Bayat boyu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Bu məqalə Bayat boyu haqqındadır. Bayatın digər istifadələri üçün Bayat səhifəsinə baxın.
Bayat boyu
Sayları və yaşadığı ərazilər
Dili Azərbaycan türkcəsi, türk, türkmən
Dini İslam
Mənşəyi Oğuz (Türk)

Bayat[1] (Boyat[2], Bəyat[3]) tayfası — türk tayfalardan birinin adı olub IX–X əsrlərdə Qayı boyu ilə yanaşı Şimali Qazaxıstan çöllərində oğuzlara başçılıq etmiş tayfalardandır.

Oğuz Xaqan Dastanına görə Oğuz türklərinin 24 boyundan biri və Qaşqarlı Mahmuda görə Divân-ı Lügati't-Türk'təki yirmi iki Oğuz boyundan doqquzuncudur.[4]

Azərbaycan xalqının formalaşmasında əsas amilə malik olan tayfalardan biri də Bayat tayfası olmuşdur. Həmin tayfanın söylədikləri nəğmələr isə Bayat tayfasının nəğmələri, yəni bayatı adı altında termin kimi formalaşmışdır[5]. Deməli, Azərbaycan şifahi xalq ədəbiyyatının ən geniş yayılan, ən kütləvi bir növü də bayatların adını yaşadan bayatılardır[6].

Şah İsmayıl Səfəvi yeni hökumətə dayaq olmaq və onu əldə saxlamaq üçün İranda yaşayan Boyat türklərindən bir dəstəsini siyahı uzrə köçürüb DərbənddəŞabranda yerləşdirmişdir.

Həmin tayfanın üzvləri tərəfindən salınmış yaşayış məntəqələri onların adı ilə Boyat adlandırılmışdır.

Bayat coğrafi adına Ağcabədi, Salyan, Neftçala, Ucar, Şamaxı, Şabran, eləcə də Şimali AzərbaycandaQədim Albaniyada – Arran–Şirvan ərazisində və digər yerlərdə təsadüf edilir.

Türk Muntəhəb-i tavarixi-səlcuqiyyə nin məlumatına görə, Sultan Səncərin oğuz-səlcuq qoşununda bayatlar daim sağ cinahda qayyılarla birgə dururdular, sol cinahda — bayandurlar və peçeneqlər.[7]

  1. Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh. 58.
  2. Rövşən Hüseyinov (Ağahüseynli, Eldar Səfa Şahvələdli. Albaniya-Arran-Şirvan. "Ünsiyyət" nəşriyyatı, Bakı-2008.səh.55.
  3. Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.60
  4. Atalay, Besim (2006). Divanü Lügati't — Türk. Ankara: Türk Tarih Kurumu Basımevi. ISBN 975-16-0405-2, Cilt I, sayfa 56
  5. Əli Əliyev, "Laçın — Qədim Oğuz yurdu". Bakı-2009. "Avropa nəşriyyatı". səh. 86.
  6. Dədə Qorqud kitabı ensiklopedik lüğət. "Öndər nəşriyyat". Bakı-2004. səh.60.
  7. Мусульманский мир 950–1150. Издательство "Наука" Главная редакция восточной литературы. Москва 1981.Birinci bölmə K.E. Bosfort Barbarların hücumları: Türklərin müsəlman aləmində zühuru səh. 30