Dunay-Tisa-Dunay kanalı
Dunay-Tisa-Dunay kanalı | |
---|---|
sr/Канал Дунав-Тиса-Дунав | |
Axdığı yerlər | Serbiya |
Giriş | Dunay |
Uzunluğu | 930 km |
Vikianbarda əlaqəli mediafayllar |
Dunay-Tisa-Dunay kanalı — Serbiyada melorativ obyektlər sistemi. Dünyada ən iri sisteümlərdən biri. Magistral və gəmiçilik üçün əlverişli olan kanalların ümumi uzunluğu 930 kilometrdir. Sistem ümumilikdə 12700 km² ərazini əhatə edir. Dunay və Tisa çayları arasındakı ərzini əhatə edir. Baçka və Banat regionlarını əhatə edir. O bir neçə kanal şəbəkəsindən ibarətdir:Böyük Baç kanalı və Kiçik Baç kanalı. Orta su sərfiyyatı - 4000 m³/s[1].
Texniki xüsusiyyətləri
[redaktə | vikimətni redaktə et]Kanalların inşası zamanı 127 milyon m³ suxur çıxarılmışdır. Bu isə Süveyş kanalının tikintisi zamanı çıxarılan suxurlardan daha çoxdur. Kanalın eni 18 - 150 metr, dərinliyi isə 5 metrə qədərdir. Hiqrosistemə 30 bənd, 5 iri nasos stansiyası, 17 şlyuz, 90 körpü və yüzlərlə digər hidrotexniki qurğu daxildir. Bununla yanaşı kiçik kanallarla birlikdə uzunluğu 14 min milometrdir. Layihənin zirvəsi Tisa üzərində inşa edilmiş 25 metr hündürlüyə malik bəndi saymaq olar. Bu bənddən hər saniyədə 4 min m³ su ötürülür. Su ötürücü şlyuz 120 metr enə və 17 metr hündürlüyə malikdir. Bənd Banat - Baç avtomobil yolunun bir hissəsini təşkil edir.
Əhəmiyyəti
[redaktə | vikimətni redaktə et]Dunay-Tisa-Dunay kanalı Serbiyanın suya ehtiyacı olan geniş tarlalarını suvarmağa imkan verir. Hidrosistemin əhatə etdiyi ərazinin (1,8 milyon hektar) 2/3-dən çoxunun suya ehtiyacı olan ərazilər idi. Eyni zamanda sistem sayəsində 400 min hektar əkinçilik ərazisi suvarılmışdır. Bu geniş layihənin həyata keçirilməsi yalnız regionun kənd təsərrüfatıın hərtərəfli inkişafı üçün deyil, eyni zamanda balıqçılıq və hətta turizmin inkişafı üçün də stimul yaratmışdır. Kanallar sistemi yüzlərlə böyük və kiçik qəsəbələri və böyük su sənaye mərkəzlərini su yolları ilə əlaqələndirmiş, onların su ilə təmin edilməsi problemini həll etmişdir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ "Dunay-Tisa-Dunay kanalı". 2016-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-14.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Канал Дунай — Тиса — Дунай // Журнал «Вокруг света», Апрель 1963 (rus.)