Ağasadıq Gəraybəyli

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Ağasadıq Gəraybəyli
Digər adları Ağasadıq Gəraybəyov
Ağa Sadıq Gəraybəyli
Doğum tarixi 15 mart 1897(1897-03-15)
Doğum yeri
Vəfat tarixi 5 dekabr 1988(1988-12-05) (91 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Atası Ağaəli Gəraybəyov
Fəaliyyəti aktyor
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1940 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1936
"Lenin" ordeni "Oktyabr inqilabı" ordeni — 1977 "Qırmızı əmək bayrağı" ordeni — 1959 "Şərəf nişanı" ordeni
IMDb ID2172610
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ağasadıq Ağaəli oğlu Gəraybəyli (15 mart 1897, Şamaxı5 dekabr 1988, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan SSR xalq artisti (1940).

Ağasadıq Gəraybəyli 1897-ci ildə, Novruz bayramı qabağı o dövrdə Şamaxı qəzası adlandırılan, indiki İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb. Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb. Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar"" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır.[1]

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub.

1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib.

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin babasıdır.

Adlar və mükafatlar

[redaktə | mənbəni redaktə et]

Teatr yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1925-ci il

  • 16 oktyabr-"Qan bayramı" (Etel Voyniçin "Ovod" romanı əsasında). Tərcümə: Xəlil İbrahim; Quruluşçu rejissor: Aleksandr İvanov. Ağasadıq Gəraybəyli-Keşiş;
  • 28 oktyabr-"Yüz faiz" (Epton Bill Sinkler). Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Aleksandr İvanov. Ağasadıq Gəraybəyli-Kişi;
  • "Casus"("Dıqayevin işi")-Vasili Şkvarkin. Tərcümə: Əsəd Tahir; Quruluşçu rejissor: Aleksandr İvanov. Ağasadıq Gəraybəyli-Polkovnik Sudeykin;
  • 11 dekabr-"İmperatriçanın sui-qəsdi" ("Romanovlar sülaləsinin son günləri")-Aleksey Tolstoy. Səhnələşdirmə: Pavel Şşoqolyev; Tərcümə: Xəlil İbrahim; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Knyaz Yusupov;

1926-cı il

  • 13 aprel-"Üç il", Mirzə Sadıqov. Quruluşçu rejissor: İsmayıl hüseynov; Ağasadıq Gəraybəyli-Heydər bəy və Kəbir;
  • 29 oktyabr-"1881-ci il", (Nikolay Şapovalenko); Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Birinci Nikolay;
  • 4 noyabr-"Tufan", (Vladimir Bill-Belotserkovski); Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Bəhriyyəli (Matros);
  • 28 noyabr-"Şöhrət silahları", (Yurin). Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Vanqotti;

1927-ci il

  • 4 yanvar-"Anamın kitabı", (Cəlil Məmmədquluzadə); Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Rüstəm bəy;
  • 28 yanvar-"Ölülər", (Cəlil Məmmədquluzadə); Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-İsgəndər;
  • 3 mart-"Birinci Nikolay", (Nikolay Lerner. "Dekabristlər"); Tərcümə: Məmmədsadıq Əfəndiyev; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Zabit;
  • 17 noyabr-"Zəlzələ", (Pavel Romanov); Tərcümə: Məmmədsadıq Əfəndiyev; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Maldar bəy;

1928-ci il

  • 13 yanvar-"Pas", (Vladimir Kirşon); Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Konstantin Teryoxin;
  • 15 mart-"Müsyö Jordan və Dərviş Məstəlişah", (Mirzə Fətəli axundov); Quruluşçu rejissor: Aleksandr İvanov; Ağasadıq Gəraybəyli-Şahbaz bəy;
  • 7 aprel-"Paris Notrdam kilsəsi", (Viktor Hüqo); Tərcümə: Əbdülkərim İmamzadə; Quruluşçu rejissor: Arseni Rıdal; Ağasadıq Gəraybəyli-Febb;

1929-cu il

  • "Cancur Səməd", (Molyer); Ağasadıq Gəraybəyli-Baytal Əsəd;
  • "Küləklər şəhəri", (Vladimir Kirşon); Ağasadıq Gəraybəyli-General Mekston;
  • "Hind qızı", (Əbdülhəqq Hamid); Ağasadıq Gəraybəyli-Tomson;

1930-cu il

  • "İncə", (Anatoli Qlebov); Ağasadıq Gəraybəyli-Səlim;
  • "Qəzəb", (Yuri Yanovski); Ağasadıq Gəraybəyli-Qorxmaz;
  • "Morqanın qohumu", (Aleksandr Şirvanzadə); Ağasadıq Gəraybəyli-Jorj
  • "Qanlı səhra", (Sergey Bağdasarov); Ağasadıq Gəraybəyli-Edmund;

1931-ci il

  • "Yanğın", (Süleyman Rüstəm və Hacıbaba Nəzərli); Ağasadıq Gəraybəyli-Məmmədcəfər;
  • "Sevil", (Cəfər Cabbarlı); Ağasadıq Gəraybəyli-Balaş;

1932-ci il

  • "Kölgə", (Seyid Hüseyn); Ağasadıq Gəraybəyli-Əjdər Nəjad;

Bu tamaşalarla yanaşı Ağasadıq Gəraybəyli, "İşarə", "Gəlir yeri", "Tom dayının koması", "Gizli ər", "Hücum", "Küləklər" və s. tamaşalarda da oynayıb.

  1. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12.
  2. Lider TV. "Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illik yubileyi qeyd olunub" (az.). Youtube.com. 09.11.2017. 2023-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]