Cəsur Karl
Cəsur Karl | |
---|---|
fr. Charles le Téméraire | |
15 iyul 1467 – 5 yanvar 1477 | |
Əvvəlki | Xeyirxah Filipp |
Sonrakı | Burqonlu Mariya |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 10 noyabr 1433[1] |
Doğum yeri | |
Vəfat tarixi | 5 yanvar 1477[1] (43 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Fəaliyyəti | siyasətçi |
Atası | Xeyirxah Filipp (Burqundiya hersoqu)[2] |
Anası | Portuqaliyalı İzabella (Burqundiya hersoqinası)[2] |
Həyat yoldaşları |
|
Uşağı | |
Ailəsi | Valua sülaləsi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Cəsur Karl (fr. Charles le Téméraire; 10 noyabr 1433[1], Dijon[3] – 5 yanvar 1477[1], Nansi[1]— Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəsi.[4]
Həyatı
[redaktə | vikimətni redaktə et]Xeyirxah Filipp və Portuqaliyalı İzabellanın (1397–1471) oğlu. Flandriyada tərbiyə almışdır. Gentdə baş vermiş üsyanın (1452–53) yatırılmasında iştirak etmişdir. Burqundiya hersoqluğunun geniş, lakin pərakəndə yerləşən torpaqlarını birəşdirib müstəqil krallıq yaratmağa çalışırdı. Fransa fyeflərinin Paris parlamentinin tabeliyindən çıxarılması məqsədilə məhkəmə sistemində islahat keçirmişdir. 1473-cü ildə (Tionvil ordonansı) Mehelendə özünün şimal mülkləri üçün vahid ali məhkəmə orqanı (parlament) və maliyyə idarəsini (hesablama palatası) yaratmışdır. Peşəkar ordunun (1471 və 1473-cü illərin ordonansları) təşkili onun adı ilə bağlıdır. Fransadakı mülklərinin müstəqilliyini əldə etmək məqsədi ilə öz süzereni kral XI Lüdoviklə siyasi rəqabət aparmış, onun mərkəzləşdirmə siyasətinə qarşı çıxmışdır.
İrsi
[redaktə | vikimətni redaktə et]1465-ci ildə Ümumi rifah liqasında iştirak etmişdir. İngiltərənin dəstəyinə ümid edərək IV Eduardın bacısı Marqarita (1446–1503) ilə evlənmişdir. Öz mülklərini genişləndirərək, 1474–77 illərdə İsveçrə və Lotaringiya ilə fasiləsiz müharibələr (Burqundiya müharibələri) aparmışdır.Nansinin mühasirəsi zamanı həlak olmuşdur. Onun Fransa mülkləri (Pikardiya, Burqundiya hersoqluğu, Franş-Konte, Artua və Bulonne) XI Lüdovik tərəfindən ilhaq edilmişdir. Qalan torpaqların varisi isə Cəsur Karlın qızı Burqundiyalı Mariya olmuşdur. Cəsur Karl sağlığında Böyük Aslan, Döyüşçü, Qorxulu və İgid ləqəbləri ilə məşhur idi; Cəsur ləqəbi isə ona 18-ci əsrin sonu – 19-cu əsrin əvvəllərində verilmişdi.[4]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 5 6 Deutsche Nationalbibliothek Record #118560026 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ 1 2 3 4 5 Kindred Britain.
- ↑ 1 2 Карл Смелый // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
- ↑ 1 2 Cəsur Karl// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — V cild. Bakı, 2009. — Səh.: 333