Abxaziya coğrafiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Abxaziya coğrafiyası
Qitə Asiya
Region Qafqaz
Ön Asiya
Sahə
  • 8 432 km²
Ən yüksək nöqtə 4 046 m (Dombay-Ülgən)
Ən alçaq nöqtə -2190 m (Krubera mağarası)
Ən böyük göl Ritsa gölü (1.49 km²)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Abxaziya Cənubi Qafqazda yerləşir. De fakto olaraq müstəqil dövlət olsa da, bir çox dövlət tərəfindən Gürcüstanın muxtar ərazisi kimi tanınır. Abxaziya Respublikası ancaq Rusiya, Nikaraqua, Venesuela, Nauru, Vanuatu, Tuvalu[1] tərəfindən, həmçinin de fakto müstəqil olan Cənubi Osetiya, Dnestryanı, Dağlıq Qarabağ və Krayna Serb Respublikası tərəfindən tanınmışdır.

Pitsunda çayı

Abxaziya Qara dənizin şimal sahilində, Gürcüstanın qərb ucunda təxminən 8.600 km2[2] ərazini əhatə edir. Qafqaz dağları Abxaziyanın şimal və şimal-şərq torpaqları ilə Rusiyanın Çerkesiya torpaqlarını ayırır. Şərqdən Svaneti, cənub-şərqdən Meqreliya ilə sərhəddədir. Cənubunu və cənub-qərbini Qara dəniz yuyur. Şimalında yüksək təpələr yerləşir.

Abxaziya ərazisinin böyük hissəsi dağlıq olub (75 %) əhali əsasən sahildə, düz və alçaq sahələrdə və yaxşı sulanan vadilərdə məskunlaşmışdır. Ölkənin bütün şimal sərhədini Böyük Qafqaz dağları bağlayır. Qaqra, Bzıb və Kodori bölgələri Abxaziyanın Qafqaz dağlarında yerləşən bölgələridir. Abxaziyanın ən hündür zirvələri şimal-şərqində və şərqində yerləşir və hündürlükləri 4000 metrə çatır. Abxaziyanın ən hündür zirvəsi 4.046 metrlik Dombay-Ülgən dağıdır.

Abxziya mənzərələri sahil meşələrindən, tarlalardan, şimaldakı buzlaqlardan ibarətdir. Abxaziyanın qarmaşıq coğrafiyası insanlar tərəfindən yaxşımənimsənilməmişdir. Buna görə Abxaziyanın böyük hissəsi (təxminən % 70-i) meşələrlə örtülüb. Abxaziyada bir çox endemik növ tapılmışdır. Abxaziyada meşələrin çox olması ekoloji sahəni təmizdir. Meşələrində əsasən palıd, ağcaqayın, vələs ağac növləri bitir. Cənub-şərqi Abxaziya, Kolxis ovalığı meşələrlə zəngindir.

Dünyanın məlum olan ən dərin mağarası Krubera mağarası (dərinliyi 2190 metr, uzunluğu 13.432 metr[3]) Qaqra rayonunda, Arabika massivində, dənizdən 2.250 metr yüksəklikdə yerləşir.

Qara dənizə yaxın olmasına və şimalda yerləşməsinə baxmayaraq Abxaziyanın iqlimi mülayimdir. Qafqaz dağları şimaldan gələn soyuq hava kütlələrinin ölkəyə daxil olmasının qarşısı alır.

Sahil zonasında subtropik iqlim hakimdir və orta illik temperatur 15 °C olur. Yayda temperatur 22-23 °C, qışda 4-6 °C arasında dəyişir.

  1. "Arxivlənmiş surət". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-25.
  2. ISBN 978-1-59339-837-8
  3. https://web.archive.org/web/20141006190525/http://ngm.nationalgeographic.com/ngm/0505/feature4/multimedia.html

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]

Vikimedia Atlasda Abkhazia