Alfred Nobelin vəsiyyətinə əsasən aşağıdakı altı sahə üzrə verilib:

  1. Kimya üzrə Nobel mükafatı
  2. Fizika üzrə Nobel mükafatı
  3. Fiziologiya və tibb üzrə Nobel mükafatı
  4. Ədəbiyyat üzrə Nobel mükafatı
  5. Nobel Sülh mükafatı
  6. İqtisadiyyat üzrə Nobel mükafatı

Laureatlara verilən mükafata medal, şəxsi diplom və böyük həcmdə (10 milyon İsveç kronu- təxminən 1,5 mln. ABŞ dolları) pul mükafatı daxildir. Kimya, fizika, ədəbiyyat, tibb və fiziologiya üzrə Nobel mükafatlarının medalları Erik Lindberq, Nobel sülh mükafatının medalı Qustav Vigeland və Alfred Nobelin şərəfinə verilən İqtisadiyyat üzrə Svoriges Riksbank mükafatının medalı isə Qunver Svensson Lundqvist tərəfindən dizayn edilib. Dekabrın 10-da İsveçdə təşkil olunan mərasimdə laureatlara mükafatı İsveç kralı özü şəxsən təqdim edir, eyni gündə Norveçdə keçirilən tədbirdə isə Norveç kralının iştirakı ilə Nobel sülh mükafatını Norveç Nobel Komitəsinin direktoru təqdim edir. Diplomlar hər laureat üçün fərdi olaraq tərtib edilir, diplomun bir hissəsi hər hansı bir təsvir, digər hissəsi isə yazı ilə tamamlanır

Laureatların seçiminə məsul təşkilatlar

[redaktə | mənbəni redaktə et]

Fizika və kimya üzrə Nobel mükafatlarını, iqtisadiyyat üzrə Riksbank Nobel mükafatını laureatlara İsveç Kral Elmlər Akademiyası təqdim edir. Cəmiyyətə güclü təsir göstərən və müxtəlif elmlər üzrə irəli sürülmüş nəticələri obyektiv qiymətləndirən İsveç Kral Elmlər Akademiyası 1739-cu ildə müstəqil təşkilat kimi yaradılıb. Akademiya riyaziyyat və təbii elmlərə görə xüsusi məsuliyyət daşıyır, bununla belə onları müxtəlif sahələr üzrə fikir mübadiləsini irəli sürməyə sövq edir.

Nobel sülh mükafatı Norveç Nobel Komitəsi tərəfindən verilir. Nobel sülh mükafatı "xalqlar arasında qardaşlığın təbliği, daimi qoşunların azaldılması, yaxud tamamilə aradan qaldırılması və ya sülh konqreslərinin keçirilməsinin irəli sürülməsi və həvəsləndirilməsi sahəsində görülmüş ən yaxşı işlərə görə " verilir. Ümumilikdə 95 fərd və 23 təşkilat Nobel sülh mükafatına layiq görülüb. Mükafatın təntənəli təqdimetmə mərasimi Alfred Nobelin anma günündə, yəni dekabrın 10-da Oslonun Mərkəzi (Şəhər) Zalında təşkil edilir.

İsveçin Karolinski İnstitutunun Nobel Assambleyası fiziologiya və tibb sahəsində Nobel laureatlarının seçilməsinə görə cavabdehdir. Stokholmda yerləşən Nobel Assambleyasının tibb sahəsində mütəxəssis və səsvermə hüququ olan 5 professoru var. Bu təşkilatın əsas işçi orqanı Nobel Komitəsidir, onun üzvləri hər üç ildən bir seçilir.

Bundan başqa vəsiyyətdən kənar 1969-cu ildən başlayaraq İsveç Bankının təşəbbüsü ilə İqtisadiyyat üzrə Nobel mükafatı da verilir. Onun təltif qaydası digər sahələrdə olduğu kimidir.

Laureat "Nobel xatirə mühazirəsi" söyləməlidir. O sonradan Nobel Fondu tərəfindən xüsusi cilddə nəşr edilir.

Nobel mükafatı laureatlığına namizəd barəsində sorğu hər nominasiya üzrə həmin sahənin təqribən üç min nəfər tanınmış mütəxəssisinə göndərilir.

Aşağıdakı illərdə Nobel mükafatı verilməyib:

  • Fizika üzrə 1916, 1931, 1934, 1940, 1941, 1942-ci illər
  • Kimya üzrə 1916, 1917, 1919, 1924, 1933, 1940, 1941, 1942-ci illər
  • Tibb üzrə 1915, 1916, 1917, 1918, 1921, 1925, 1940, 1941, 1942-ci illər
  • Ədəbiyyat üzrə 1914, 1918, 1935, 1940, 1941, 1942, 1943-cü illər
  • Sülh üzrə 1914, 1915, 1916, 1918, 1923, 1924, 1928, 1932, 1939, 1940, 1941, 1942, 1943, 1948, 1955, 1956, 1966, 1967, 1972-ci illərdə
  • İqtisadiyyat üzrə -

Nobel laureatları haqqında maraqlı məlumatlar

[redaktə | mənbəni redaktə et]

Laurens Bragg Nobel tarixində mükafata layiq görülən ən gənc laureatdır. Atası ilə birlikdə fizika üzrə Nobel mükafatı alarkən onun cəmi 25 yaşı olub və bu hadisə 1915-ci ildə baş verib. Bunun əksinə olaraq, dünyanın ən yaşlı nobelçisi Neonid Hurvikzdir. 90 yaşlı Leonid 2007-ci ildə iqtisad elmləri üzrə mükafata layiq görülüb. Dünyanın ən uzunömürlü Nobel laureatçısı isə 1986-cı ildə fiziologiya və tibb elmi üzrə mükafata layiq görülən Rita Levi-Montalcinidir. Dünya tarixində iki Nobel laureatı özü şəxsən bu mükafatdan imtina edib. Onlardan biri Jan-Paul Sartredir. J. Sartre 1964-cü ildə ona təqdim edilən Nobel ədəbiyyat mükafatından imtina edib, bunun səbəbi isə onun bütün rəsmi təltiflərdən xoşlanmamasıdır. Digər görkəmli insan Le Duc Thodur. O, 1973-cü ildə Nobel sülh mükafatına layiq görülsə də, Vyetnamda mövcud olan müharibə vəziyyətinə görə ondan imtina edib. Lakin Nobel mükafatlarından imtina bununla bitmir. 4 Nobel laureatı da onlara təqdim edilən mükafatlardan imtina edib, ancaq bu dəfə səbəb tamam başqa idi. Belə ki, faşist lideri Adolf Hitler öz qəribəliyini burada da göstərib. A. Hitler 3 alman nobelçisini — kimya üzrə Nobel laureatları Richard Kuhnu (1938), Adolf Butenandtı (1939), fiziologiya və tibb üzrə laureat Gerhard Domagkı layiq görüldükləri mükafatlardan imtinaya məcbur edib. Sonradan onların bəzisi Nobel mükafatının diplomu və medalını əldə etsələr də, mükafatdakı məbləği ala bilməyiblər. 1958-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Boris Pasternakı isə bu mükafatdan imtinaya vətəndaşı olduğu SSRİ məcbur edib. Bəzi laureatlar bir neçə dəfə, yaxud da bir neçə sahə üzrə Nobel mükafatına layiq görülüblər. Bunlardan Qırmızı Xaç Komitəsi Nobel sülh mükafatını üç dəfə əldə edib. Amerikalı alim J. Bardeen (1956 və 1972) fizika üzrə Nobel mükafatını, ingilis mütəxəssisi F. Sanger (1958 və 1980) kimya üzrə Nobeli, BMT-nin Qaçqınlar üzrə Ali Komissiyası (UNHCR) Nobel sülh mükafatını iki dəfə qazanıb. Milliyyətcə polyak olan M. Küri 1903-cü ildə fizika və 1911-ci ildə kimya üzrə Nobel mükafatlarını əldə edib. Amerikalı alim L. Pauling də iki fərqli sahə üzrə mükafatla qiymətləndirilib. Lakin Linus Pauling yeganə insandır ki, iki tamamilə fərqli, aidiyyəti olmayan sahə üzrə — kimya (1954) və sülh (1962) Nobel mükafatlarına layiq görülüb. "Ailəvi Nobel laureatları" da var: Mariya Küri, Villiam Bragg, Artur Kornberg, Jan Tinbergen.

R. Əliquliyev, S. Şükürlü, S. Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Bakı, İnformasiya Texnologiyaları, 2009, 201 s.

  1. Golden, Frederic. "The Worst And The Brightest". Timemagazine. Time Warner. 16 October 2000. 11 November 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 9 April 2010. (#apostrophe_markup)
  2. Sohlman, Ragnar. . 1983. səh. 13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]