İlotlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

İlotlar q.yun. εἱλώτης) — Qədim Spartanın dorilər tərəfindən tabe edilmiş yerli əhalisi.

İlotlar dövlətin əmlakı sayılır və ayrı-ayrı spartalıların sahibi olduqları torpaq sahələrinə təhkim edilirdilər. İlotlar qullardan onunla fərqlənirdilər ki, onların torpağı becərmək üçün əmək alətləri, mal-qaraları, eləcə də öz təsərrüfatları var idi. Torpaq sahibləri ilotları öldürə və sata bilməzdilər. İlotlar əldə etdikləri məhsulun təxminən yarısını ağalarına verirdilər; yerdə qalan hissəsi isə özlərinə qalırdı. İlotlar Sparta icmasına daxil olmurdular və heç bir hüquqa malik deyildilər. İlotların hədsiz istismarı onların üsyanlarına səbəb olurdu. Ən böyük üsyan e.ə. VII əsrdə və e.ə. 464–459-cu illərdə olmuşdur. İlotların üsyanlarının qarşısını almaq məqsədilə spartalılar kriptilər — vaxtaşırı daha cəsarətli və qüvvətli ilotların döyülməsi və öldürülməsi sistemini tətbiq etməyə başladılar.

Məktəblinin tarix lüğəti. Bakı,2011, səh.147.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]