Dmitri Medvedev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Dmitri Medvedev
rus. Дмитрий Анатольевич Медведев
8 may 2012 – 16 yanvar 2020
ƏvvəlkiVladimir Putin
SonrakıMixail Mişustin
7 may 2008 – 7 may 2012
ƏvvəlkiVladimir Putin
SonrakıVladimir Putin
Rusiya Federasiyası Baş nazirinin birinci müavini[d]
14 noyabr 2005 – 12 may 2008
Birləşmiş Rusiya Partiyasının rəhbəri[d]
Vəzifədədir
30 may 2012-ci ildən
ƏvvəlkiVladimir Putin
Rusiya Federasiyası Prezident Adminstrasiyasının rəhbəri[d]
30 oktyabr 2003 – 14 noyabr 2005
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini[d]
Vəzifədədir
16 yanvar 2020-ci ildən
Şəxsi məlumatlar
Doğum tarixi 14 sentyabr 1965(1965-09-14)[1][2][…] (59 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsi[d] (19821987)
Fəaliyyəti hüquqşünas, siyasətçi, iş adamı
Atası Anatoli Medvedev[d]
Anası Yulia Medvedeva[d]
Həyat yoldaşı
Uşağı
  • İlya Medvedev[d]
Dini şərqi ortodoks xristianlıq
Hərbi xidmət
Qoşun növü Rusiya Silahlı Qüvvələri
Döyüşlər
Rütbəsi polkovnik
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, təhsil
Elmi dərəcəsi

Təltifləri I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni 3-cü dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Astananın 10 illiyi" medalı Medal "In Commemoration of the 1000th Anniversary of Kazan"
"Müqəddəs Sergey Radonejski" ordeni
"III Maqariosa" ordeni "Uasamonqa" ordeni "Şöhrət" ordeni (Ermənistan) Peru günəşi ordeni böyük xaçı Peru günəşi ordeni "Xilaskar" ordeni "Danaker" ordeni
adlı atıcı silah Prize of the Government of the Russian Federation in the field of education
Order of the Star of Palestine
Rusiya Federasiyası Prezidentinin təşəkkürnaməsi
Order of the State of Palestine
İmzanın şəkli
da-medvedev.ru
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dmitri Anatolyeviç Medvedyev (rus. Дмитрий Анатольевич Медведев; 14 sentyabr 1965[1][2][…], Leninqrad, SSRİ[4]) — Rusiya Federasiyasının Dövlət və Siyasi Xadimi, Rusiya Federasiyasının 3-cü Prezidenti (7 may 2008 – 7 may 2012), Rusiya Federasiyası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Sədri.

Dmitri Medvedyev hüquq elmləri namizədi, dosent, Sankt-Peterburq Dövlət Universitetinin Hüquq fakültəsinin fəxri doktorudur.

Dmitri Medvedyev 1965-ci il sentyabr ayının 14-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində ziyalı ailəsində anadan olub. Atası Anatoli Medvedyev Leninqrad Texnologiya İnstitutunun professoru, anası Yuliya Venyaminova isə Leninqrad Pedoqoji İnstitutunun müəllimi olub. Dmitri ailənin yeganə övladıdır. Dmitri Medvedyev Sankt-Peterburqun Frunze rayonundakı 305 nömrəli fəxri məktəbi bitirib.[5]

Dmitri Medvedyev 1987-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini, 1990-cı ildə isə həmin universitetin aspiranturasını bitirir.

Tələbəlik illərində rok musiqisinə maraq göstərən Dmitri, (onun sevimli rok qrupları "Black Sabbath" və "Ossi Osborn" idi) bununla yanaşı, idmanın ağır atletika növündə də özünü sınayıb.

Dmitri Medvedyev 1990-cı ildən 1999-cu ilə qədər Sankt-Peterburq Dövlət Universitetində pedaqoq kimi fəaliyyət göstərir. Digər tərəfdən, Sankt-Peterburq Şəhər Sovetinin sədri Anatoli Sobçakın müavini, Sankt-Peterburq meriyasının xarici əlaqələr komissiyasının sədri Vladimir Putinin rəhbərlik etdiyi komissiyanın eksperti olur.

Dmitri Medvedyev və İlham Əliyev. Bakı, 3 iyul 2008

Dmitri Medvedyev 1993-cü ildə meşə sənayesi bazarında Rusiyanın nəhəng şirkətlərindən hesab edilən "İLİM PALP İNTERPRİCE" şirkətinin qurucularındandır. Bu şirkətdə hüquqi məsələlər üzrə direktor vəzifəsini icra edən D. Medvedyev səhmlərin 20%-ə malik idi.

O, 1999-cu ildə Rusiya Federasiyası Hökumət Aparatının Rəhbəri Dmitri Kozakın müavini təyin olunur.

1999–2000-ci illərdə o, Rusiya Federasiyasının-nin prezident administrasiyası rəhbərinin müavini postuna təyin olunur. D. Medvedyev prezident seçkiləri zamanı V. Putinin seçkiqabağı qərargahına rəhbərlik edir.

2000–2003-cü illərdə Rusiya Federasiyasının Prezident administrasiyası rəhbərinin birinci müavini olan D. Medvedyev 2003-cü ilin noyabr ayından 2005-ci ilədək Rusiya Federasiyası Prezident Administrasiyasının rəhbəri vəzifəsini icra edib.

2005-ci ilin noyabrında D. Medvedyev baş nazirin birinci müavini təyin olunur və Rusiya milli proqramlarına rəhbərlik edir.

2007-ci il dekabr ayının 10-da "Yedinaya Rossiya" partiyasından prezidentliyə namizədliyini irəli sürülən Dmitri Medvedyevin namizədliyini digər bir neçə partiya da dəstəkləyib. Bundan sonra Prezident V. Putin də onun namizədliyini dəstəklədiyini bildirir.

D. Medvedyevin prezidentliyə namizədliyi keçmiş Yeltsin komandasının üzvlərinin və Putinin maraqları ilə üst-üstə düşürdü.

2008-ci ilin mart ayında keçirilən prezident seçkilərində Rusiya Federasiyasının növbəti, 3-cü Prezidenti seçilir. 7 may 2008-ci ildə onun andiçmə mərasimi keçirilir.

Dmitri Medvedyev 2012-ci il Rusiya Federasiyası Prezidenti seçkilərində iştirak etməyəcəyini və bu vəzifəyə Vladimir Putinin namizədliyini irəli sürdüyünü elan edib.

Dinə münasibəti: Qərb mətbuatında yer alan bir xəbərdə V. Putin Yunanıstanda pravoslav kilsəsinin restavrasiyası üçün Dmitrinin köməyi ilə Kovalçuk qardaşlarına məxsus "Rusiya" bankı vasitəsilə bir neçə milyon dollarlıq əməliyyat aparıb. Dmitrinin həyat yoldaşı Svetlana da xeyriyyə təşkilatının sədridir.

2007-ci ildə Dmitri Medvedyev Kazanda olarkən bildirib: "Dini maariflənmənin səviyyəsinin inkişaf etdirilməsi hökumətin, dini icmaların və milli təhsil sisteminin vəzifəsidir". Bununla yanaşı, Medvedyev çıxışında dini təhsil müəssisələrinin öz təhsil proqramlarını dövlət standartlarına uyğun təyin etməsi hüququnun bu müəssisələrə həvalə edilməsi istiqamətindəki təkliflərinə də müsbət yanaşdığını vurğulamışdır.

Medvedyev Kazanda sözügedən çıxışında müsəlman təşkilatlarının nümayəndələrinin Rusiyanın ənənəvi müsəlman dini liderlərinin federal telekanallarda çıxışına dair təkliflərini də dəstəkləmişdi.

Maraqlıdır ki, Medvedyev dini fəaliyyətin orduda da mövcudluğuna nəinki müsbət yanaşır, eləcə də bunun məqsədəuyğun olacağını düşünür.

Məhz, bu səbəbdən Dmitirinin namizədliyini Rusiya Pravoslav Kilsəsi, Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Ruhani İşlər İdarəsi, habelə Rusiyadakı Yəhudi Dini Konqresi də dəstəkləmişdi.

  1. 1 2 http://www.nytimes.com/2007/12/11/world/europe/11medvedev.html.
  2. 1 2 Dmitri Medwedjew // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 5 6 http://kremlin.ru/catalog/persons/37/biography.
  4. 1 2 http://www.nytimes.com/2007/12/11/world/europe/11russia.html?pagewanted=all.
  5. "У школы президента Медведева в Купчино откроют новый стадион". 2023-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-28.