Azad İrland dövləti (ing.Irish Free State, irl.Saorstát Éireann) (1922-1937) — İngiltərə-İrlandiya müqaviləsinə uyğun olaraq 6 dekabr1922-ci ildə yaradılmış dominiondövlət. Yaradılan zaman o, İrlandiya adasının bütün ərazisini əhatə edirdi, lakin elə ertəsi gün Şimali İrlandiya müqavilədə təsbit olunmuş sesessiya hüququndan istifadə etdi və kraldan xahiş etdi ki, “Azad İrland dövləti parlamentinin və hökumətinin səlahiyyətləri artıq Şimali İrlandiyaya şamil edilmir”. Dekabrın 8-də Şimali İrlandiya rəsmi olaraq İrlandiyanın digər hissəsindən ayrıldı. Azad İrland dövləti 29 dekabr1937-ci ildə dominion statusundan çıxaraq müstəqil İrlandiyaya çevrilməsində həlledici addım kimi xidmət edən yeni konstitusiyanın qəbulundan sonra rəsmi olaraq fəaliyyətini dayandırdı.