Allahverdi Dolxanov
Naviqasiyaya keç
Axtarışa keç
Allahverdi Dolxanov | |
---|---|
Dolxanov Allahverdi Babaş oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Ağdam rayonu, Azərbaycan SSR |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Uşağı | 4 övladı var |
Allahverdi Dolxanov — Qarabağ üzrə seçki komisiyasının sədri, Kənd təsərrüfatı elmləri namizədi, BDU-nun Coğrafi ekologiya kafedrasının dosenti.
Həyatı
[redaktə | vikimətni redaktə et]1950-ci il dekabrın 25-də Ağdam rayonunun Novruzlu kəndində Repressiya ailəsində anadan olub. 1957-1967-ci illərdə Novruzlu kənd orta məktəbini bitirib. 1975-1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlar İnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb. 2002-ci ildən BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında müəllim, dosent vəzifəsində çalışır. Ailəlidir, 4 övladı var.
Təhsili və elmi adları
[redaktə | vikimətni redaktə et]- 1981-ci illərdə Rostov vilayəti Novoçerkassk şəhərində Mühəndis Melioratorlarİnstitutu Meşə təsərrüfatı fakültəsində təhsil alıb
- 1991, Moskva şəhəri Ümumittifaq Meşə mexanizasiya və Meşə təsərrüfatı inistitutunda , Azərbaycanın suvarılan şəraitində tez böyüyən texniki əhəmiyyətə malik söyüd növlərindən ibarət plantasiyaların salınması aqrotexnikasının öyrənilməsi (genetika və seleksi və şəhərlərin yaşıllaşdırılması) indeksində müdafiə edib alimlik dərəcəsi almışdır.
Əmək fəaliyyəti
[redaktə | vikimətni redaktə et]- 1970-1977, Xankəndi şəhərində Suvarma Sistemləri İdarəsində mühəndis, Şuşa şəhərində müəllim,1977-1992, Bərdə şəhərində Azərbaycan Elmi-Tədqiqat Meşə Təsərrüfatı və Aqro Meşə Meliorasiya İnstitutunda baş elmi işçi, şöbə müdiri,
- Azərbaycan Elmi-Tədqiqat Meşə Təcrübə Stansiyasının direktoru, Dövlət Təbiəti Mühafizə Komitəsinin meşələrin mühafizəsi və qorunması üzrə böyük mühəndis, rəis əvəzi.
- 2005, Xankəndi seçki dairəsi dairə seçki kolmissiyasının sədri,
- 1993, BDU-da Ətraf mühiti mühafizə və təbii ehtiyatlardan səmərəli istifadə kafedrasında çalışır.
- Aqroekologiya, Regionların tarazlı inkişafı, Ekologiyanın qlobal problemləri, Qoruq və yasaqlıqlar, Meşə ekosistemlərinin bərpası metodları, Təbiətdən istifadənin hüquqi əsasları
- 81 elmi əsər
- 1984 ildə Azərbaycan Təbiəti Mühafizə Cəmiyyətinin Mərkəzi Şurasının qərarı ilə ətraf mühitin mühafizəsində fəallığına görə medalla təltif edilmişdir
- 1990, öüzünümüdafiə batalyonunun yaradılmasında Ağdərə və Ağdam istiqamətlərində döyüşlərdə iştirak etmişdir
- 1993-cü ildən Yeni Azərbaycan Partiyasının yaradıcılarından biridir.
Tədqiqat sahəsi
[redaktə | vikimətni redaktə et]- Meşələrin ekologiyası
Seçilmiş əsərləri
[redaktə | vikimətni redaktə et]- 2008, Ətraf mühütin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlıq və onun əsas prinsipləri
- 2008, Azərbaycan meşələrində əsas ağac və kol cinslərindən ibarət biomüxtəlifliyin ekocoğrafi təhlili
- 2007, Azərbaycan meşələrinin hidroloji xüsusiyyətləri
- 2007, akad.H.Əliyevin təbiətşünaslıqdakı ideyaları müasir dövrümüzdə daha da qiymətlidir
- 2007, Meşələr şirin su mənbəyidir
- 2004, Çoxillik sərv ağaclarının Fəxri xiyabana köçürülməsi layihəsi
- 2004, Azərbaycanın qoruyucu meşə zolaqlarının meliorasiya və aqroekologiya xüsusiyyətləri
- 2007, Abşeronda ətraf mühitin yaxşılaşdırılması və mühafizə yolları
Kitablar
[redaktə | vikimətni redaktə et]- 2008, Təbiətdən istifadənin hüquqi əsasları
- 2012, Azərbaycan meşələrinin davamlı idarə edilməsinin əsasları. Bioekoloji tədqiqatlar.
İstinadlar
[redaktə | vikimətni redaktə et]Mənbə
[redaktə | vikimətni redaktə et]- Tağı Kərimli, "Qarabağ alimləri" (kitab I), səh. 105, Bakı 2010