Ərdəhan kanoner qayığı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ərdəhan
Ümumi məlumatlar
Adı: Ərdəhan
Sahibi: Çar Rusiyası
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti
SSRİ SSRİ
Gəmini hazırlayan tərsanə: Novoe Admiralteystvo tərsanəsi
İnşa edildiyi yer: Sankt-Peterburq, Çar Rusiyası
Hazırlanmağa başlanması: dekabr 1908
Dənizə salınması: 12 sentyabr 1909
İlk səfəri: iyul 1910
Vəziyyəti: 18 noyabr 1959-cu ildə Əmlak Departament Fonduna demontaj üçün təhvil verilib
Xüsusiyyətləri
Sinifi və Tipi: Kanoner qayığı
Qeydiyyat portu: Bakı
Uzunluğu: 61.75 metr
Sürəti: 14.5 Knot
Həcmi: 8/120 nəfər

ƏrdəhanÇar Rusiyası, Azərbaycan Xalq CümhuriyyətiSSRİ-nin donanmasına daxil olan kanoner qayığı.[1][2]

Azərbaycan Tarixi Muzeyində "Ərdəhan"ın maketi

1919-cu ilin yazında Bakını tutmaqla Xəzər bölgəsində ingilislərin mövqeyi xeyli dərəcədə möhkəmlənmişdi.[3] Bakının neft məhsullarını və əsas sənaye obyektlərini, həmçinin Xəzər hərbi və ticarət donanmasının 147 gəmisini "Britaniya neft müdiriyyətinə" tabe etdirərək, Xəzər dənizində öz hərbi-dəniz donanmasını yaratmaq üçün təcili tədbirlər görməyə başlamışdı.[3] "Ərdəhan" və "Qars" gəmilərinin əsasən ruslardan komplektləşdirilmiş komanda heyəti həm ingilislərə, həm də ağqvardiyaçılara düşmən kimi baxırdı.[3] 26 fevral 1919-cu ildə Xəzər dənizinin qərb sahillərindəki ağqvardiyaçı ordusunun komandanlığının əməliyyat məlumatında deyilirdi: "Ən böyük gəmilərdən "Ərdəhan" və "Qars" pis vəziyyətdədir".[3] 1918-ci ilin əvvəllərində bu gəmilərin matrosları Bakı kommunistləri vasitəsilə Həştərxandakı sovet komandanlığına bir neçə dəfə xahişlə müraciət etmişdi: "Sovet hakimiyyətinə qayıtmaq üçün onların təhlükəsizliyi təmin edilsin".[4] "Qara dəniz ordusu"nun baş komandanı general C. F. Milnin 1918-1920-ci illərdə öz komandanlığı altında olan ordunun Qafqaz və Xəzər ətrafındakı əməliyyatları haqqında məruzəsində qeyd olunduğu kimi, həmçinin 1921-ci ilin yanvarında İngiltərə hökumətinin "London" qəzetinin əlavəsində çap edildiyi kimi, Xəzər hərbi donanması gəmiləri heyəti (iki kanoner - "Ərdəhan" və Qars" gəmiləri, həmçinin bir neçə yardımçı gəmi) "bolşevizmə meyil etməsinə görə" 1 mart 1919-cu ildə torpeda katerləri tərəfindən batırılma qorxusu ilə ləğv edilmişdi.[5] Beləliklə, matrosların "Qars" və "Ərdəhan" gəmilərini qaçırmağa göstərdikləri hər iki cəhdi ingilislər zərərsizləşdirmişlər.[3]

  1. "Александр Немитц: царский адмирал-дезертир дослужился до ордена Красного Знамени". cripo.com.ua. cripo.com.ua. Archived from the original on 2013-05-09. İstifadə tarixi: 13 noyabr 2016.
  2. "Канонерская лодка «Ардаган»". www.nashflot.ru. www.nashflot.ru. 2016-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 13 noyabr 2016.
  3. 1 2 3 4 5 Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xəzərdə hərbi dənizçilik əməliyyatları. “Hərbi bilik”. - 2009. - №2. S. 78-90.
  4. . Военные моряки в борьбе за власть Советов в Азербайджане и Прикаспии. 1918 - 1920 г. //Сборник документов. Баку: Элм, 1971
  5. "Dialoq" (Moskva). 1993. №2 (jurnal)

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]