İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel azərb. İDHP ing. IPCC | |
---|---|
ing. Intergovernmental Panel on Climate Change | |
Növü | Panel |
Fəaliyyəti | Aktiv |
Yaranma tarixi | 1988 |
Mərkəzi | Cenevrə, İsveçrə |
Qurucusu | |
Prezident | Hoysun Li |
ipcc.ch | |
Vikianbarda əlaqəli mediafayllar |
İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (ing. Intergovernmental Panel on Climate Change)- iqlim dəyişikliyinin qiymətləndirilməsi üzrə beynəlxalq qurumdur. Bu qurum BMT-nin Ətraf Mühit Proqramı (UNEP) və Dünya Meteorologiya Təşkilatı (WMO) tərəfindən iqlim dəyişikliyi və onun potensial ekoloji və sosial-iqtisadi təsirləri haqqında məlumatların mövcud vəziyyəti ilə əlaqədar dünyanı açıq elmi mülahizələrlə təmin etmək üçün yaradılmışdır.[1][2]
İDHP-i hökumətlərarası və elmi bir orqandır. Hal-hazırda BMT-yə və WMO-ya üzv olan 194 ölkə eyni zamanda İDHP-nın üzvüdürlər[3] və bu ölkələr iqlim dəyişikliyi anlayışına uyğun olaraq dünya üzrə ən son elmi, texniki və sosial-iqtisadi məlumatları nəzərdən keçirir və qiymətləndirirlər. İDHP-nin elmi və hökumətlərarası statusuna görə, bu qurum qərar qəbul edən şəxslərə ciddi və balanslı elmi məlumatlar təqdim etmək üçün unikal bir şərait yaradır. Bu səbəbdən Təşkilatın işi müvafiq siyasətlə bağlı olmaqdan savayı, həm neytral siyasətə və həm də təlimatsız siyasətə əsaslanır.[4]
Tanınmış iqlim alimləri və bütün üzv hökumətlər İDHP-nin tapıntılarını dəstəkləyirlər.[5] Bu, İDHP-nin iqlim dəyişikliyi istiqamətində mötəbər qurum olduğunu göstərir. Hökumətlər, vətəndaş cəmiyyəti təşkilatları və KİV mütəmadi olaraq qurumun hesabatlarından sitatlar gətirirlər. İDHP-nin hesabatları BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən keçirilən illik iqlim müzakirələrində əsas rol oynayır.[6] İDHP-nin Beşinci Qiymətləndirmə hesabatı 2015-ci ildə imzalanmış Paris sazişinə əsaslı təsir göstərmişdir.[7] İDHP 2007-ci il Nobel Sülh mükafatını iqlim dəyişiklikləri istiqamətindəki töhfələrinə görə Albert Qor ilə bölüşdü.[8]
Altıncı Qiymətləndirmə hesabatı dövründə İDHP üç xüsusi hesabatını açıqladı. İlkin hesabatı 2018-ci ildə 1,5°C-lik Qlobal İstiləşmə üzrə Xüsusi hesabat oldu. 2019-cu ildə İqlim Dəyişikliyi və Quruya dair Xüsusi hesabatı (SRCCL) və Dəyişən İqlimdə Okean və Kriosferə dair Xüsusi hesabatını (SROCC) açıqladı. İDHP həmçinin 2019-cu ildə öz metodolarını da yenilədi. Beləliklə, altıncı qiymətləndirmə dövrü İDHP-nin tarixində ən iddialı dövr oldu.[9]
İDHP hər hansı bir tədqiqat apamır, iqlimə bağlı məlumat və amilləri izləmir. Dünyanın hər bir yerindən minlərlə alim könüllülük əsasında İDHP-in işinə yardım edir.
Yaranması
[redaktə | mənbəni redaktə et]İDHP-nin sələfi olan təşkilat İstixana Qazları üzrə Məsləhət Qrupu (ing. AGGG) idi.[10] İQMQ-nu 1986-cı ildə üç təşkilat yaradıb. Bu təşkilatlar: Beynəlxalq Elmi Birliklər Şurası, Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) və Ümumdünya Meteorologiya təşkilatları (WMO) idi. İQMQ istixana qazları ilə bağlı elmi araşdırmalara nəzarət edir, həmçinin istixana qazlarının artımını öyrənir.
ABŞ-nin Ətraf Mühitin Mühafizəsi Agentliyi istixana qazlarının emissiyalarını məhdudlaşdırmaq üçün beynəlxalq konvensiya əldə etməyə çalışırdı. Reyqan Administrasiyası müstəqil elm xadimlərinin həddən çox nüfuz sahibi olacağından narahat idi. Buna görə də UNEP və WMO 1988-ci ildə hökumətlərarası orqan kimi İDHP-ni yaratdılar. İDHP bütün aparıcı müvafiq alimlər tərəfindən dəstəklənən hesabatlar hazırlayır. Panelə üzv hökumətlər də, hesabatları konsensus razılaşması ilə təsdiq etməlidirlər. Beləliklə, İDHP həm elmi, həm də hökumətlərin təşkilatıdır. Onun işi hökumətlərə elm adamlarının iqlim dəyişikliyi haqqında bildiklərini çatdırmaqdır.[11][12] Qurum həmçinin iqlim dəyişikliyinin təsirlərini və onunla mübarizə variantlarını araşdırır. İDHP, bu öhdəliyini resenziyalı elmi ədəbiyyatı qiymətləndirməklə edir.[13]
BMT, İDHP-nin yaradılmasını 1988-ci ildə təsdiqlədi. Baş Assambleyanın qətnaməsində insan fəaliyyətinin iqlimə təsir göstərə biləcəyi qeyd edilsə də, bu ağır iqtisadi və sosial nəticələrə səbəb ola bilər. İstixana qazlarının artan konsentrasiyasının planeti istiləşdirə biləcəyini də qeyd olunub ki, bu da dəniz səviyyəsinin qalxmasına səbəb olacaq. Əgər vaxtında tədbirlər görülməsə, kainat üçün ağır nəticələr ola bilər.
Təşkili
[redaktə | mənbəni redaktə et]İş metodu
[redaktə | mənbəni redaktə et]İDHP orijinal tədqiqat aparmır.[14] Qurum, iqlim dəyişikliyi ilə bağlı biliklərin vəziyyətinə dair qiymətləndirmələr, xüsusi mövzular üzrə hesabatlar, həmçinin müxtəlif metodologiyalar hazırlayır. Bu metodologiyalar ölkələrə istixana qazı emissiyalarını qiymətləndirməyə kömək edir. Qurumun qiymətləndirmələri əvvəlki hesabat və elmi nəşrlərə əsaslanır. Altı qiymətləndirmənin hesabatları, dəyişən iqlim üçün artan sübutları əks etdirir və bunun necə insan fəaliyyəti ilə bağlı olduğunu göstərir.
Qaydalar və idarəetmə prinsipləri
[redaktə | mənbəni redaktə et]İDHP-nin prosedur qaydaları "İDHP İşini Tənzimləyən Prinsiplər"də öz əksini tapmışdır. İDHP-nin qiymətləndirdiyi aşağıdakılardır:
- insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi riski,
- onun potensial təsirlərini
- mümkün iqlim dəyişikliyi təsirlərinin azaldılması.
İDHP qaydalarına əsasən onun qiymətləndirmələri hərtərəfli, obyektiv, açıq və şəffaf olmalıdır. Qaydalar iqlim dəyişikliyinin elmi anlayışına aid olan bütün məlumatları əhatə edir və elmi, texniki və sosial-iqtisadi məlumatlara əsaslanır. İDHP hesabatları siyasi məsələlərdə öz neytrallığını qorumalıdır.
Strukturu
[redaktə | mənbəni redaktə et]İDHP aşağıdakı struktura malikdir:
- İDHP Panelinin ildə iki dəfə plenar iclası toplanır ki, bu da İDHP-nin strukturuna, prosedurlarına, iş proqramına və büdcəsinə nəzarət edir. Hesabatların təsdiqi üçün daha çox sıxlıqla toplantılar keçirilə bilər. İDHP hesabatları qəbul edir və təsdiqləyir. Panel İDHP korporativ qurumudur.
- Sədr: Şura tərəfindən seçilir. Büroya və digər orqanlara sədrlik edir və təşkilatı təmsil edir.
- Büro: Şura tərəfindən seçilir. Hazırda onun müxtəlif coğrafi bölgələrdən 34 üzvü var.[15] Sədr və üç İDHP sədrinin müavini ilə yanaşı, onlar İDHP-nin üç İşçi Qrupuna rəhbərlik edirlər. Həmçinin, Şuraya öz işinin elmi və texniki aspektləri üzrə təlimat verir.[16]
- İşçi qruplar: Hər birində bir inkişaf etmiş və inkişaf etməkdə olan ölkədən iki həmsədr var. Texniki dəstək bölməsi hər bir İşçi qrupunu dəstəkləyir. İşçi qrupun sessiyaları Qiymətləndirmə siyasətini müəyyən edənlər üçün xülasə və xüsusi hesabatları təsdiq edir. Hər bir İşçi qrupun bürosu var, bu da IDHP Bürosunun üzvləri olan həmsədr və sədr müavinlərindən ibarətdir.
- I İşçi qrupu: İqlim sistemi və iqlim dəyişikliyinin elmi aspektlərini qiymətləndirir. Həmsədrləri Robert Votard (Fransa) və Xiaoye Zhangdır (Çin).[17]
- II İşçi qrupu: İqlim dəyişikliyinin insan və təbii sistemlərə təsirlərini qiymətləndirir. Uyğunlaşma variantlarını qiymətləndirir. Həmsədrləri Bart van den Hurk (Hollandiya) və Uiinston Çoudur (Sinqapur).[17]
- III İşçi qrupu: İstixana qazı emissiyalarını məhdudlaşdırmaqla iqlim dəyişikliyinin dayandırılması yollarını qiymətləndirir. Həmsədrləri Ketrin Kalvin (ABŞ) və Coy Jaklin Pereyradır (Malayziya).[17]
- Milli İstixana Qazları Ehtiyatları üzrə İşçi qrupu. İstixana qazlarının emissiyalarının qiymətləndirilməsi üçün metodologiyalar hazırlayır. Həmsədrləri Takeşi Enoki (Yaponiya) və Mazhar Hayatidir (Pakistan).
- Qüvvələr Bürosu, İDHP Bürosunun üzvləri olan iki həmsədrdən və 12 üzvdən ibarətdir.
- İcraiyyə Komitəsi sədrdən, İDHP-nin sədr müavinlərindən və İşçi qrupların və İşçi qrupun həmsədrlərindən ibarətdir. Komitə, Şuranın iclasları arasında yaranan təcili məsələləri həll edir.[18]
- Katiblik fəaliyyətlərə nəzarət edir, Sədr və Bürosu isə hökumətlər üçün əlaqəni dəstəkləyir. BMT-nin Ətraf Mühit Proqramı və Dünya Meteorologiya Təşkilatı tərəfindən dəstəklənir.[19]
Arxivləşdirmə
[redaktə | mənbəni redaktə et]İDHP öz hesabatlarını və elektron fayllarını öz saytında arxivləşdirir. Harvard Universitetinin Kitabxanası Ətraf Mühit Elmi və İctimai Siyasət Arxivləri də onları arxivləşdirir.[20]
Bütün hesabatların siyahısı
[redaktə | mənbəni redaktə et]İl | Hesabatın adı | Hesabatın növü |
---|---|---|
2023 | AR6 Sintez hesabatı: İqlim Dəyişikliyi 2023 (Mart 2023) | Sintez hesabatı |
2021-2022 | İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin altıncı qiymətləndirmə hesabatı (AR6): İqlim Dəyişikliyi 2021: The Physical Science Basis (I İşçi qrupu, avqust 2021), İqlim Dəyişikliyi 2022: Impacts, Adaptation and Vulnerability (II İşçi qrupu, fevral 2022), Mitigation of Climate Change (III İşçi qrupu, fevral 2022) | Qiymətləndirmə hesabatı (İşçi qrupu töhfələri) |
2019 | Dəyişən İqlimdə Okean və Kriosferə dair Xüsusi hesabat (SROCC) | Xüsusi hesabat |
2019 | İqlim Dəyişikliyi və Torpaq üzrə Xüsusi hesabat (SRCCL) | Xüsusi hesabat |
2019 | Milli İstixana qazları ehtiyatları üzrə 2006-cı il İDHP təlimatlarına 2019-cu il Təkmilləşdirmə əlavəsi[21] | Metodologiya hesabatı |
2018 | 1,5 °C Qlobal istiləşmə üzrə Xüsusi hesabat (SR15) | Xüsusi hesabat |
2014 | AR5 Sintez hesabatı: İqlim Dəyişikliyi 2014[22] | Sintez hesabatı |
2013-2014 | Beşinci Qiymətləndirmə hesabatı (AR5) İqlim Dəyişikliyi 2013: Fizika elminin əsasları (I İşçi qrupu, sentyabr 2013), İqlim Dəyişikliyi 2014: Təsirlər, Uyğunlaşma (II İşçi qrupu, mart 2014), İqlim Dəyişikliyi 2014: İqlim Dəyişikliklərinin azaldılması (II İşçi qrupu, aprel 2014) | Qiymətləndirmə (İşçi qrupu töhfələri) |
2013 | Milli İstixana qazları ehtiyatları üzrə 2006-cı il İDHP Təlimatlarına 2013-cü il əlavəsi: Bataqlıqlar[23] | Metodologiya hesabatı |
2013 | 2013-cü il Kioto protokolundan irəli gələn Yenidən İşlənmiş Əlavə metodu və Yaxşı Təcrübə rəhbərliyi[24] | Metodologiya hesabatı |
2011 | İqlim Dəyişikliyinə uyğunlaşmanın Təkmilləşdirilməsi istiqamətində Ekstremal Hadisə və Fəlakət risklərinin idarə edilməsi (SREX)[25] | Xüsusi hesabat |
2011 | Bərpa Olunan Enerji mənbələri və İqlim Dəyişikliyinin azaldılması (SRREN)[26] | Xüsusi hesabat |
2007 | AR4 Sintez hesabatı: İqlim Dəyişikliyi 2007 | Sintez hesabatı |
2007 | Dördüncü Qiymətləndirmə hesabatı (AR4) Climate Change 2007: The Physical Science Basis (I İşçi qrupu, fevral 2007), Climate Change 2007: Impacts, Adaptation, and Vulnerability (II İşçi qrupu, aprel 2007), Climate Change 2007: Mitigation of Climate Change (III İşçi qrupu, may 2007) | Qiymətləndirmə hesabatı (İşçi qrupu töhfələri) |
2006 | 2006 IPCC Guidelines for National Greenhouse Gas Inventories | Metodologiya hesabatı |
2005 | Safeguarding the Ozone Layer and the Global Climate System | Xüsusi hesabat |
2005 | Carbon Dioxide Capture and Storage[27] | Xüsusi hesabat |
2003 | Torpaqdan istifadə, Torpaqdan istifadə dəyişikliyi və Meşə təsərrüfatı üçün Yaxşı Təcrübə rəhbərliyi | Metodologiya hesabatı |
2003 | Meşələrin, bitki örtüklərinin insanlar tərəfindən birbaşa deqradasiyası nəticəsində yaranan inventar emissiyalarının tərif və metodoloji seçimləri | Metodologiya hesabatı |
2001 | TAR Sintez hesabatı: İqlim Dəyişikliyi 2001 | Sintez hesabatı |
2001 | Üçüncü Qiymətləndirmə hesabatı (TAR) Climate Change 2001: The Scientific Basis (I İşçi qrupu), Climate Change 2001: Impacts, Adaptation, and Vulnerability (
II İşçi qrupu), Climate Change 2001: Mitigation (III İşçi qrupu) |
Qiymətləndirmə hesabatı (İşçi qrupu töhfələri) |
2000 | Milli İstixana Qazı Ehtiyatlarında Yaxşı Təcrübə rəhbərliyi və qeyri-müəyyənliyin idarə edilməsi | Metodologiya hesabatı |
2000 | Texnologiya transferində Metodoloji və Texnoloji məsələlər | Xüsusi hesabat |
2000 | Torpaqdan istifadə, Torpaqdan istifadə dəyişikliyi və Meşə təsərrüfatı | Xüsusi hesabat |
2000 | Emissiya Ssenariləri üzrə Xüsusi hesabat (SRES) | Xüsusi hesabat |
1999 | Aviasiya və Qlobal atmosfer | Xüsusi hesabat |
1997 | İqlim Dəyişikliyinin Regional təsirləri: Zəif göstəricilərin qiymətləndirilməsi | Xüsusi hesabat |
1996 | Milli istixana qazları ehtiyatları üçün 1996-cı il İDHP təlimatlarına yenidən baxılması | Metodologiya hesabatı |
1996 | SAR Sintez hesabatı: İqlim Dəyişikliyi 1995 | Sintez hesabatı |
1995 | İkinci Qiymətləndirmə hesabatı (SAR) Climate Change 1995: The Science of Climate Change (I İşçi qrupu), Climate Change 1995: Impacts, Adaptations and Mitigation of Climate Change: Scientific-Technical Analyses (II İşçi qrupu), Climate Change 1995: Economic and Social Dimensions of Climate Change (III İşçi qrupu) | Qiymətləndirmə hesabatı (İşçi qrupu töhfələri) |
1994 | Milli İstixana qazları ehtiyatları üçün İDHP təlimatları | Metodologiya hesabatı |
1994 | İqlim Dəyişikliyi 1994: İqlim Dəyişikliyinin Radiativ Məcburiyyəti və İDHP İS 92 Emissiya ssenarilərinin qiymətləndirilməsi | Xüsusi hesabat |
1994 | İqlim Dəyişikliyinə təsir və uyğunlaşmaların qiymətləndirilməsi üzrə İDHP-in Texniki təlimatları | Xüsusi hesabat |
1992 | İqlim Dəyişikliyi: İDHP 1990 və 1992 Qiymətləndirmələri (iyun 1992) (bütün hesabatın icmalı daxildir) | Qiymətləndirmə hesabatı (İşçi qrupu töhfələri)/Xüsusi hesabat |
1992 | FAR (İlk Qiymətləndirmə hesabatı) İqlim Dəyişikliyi 1992: İDHP Elmi Qiymətləndirməsinə əlavə (I İşçi qrupu, fevral 2022), İqlim Dəyişikliyi 1992: İDHP Elmi Qiymətləndirməsinə əlavə (II İşçi qrupu, fevral 2022) | Qiymətləndirmə hesabatı (İşçi qrupu töhfələri) |
1990 | İlk Qiymətləndirmə hesabatı (FAR) İqlim Dəyişikliyi: İDHP Elmi Qiymətləndirməsi (I İşçi qrupu), İqlim Dəyişikliyi: İDHP Elmi Qiymətləndirməsi (II İşçi qrupu), İqlim Dəyişikliyi: İDHP Cavab Strategiyaları (III İşçi qrupu) | Qiymətləndirmə hesabatı (İşçi qrupu töhfələri) |
Dəstək və mükafatları
[redaktə | mənbəni redaktə et]Elmi qurumlardan təsdiqlər
[redaktə | mənbəni redaktə et]İDHP-nin hesabatları iqlimşünaslıq üçün etalondur.[28] Elmi ictimaiyyət tərəfindən İDHP-nin fəaliyyəti geniş dəstəklənir.[29][30] Bunu elmi qurum və ekspertlərin nəşrlərindən də görmək olar, bir çox elmi qurumlar İDHP-nin araşdırmalarının nəticələrini təsdiqləyən rəsmi açıqlamalar da veriblər. Məsələn:
- 2001-ci ilin Üçüncü Qiymətləndirmə hesabatı Kanada İqlim və Atmosfer Elmləri Fondu[31], Amerika Birləşmiş Ştatlarının Milli Tədqiqat Şurası[32] və Avropa Yer Elmləri İttifaqı tərəfindən təsdiqləndi.[33]
- 2007-ci ilin Dördüncü Qiymətləndirmə hesabatı Beynəlxalq Elm Şurası[34] və Afrika Elm Akademiyaları Şəbəkəsi tərəfindən təsdiqləndi.[35]
Nobel sülh mükafatı (2017)
[redaktə | mənbəni redaktə et]2007-ci ilin dekabrında İDHP Nobel Sülh mükafatını "texnogen iqlim dəyişikliyi haqqında daha çox biliklərin yaradılması və yayılması, bu cür dəyişiklikliklərə qarşı mübarizdə lazım olan tədbirlərin əsasının qoyulması itiqamətindəki səylərinə görə" alıb. Qurum mükafatı bu istiqamətlə bağlı "Əlverişsiz həqiqət"[ing.]sənədli filminə görə ABŞ-nin keçmiş vitse-prezidenti Albert Qor la bölüşüb.[36]
Gülbenkiyan Bəşəriyyət mükafatı (2022)
[redaktə | mənbəni redaktə et]2022-ci ilin oktyabrında İDHP, Gülbenkiyan Bəşəriyyət mükafatını isə Biomüxtəliflik və Ekosistem Xidmətləri üzrə Hökumətlərarası Elm-Siyasət Platforması ilə paylaşdı. İki hökumətlərarası qurum mükafatı "elmi biliklərin istehsalı, iqlim dəyişikliyi və biomüxtəlifliyin itirilməsi ilə mübarizədəki" səylərinə görə qazanıblar. [37]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "About the IPCC". Intergovernmental Panel on Climate Change. 2 February 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 February 2019.
- ↑ "A guide to facts and fictions about climate change" (PDF). The Royal Society. March 2005. 3 October 2012 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 November 2009.
- ↑ "A guide to facts and fiction about climate change". The Royal Society. March 2005. 5 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 July 2007.
- ↑ "Principles Governing IPCC Work" (PDF). 2019-12-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-02-21.
- ↑ Sample, Ian. "Scientists offered cash to dispute climate study". Guardian. London. 2 February 2007. İstifadə tarixi: 24 July 2007.
Lord Rees of Ludlow, the president of the Royal Society, Britain's most prestigious scientific institute, said: 'The IPCC is the world's leading authority on climate change...'
- ↑ "What is the UNFCCC?". UNFCCC. 2020-02-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
- ↑ Schleussner, Carl-Friedrich; Rogelj, Joeri; Schaeffer, Michiel; Lissner, Tabea; Licker, Rachel; Fischer, Erich M.; Knutti, Reto; Levermann, Anders; Frieler, Katja; Hare, William. "Science and policy characteristics of the Paris Agreement temperature goal" (PDF). Nature Climate Change. 6 (9). 25 July 2016: 827. Bibcode:2016NatCC...6..827S. doi:10.1038/nclimate3096. 5 October 2023 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 September 2024.
- ↑ "The Nobel Peace Prize 2007". The Nobel Prize. Nobel Prize Outreach. 2020-05-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-30.
- ↑ "Decisions adopted by the 43rd Session of the Panel" (PDF). səh. 11 decision 6. 2022-04-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-09-30.
- ↑ Potter, Thomas D. "Advisory Group on Greenhouse Gases Established Jointly by WMO, UNEP, and ICSU". Environmental Conservation. 13 (4). Winter 1986: 365. Bibcode:1986EnvCo..13..365P. doi:10.1017/S0376892900035505.
- ↑ Weart, Spencer R. Democracy and Policy Advice (1980s) // The Discovery of Global Warming (Revised and expanded). Cambridge, Mass. 2008. ISBN 978-0-674-41755-7. OCLC 872115457. 9 November 2013 tarixində arxivləşdirilib.
- ↑ "IPCC Factsheet: What is the IPCC?" (PDF). 2024-07-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-10-02.
- ↑ Hulme, Mike; Mahony, Martin. "Climate change: What do we know about the IPCC?". Progress in Physical Geography: Earth and Environment (ingilis). 34 (5). October 2010: 705–718. Bibcode:2010PrPG...34..705H. doi:10.1177/0309133310373719. ISSN 0309-1333. 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
- ↑ "What is the IPCC?". Energy & Climate Intelligence Unit (ingilis). 18 October 2021. 2022-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-08.
- ↑ "Bureau Portal — IPCC". İstifadə tarixi: 9 August 2019.
- ↑ "The IPCC Bureau". The IPCC Bureau (see Terms of Reference). IPCC.
- ↑ 1 2 3 "IPCC wraps up elections in Nairobi — IPCC". İstifadə tarixi: 2023-07-29.
- ↑ "Structure of the IPCC - The Executive Committee". Structure of the IPCC.
- ↑ "Terms of Reference of the IPCC Secretariat" (PDF).
- ↑ "Papers of the Intergovernmental Panel on Climate Change - Harvard College Library". 2010-04-27. 2010-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-27.
- ↑ IPCC 2019, 2019 Refinement to the 2006 IPCC Guidelines for National Greenhouse Gas Inventories, Calvo Buendia, E., Tanabe, K., Kranjc, A., Baasansuren, J., Fukuda, M., Ngarize, S., Osako, A., Pyrozhenko, Y., Shermanau, P. and Federici, S. (eds). Published: IPCC, Switzerland.
- ↑ IPCC, 2014: Climate Change 2014: Synthesis Report. Contribution of Working Groups I, II and III to the Fifth Assessment Report of the Intergovernmental Panel on Climate Change [Core Writing Team, R.K. Pachauri and L.A. Meyer (eds.)]. IPCC, Geneva, Switzerland, 151 pp.
- ↑ IPCC 2014, 2013 Supplement to the 2006 IPCC Guidelines for National Greenhouse Gas Inventories: Wetlands, Hiraishi, T., Krug, T., Tanabe, K., Srivastava, N., Baasansuren, J., Fukuda, M. and Troxler, T.G. (eds). Published: IPCC, Switzerland.
- ↑ IPCC 2014, 2013 Revised Supplementary Methods and Good Practice Guidance Arising from the Kyoto Protocol, Hiraishi, T., Krug, T., Tanabe, K., Srivastava, N., Baasansuren, J., Fukuda, M. and Troxler, T.G. (eds) Published: IPCC, Switzerland.
- ↑ IPCC, 2012: Managing the Risks of Extreme Events and Disasters to Advance Climate Change Adaptation. A Special Report of Working Groups I and II of the Intergovernmental Panel on Climate Change Arxiv surəti 29 sentyabr 2024 tarixindən Wayback Machine saytında [Field, C.B., V. Barros, T.F. Stocker, D. Qin, D.J. Dokken, K.L. Ebi, M.D. Mastrandrea, K.J. Mach, G.-K. Plattner, S.K. Allen, M. Tignor, and P.M. Midgley (eds.)]. Cambridge University Press, Cambridge, UK, and New York, New York, US, 582 pp.
- ↑ IPCC, 2011 – Ottmar Edenhofer, Ramón Pichs-Madruga, Youba Sokona, Kristin Seyboth, Patrick Matschoss, Susanne Kadner, Timm Zwickel, Patrick Eickemeier, Gerrit Hansen, Steffen Schloemer, Christoph von Stechow (Eds.) Cambridge University Press, Cambridge, United Kingdom and New York, New York, US, 1075 pp.
- ↑ IPCC, 2005: IPCC Special Report on Carbon Dioxide Capture and Storage Arxiv surəti 28 noyabr 2022 tarixindən Wayback Machine saytında. Prepared by Working Group III of the Intergovernmental Panel on Climate Change [Metz, B., O. Davidson, H. C. de Coninck, M. Loos, and L. A. Meyer (eds.)]. Cambridge University Press, Cambridge, United Kingdom and New York, New York, US, 442 pp.
- ↑ Paglia, Eric; Parker, Charles, Boin, Arjen; Fahy, Lauren A.; 't Hart, Paul (redaktorlar ), "The Intergovernmental Panel on Climate Change: Guardian of Climate Science", Guardians of Public Value (ingilis), Cham: Springer International Publishing, 2021, 295–321, doi:10.1007/978-3-030-51701-4_12, ISBN 978-3-030-51700-7
- ↑ * "Scientists Send Letter to Congress and Federal Agencies Supporting IPCC". American Geophysical Union. 24 October 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 March 2011.
- Yohe, G.W.; və b. "An Open Letter from Scientists in the United States on the Intergovernmental Panel on Climate Change and Errors Contained in the Fourth Assessment Report: Climate Change 2007". 15 March 2010 tarixində arxivləşdirilib.. Note: According to Yohe et al. (2010), more than 250 scientists have signed the statement.
- ↑ The Science of Climate Change (PDF), Joint statement by 16 national science academies, London: Royal Society, 17 May 2001, ISBN 978-0854035588, 19 April 2015 tarixində arxivləşdirilib (PDF)
- ↑ "CFCAS Letter to PM, November 25, 2005" (PDF). 21 August 2010 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 9 August 2019.
- ↑ Summary // Climate Change Science: An Analysis of Some Key Questions. Washington, D.C.: National Academies Press. 2001. doi:10.17226/10139. ISBN 978-0-309-07574-9. 2024-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-02.
- ↑ "European Geosciences Union (EGU): Position Statements" (PDF). 10 June 2023 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 1 November 2022.
- ↑ admin. "ICSU releases statement on the controversy around the 4th IPCC Assessment". International Science Council (ingilis). 2011-01-27. İstifadə tarixi: 2022-11-01.
- ↑ "Joint statement by the Network of African Science Academies (NASAC)" (PDF). Network of African Science Academies. 2007. 10 September 2008 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 29 March 2008.
- ↑ "2007 Nobel Peace Prize Laureates". 25 July 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 October 2007.
- ↑ "2022 Gulbenkian Prize for Humanity distinguishes IPBES and IPCC". 13 October 2022. 13 October 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2022.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- ipcc-data.org — Rəsmi saytı of IPCC Data Distribution Centre (Climate data and guidance on its use)