İspaniyanın muxtar birlikləri
Naviqasiyaya keç
Axtarışa keç
Muxtar birliklər (isp. comunidad autónoma) — İspaniya Konstitusiyasına görə qurulmuş, İspaniya Krallığının yüksək səviyyəli siyasi qurumlarıdır. Konstitusiyanın ikinci maddəsi "bölgələr və millətlər"in muxtariyyət haqqını qəbul edir, həmçinin "İspan millətinin ayrılmaz birliyini" elan edir. Hazırda İspaniyanın tərkibində 17 muxtar birlik və 2 muxtar şəhər (Seuta və Melilya) vardır. Muxtar qurumların öz nizamnamələri var və onların hökumətləri mərkəzi hökumətlə hakimiyyəti paylaşır. Öz növbəsində, muxtar qurumlar 52 əyalətə bölünür.
İspaniyanın muxtar birlikləri
[redaktə | vikimətni redaktə et]- Andalusiya
- Araqon
- Asturiya
- Balear Adaları
- Bask Ölkəsi
- Estremadura
- Kanar Adaları
- Kantabriya
- Kastiliya - La-Mança
- Kastiliya və Leon
- Kataloniya
- Madrid
- Melilya
- Mursiya
- Navarra
- Qalisiya
- Rioxa
- Seuta
- Valensiya