İlxı qoruğu
Kənd | |
İlxı qoruğu | |
---|---|
Ölkə | Ermənistan |
Rayon | Üçkilsə rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
İlxı qoruğu — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd.[1][2][3]
Tarixi
[redaktə | mənbəni redaktə et]Qafqazın 5 verstlik xəritəsində[4] qeyd edilmişdir.1918-ci ildə əhalisi qovulduqdan sonra kənd dağılmışdır.
Toponimi
[redaktə | mənbəni redaktə et]Toponim Azərbaycan dilində toplu isim kimi işlənən ilxı (at ilxısı) sözü ilə qoruq sözündən əmələ gəlib "atlar üçün qoruğun yanındakı kənd" mənasını verir. Zootoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kənd "İlxı qoruğu" yerinin adı ilə adlanmışdır. İlxı qoruğu isə İrəvan xanlarının at ilxılarının saxlandığı yerin adıdır.[5]
Əhalisi
[redaktə | mənbəni redaktə et]Kənddə 1873-cü ildə 242 nəfər, 1886-cı ildə 345 nəfər, 1897-ci ildə 432 nəfər, 1904-cü ildə 215 nəfər, 1914-cü ildə 375 nəfər, 1916-cı ildə 136 nəfər yalnız azərbaycanlı yaşamışdır[6].
1918-ci ildə kənd erməni təcavüzünün qurbanı olmuş, sakinləri qırğınlarla tarixi-etnik torpaqlarından deportasiya olunmuşdur. 1920-ci ildə ləğv edilmişdir. İndi xaraba kənddir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- ↑ Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
- ↑ Зелинской С.П. Экономический быт государственных крестьян в Бамбакском участии и в северной части Шорагялского участка Александропольского уезда Ериванской губернии. "Материалы для изучения экономического быта гос. крестьян Закавказского края", том III, М., 1886.
- ↑ Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.102
- ↑ Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Илхы горуғу // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998. 452 с.
- ↑ erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.82–83, 152–153