Efiopiya imperiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
monarxiya
Efiopiya imperiyası
መንግሥተ፡ኢትዮጵያ
Mangista Ityop'p'ya
Bayraq Gerb
Bayraq Gerb
İmperiyanın ilkin sərhədləri (tünd-sarı) II Menelikin dövründə sərhədlər(Açıq-sarı)

İmperiyanın ilkin sərhədləri (tünd-sarı)

II Menelikin dövründə sərhədlər(Açıq-sarı)
 
 
1270 — 1974

Paytaxt Əddis-Əbəbə
Rəsmi dilləri Qe'ez (ግዕዝ)
amhar
Dövlət dini Efiopiya Provaslav Kilsəsi
İdarəetmə forması mütləq monarxiya, konstitusiyalı monarxiya
Davamiyyət
 →
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


Efiopiya imperiyası (amh. የኢትዮጵያ ንጉሠ ነገሥት መንግሥተ) və ya Abissinia (Həbəşistan) — müasir EfiopiyaEritreya respublikalarının ərazisini əhatə etmiş tarixi dövlət.

Efiopiya imperiyasının kökü Aksum çarlığına gedir. Təxminən 950-ci ildə Aksum kraliça Qudit tərəfindən işğal edildi. Tarixçilər bu dövrü "qaranlıq əsr" adlandırırlar. Quditin 40 il davam edən hökmranlığından sonra ölkə onun sələfləri tərəfindən idarə edilirdi. Aksum çarlığının dağılma dövründə müasir Efiopiya ərazisində müsəlman Maxsum sülaləsinin idarə etdiyi Şeva sultanlığı (896–1279) və provaslav xristiyan Zaqve krallığı var idi. 1270-ci ilə özlərini Süleyman padşahın nəslindən gəldiyini hesab edən abissiniyalı sülalə Zaqve krallığını devirərək hakimiyyətə gəldi. Yeni sülalə tarixdə Solomon və ya Süleyman sülaləsi adlanır. Efiopiya mənbələrinə görə Solomon sülaləsinin banisi I Menelik Süleyman padşah və Səba kraliçasının oğlu idi. Bu sülalənin uzunmüddətli hakimiyyəti zamanı Efiopiya imperiyası ən güclü dövrünü yaşadı[1][2].

Efiopiya-Adal müharibəsi, Osmanlıların yürüşü

[redaktə | mənbəni redaktə et]
Efiopiya ordusu Adal ordusuna qarşı

1529-cu ildə müsəlman Somali dövləti Adal sultanlığı Efiopiyaya hücum etdi. 14 il davam edən müharibənin gedişində Adal ordusu Osmanlıların köməyi ilə Həbəş torpaqlarını zəbt etdi. Ancaq 1943-cü ildə Portuqaliya ordusunun dəstəyi nəticəsində işğalçılar Abissiniyadan qovuldu. Elə həmin il Efiopiya imperatoru Klavdi Adala uğurlu hücum etdi. Lakin Klavdinin 1559-cu il kampaniyası məğlubiyyətlə bitdi, özü isə öldürüldü. Klavdinin kəsilmiş başı Adalın paytaxtı Harara aparılaraq şəhər meydanında sərgiləndi.

1555-ci ildə Osmanlılar Efiopiyanı öz vilayətlərinə çevirmək məqsədilə geniş hücuma keçdilər. Özdəmir paşanın rəhbərliyi ilə Qırmızı dəniz sahilindəki Suakina və Massaua limanları tutuldu və ələ keçirilmiş ərazilərdə 1557-ci ildə Həbəş əyaləti yaradıldı. Özdəmir paşa yeni inzibati ərazinin bəylərbəyi oldu.

XVI əsrdən etibarən mərkəzi hakimiyyətə tabe olan vilayətlər yarımmüstəqilləşir. Yazılı mənbələrdə vilayətlərin imperatordan müəyyən simvolik asılığı haqqında məlumat verir.

İmperiyanın zəifləməsi, Britaniya və İtaliyanın işğalçı yürüşləri

[redaktə | mənbəni redaktə et]

1769–1855-ci illər aralığında imperiyada daxili çəkişmələr güclənir, xristian və müsəlmanlar arasında çaxnaşmalar baş verir, imperatorun hakimiyyəti zəifləyir. "Şəhzadələr erası" adlanan bu dövrdə iqtisadi, mədəni, sosial gerilik yaşanır.

XIX əsrdən etibarən Efiopiya bir tərəfdən Avropa ölkələrinin kolonial siyasətinə qarşı mübarizə aparmalı, digər tərəfdən qonşuların hücumlarından qorunmalı olur. Həmçinin ölkədə yolxucu xəstəliklər yayılmışdı və minlərlə insanın ölümünə səbəb olurdu. Əvvəlcə hökumət üzvlərinin həbsə atılması iddiası ilə 1868-ci ildə Britaniya Həbəşistana uğurlu yürüş edir.

Daha sonra 80-ci illərdə İtaliya ordusu Abissiniyanın bəzi rayonlarını işğal edir. 2 may 1889-cu ildə Uççali şəhərində 20 maddədən ibarət sülh müqaviləsi bağlanır. Bu müqaviləyə əsasən İtaliyanın işğal etdiyi ərazilərdə tamhüquqlu hakimiyyəti Efiopiya imperiyası tərəfindən tanınır, İtaliya vətəndaşlarına Abissiniyada torpaq, mülk almaq imkanı verilirdi. Sazişdə iki ölkə arasındakı sərhədlərin dəqiq təyin edilməməsi İtaliyanın gələcəkdə də işğalçı yürüşlərini məqsədi güdürdü. Ümumiyyətlə Efiopiya imperiyası onların əleyhinə olan müqaviləni bağlamağa məcbur edilmişdi. Oktyabrın 1-i Neapolda tərəflər arasında əldə edilən yeni razılığa əsasən İtaliya və Abissiniya arasında sərhədlər təyin edildi və İtaliya Efiopiyaya 4 milyon kredit ayırdı. Bununla İtaliya Eritreyada hakimiyyətini qurur, həm də Efiopiyanın gələcək zəbtinə şərait yaradırdı.

Efiopiya II Menelikin hakimiyyət illərində

[redaktə | mənbəni redaktə et]
İmperator II Menelik

1889-cu ildə IV Yohannesin ölümündən sonra Sahle Mariam onun sələfi Yohannes Menqeşi məğlub edərək II Menelik adı ilə hakimiyyətə gəlir. Sahle Mariam özünün Süleymanın ata xətdindən gəldiyini iddia edirdi. 1893-cü ildə Efiopiya İtaliya ilə bağladığı müqavilədən imtina etdi. Hadisələrin bu cür gedişini gözləməyən İtaliya dərhal müharibə elan edərək Abissiniya torpaqlarına ordu yeridir. Ancaq savaş italyanlar üçün uğursuz keçir və Efiopiya ordusu mütləq qələbə qazanır. 1896-cı ildə Əddis-Əbəbədə bağlanmış müqaviləyə əsasən İtaliya rəsmi olaraq Efiopiyanın müstəqilliyini tanıyırdı.

Efiopiya 1891-ci ildə

II Menelikin hakimiyyət illəri həmçinin imperiyanın sahəsini genişləndirmək üçün cənub, qərb və şərq istiqamətində aparılan kampaniyalarla xarakterikdir[3]. Bu işğallar nəticəsində Bale, Uoleqa , İllubabor, Keffa, Qamo-Qofa, Sidama, Arsi, və son olaraq Harerqe əraziləri zəbt edilir; Uollo, Qoccam, Şoa vilayətlərinin sərhədləri genişləndirilir. Bununla da müasir Efiopiya sərhədləri müəyyənləşdi[4].

Bu uğurlardan sonra Afrikada koloniyaları olan Böyük Britaniya və Fransa Efiopiya ilə əlaqələr yaratmaq üçün danışıqlara başlayırlar.

Efiopiya imperiyası XX əsrdə

[redaktə | mənbəni redaktə et]

1913-cü ildə II Menelik vəfat edir və taxta onun qız nəvəsi V İyasu çıxır. İyasunun dövründə mərkəzi hakimiyyət zəifləyir. İmperatorun Avropaya meyilli siyasəti yüksək çinli məmurların və aristokratların qınağına səbəb olur. 1914-cü ildə İyasu müsəlman Abdulla Sadiqi Oqaden bölgəsinə qubernator təyin edir. Ümumiyyətlə hökmdar müsəlmanlarla sıx əlaqədə idi. Bu isə nəinki ölkənin xristian topluluğunun, həmçinin Britaniyanın da narazılığına səbəb olurdu. Efiopiyanın müxalif xristian cəmiyyəti Britaniyanın razılığı ilə 1916-cı ilin 27 sentyabrında İyasun paytaxtda olmamasından istifadə edərək çevriliş edərək hakimiyyətə II Menelikin qızı Zaiditunu gətirirlər. Müxalifət rəhbərlərindən Teferi Mekonnın isə regent təyin olunur. İmperatriça Zaiditu taxt-tac sahibinə çevrilsədə real hakimiyyət Mekonnın əlində idi. İyasu isə güc yolu ilə yenidən hakimiyyətə gəlmək istəsədə bu onda alınmır. Bir neçə il gizlənə bilən köhnə imperator 1921-ci ildə həbs edilir. O 1935-ci ildə İtaliyanın hücümu zamanı öldürülür. 2 aprel 1930-cu ildə Zevditunun ölümündən sonra Tafari Mekkonın Efiopiya imperatoru elan edilir. Tafari özünə Hayle Selasi adını götürür.

1935-ci ildə marşal Emilio de Bononun rəhbərlik etdiyi italyan ordusu Efiopiyaya daxil olur. 7 ay davam edən İtaliya-Efiopiya müharibəsi italyanların qələbəsi ilə bitdi. Müharibə dövründə hər iki tərəf müxtəlif ağırlıqda cinayətlər törətmişdilər. Efiopiya qoşunu Haaqa konvensiyası ilə qadağan edilən dum-dum güllələrindən istifadə etmiş, əsirlərə işgəncə vermişlərsə, İtaliya ordusu kimyəvi silahlar tədbiq etmişlər. İşğal halı Millətlər Liqası tərəfindən tənqid edilsədə, İtaliya əleyhinə ciddi tədbirlər görülmədi. Müharibədən sonra İtaliya Efiopiyanı Şərqi Afrikadakı digər koloniyaları ilə birləşdirdi və kral III Viktor Emmanuel "Həbəşistan İmperatoru" titulunu götürdü. Hayle Selassi İngiltərəyə qaçdı.

İkinci dünya müharibəsi başladıqdan sonra faşist İtaliyası 1940-cı ildə Böyük Britaniya və Fransaya müharibə elan etdi. Məqsəd bu ölkələrin Afrikadakı müstəmləkə torpaqlarını ələ keçirmə idi. Qarşılıqdan istifadə edən Hayle Selassi yenidən ölkəsinə qayıdaraq azadlıq hərəkatına başladı. Britaniya ordusu da efiopiya könüllərinin dəstəyi ilə Həbəşistana dail oldu. 1941-ci ilin noyabrında Efiopiya italiyan işğalından azad edildi.

1974-cü ildə Menqistu Hayle Mariamın rəhbərlik etdiyi marksist-leninist "Derq" xuntası Hayle Selassini devirdi. Çevrilişi nəticəsində Efiopiyada sosilist reapublikası yaradıldı. Hayle Selassi isə həbs olundu və qeyri-müəyyən şəraitdə öldü. Bəzi mənbələr onun öldürüldüyünü qeyd edirlər[5].

  1. "Which Is the Oldest Nation on Earth? | Big Site of Amazing Facts ©". 2014-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.
  2. Christian History of Ethiopia Arxiv surəti 29 mart 2010 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2010-03-29 at the Wayback Machine
  3. John Young. "Regionalism and Democracy in Ethiopia". Third World Quarterly. 19 (2). 1998: 192. doi:10.1080/01436599814415. JSTOR 3993156.
  4. Edward C. Keefer. "Great Britain and Ethiopia 1897–1910: Competition for Empire". International Journal of African Studies. 6 (3). 1973: 470. doi:10.2307/216612. JSTOR 216612.
  5. Necessary Journeys. Granta. 2001. 124. ISBN 978-1-929001-03-3. 2020-08-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-12-17.