2018 Monako Qran-prisi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Monte-Karlo

2018 Monako Qran Prisi — 2018-ci ildə keçirilmiş Monako Qran Prisi.

Monako Qran Prisi üçün təkər seçimi

[redaktə | vikimətni redaktə et]
Mərhələ / Tərkiblər SuperHard Hard Medium Soft SuperSoft UltraSoft HyperSoft
Markalanma rəngi Narıncı Mavi Sarı Qırmızı Bənövşəyi Çəhrayı
Monako Qran Prisi SuperSoft UltraSoft HyperSoft

Sərbəst yürüşlər

[redaktə | vikimətni redaktə et]

Birinci sərbəst yürüşlər

[redaktə | vikimətni redaktə et]
Birinci sərbəst yürüşlərin qalibi Daniel Rikiardo

Kevin Maqnussen elektrik problemləri üzündən uzun müddət işləyə bilməyib.Roman Qrojanın maşınının altlığı da sessiya ərzində dəyişdirilib.Fernando Alonso isə ölçmə cihazlarındakı problemər üzündən yalnız son dəqiqələrdə boksu tərk edə bilib.Sergey Sirotkin 15-ci dəqiqədə son döngədə divarla təmas yaşayıb və təkərini zədələyib. O, özü boksa qayıda bilib.Lens Stroll isə oturacaq problemi ilə qarşılaşıb.Maks Ferstappen səhvə yol verərək təhlükəsizlik cibinə girib və arxa ötürmə ilə trasa qayıdıb. Onun manevri təhlükəli görünüb, stüardlar araşdırıblar, lakin heç bir cəza tətbiq edilməyib.Roman Qrojan, Lens StrollEsteban Okon baryerlərlə toqquşublar, lakin maşınlara zərər dəyməyib. Protokollara Daniel Rikiardo başçılıq edib–1:12.126.Maks Ferstappen komanda yoldaşına 0.154 saniyə fərqlə məğlub olub.

  1. Avstraliya Daniel Rikiardo 1:12.126
  2. Niderland Maks Ferstappen 1:12.280
  3. Böyük Britaniya Lyuis Həmilton 1:12.480
  4. Almaniya Sebastyan Fettel 1:13.041
  5. Finlandiya Kimi Raykkönen 1:13:066
  6. İspaniya Karlos Sayns 1:13.456
  7. Finlandiya Valtteri Bottas 1:13.502
  8. Meksika Serxio Perez 1:13.717
  9. Fransa Roman Qrojan 1:13.943
  10. Rusiya Sergey Sirotkin 1:13.962
  11. Fransa Esteban Okon 1:14.000
  12. Yeni Zelandiya Brendon Hartli 1:14.034
  13. Almaniya Niko Hülkenberq 1:14.134
  14. Fransa Pyer Qasli 1:14.240
  15. Belçika Stoffel Vandorn 1:14.291
  16. Monako Şarl Lekler 1:14.521
  17. İspaniya Fernando Alonso 1:14.637
  18. Kanada Lens Stroll 1:14.782
  19. İsveç Markus Eriksson 1:15.206
  20. Danimarka Kevin Maqnussen 1:18.801

İkinci sərbəst yürüşlər

[redaktə | vikimətni redaktə et]
İkinci sərbəst yürüşlərin qalibi Daniel Rikiardo

Sessiya 25-ci dəqiqədə dördüncü və beşinci döngələr arasındakı hissədə drenaj qapağı qırıldığından qırmızı bayraqla dayandırılıb. Həmin yerə təmir briqadası və Çarli Uaytinq şəxsən özü baş çəkib. Təmirə görə fasilə 15 dəqiqə davam edib. Yaşıl bayraqlar dalğalandıqdan sonra sürücülər uzun dövrələr vuraraq təkərlərin səmərəliliyini yoxlamağa başlayıblar. İlk sessiyadan fərqli olaraq, bu dəfə insident baş verməyib və sürücülər proqramlarını tam yerinə yetirə biliblər.

  1. Avstraliya Daniel Rikiardo 1:11.841
  2. Niderland Maks Ferstappen 1:12.035
  3. Almaniya Sebastyan Fettel 1:12.413
  4. Böyük Britaniya Lyuis Həmilton 1:12.536
  5. Finlandiya Kimi Raykkönen 1:12.543
  6. Finlandiya Valtteri Bottas 1:12.642
  7. Almaniya Niko Hülkenberq 1:13.047
  8. Belçika Stoffel Vandorn 1:13.077
  9. İspaniya Fernando Alonso 1:13.115
  10. İspaniya Karlos Sayns 1:13.200
  11. Yeni Zelandiya Brendon Hartli 1:13.222
  12. Meksika Serxio Perez 1:13.370
  13. Fransa Esteban Okon 1:13.382
  14. Fransa Pyer Qasli 1:13.410
  15. Rusiya Sergey Sirotkin 1:13.547
  16. Danimarka Kevin Maqnussen 1:13.572
  17. Monako Şarl Lekler 1:13.575
  18. Fransa Roman Qrojan 1:13.763
  19. Kanada Lens Stroll 1:14.011
  20. İsveç Markus Eriksson 1:14.173