İsrail şəhərləri siyahısı
İsrail şəhərləri siyahısı — əhalisi 100.000-dən çox olan şəhərləri özündə ehtiva edir. İsrail ümumilikdə 7 inzibati rayonda 75 şəhərə sahibdir. İsrail əhalisinin təxminən 90%-i şəhərlərdə yaşadığına görə bu ölkədə şəhər əhalisinin sıxlığı dünyada ən yüksək göstəricilərdən biridir. İsrailin yerli idarəetmə sisteminə əsasən, əhalisi 20.000-i keçən hər bir coğrafi məkana, Daxili İşlər Nazirliyi tərəfindən şəhər statusu verilir. "Şəhər" ifadəsi bu ölkədə sadəcə şəhər aqlomerasiyalarına aid edilmir. İsraildə iki fərqli şəhər aqlomerasiyası mövcuddur:
- Ölkə əhalisinin təxminən üçdə birinin yaşadığı Quş-Dan
- Ölkə əhalisinin təxminən 7%-nin cəmləşdiyi Hayfa və Krayot
Siyahı İsrail Mərkəzi Statistika Bürosunun verdiyi məlumatlar əsasında hazırlanmışdır.
Siyahı
[redaktə | vikimətni redaktə et]İsrail Daxili İşlər Nazirliyi tərəfindən ümumilikdə 75 bələdiyyəyə “şəhər” statusu verilib, ən yeni şəhər isə 2008-ci ildə ərəblərin Kafr-Qasem qəsəbəsidir. İsrail, əhalisinin sayı 100.000-dən çox 14 şəhərə ev sahibliyi edir. Paytaxtın əhalisinin sayı isə 700.000-dir.
Siyahıya İsrail suverenliyinə tabe olmayan İordan çayının qərb sahilindəki Yəhudya və Samariya bölgəsində yerləşən dörd şəhər daxil edilmişdir. Qüdsün ərazisi və əhalisi, 1967 müharibəsində İsrail tərəfindən ilhaq edilmiş və beynəlxalq tanınma almamış 1980 Qüds Qanunu çərçivəsində Qüdsün bələdiyyə sərhədlərinə daxil edilmiş Şərqi Qüdsü də əhatə edir.