Etnik stereotip
Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Stereotip sözü yunan dilində stereos — möhkəm, tyros — iz deməkdir. Psixologiya elminin, xüsusilə onun sosial və etnopsixologiya sahələrində istifadə edilən əsas anlayışlardan biri də stereotip, sosial stereotip və etnik stereotip anlayışlarıdır. Sosial stereptiplər hər hansı bir hadisə, qrup, tarixi şəxsiyyət, peşə, xalq haqqında yalnız müvafiq sosial məkanda yaşayan insanlar üçün səciyyəvi olan təsəvvürlərdən ibarət psixi hadisədir. İnsanlar sosial stereotiplərə sosializasiya prosesində yiyələnirlər. "Sosial stereotip" termini ilk dəfə amerikan sosioloqu U. Lipman tərəfindən 1922-ci ildə "İctimai fikir" əsərində işlədilmişdir. U. Lipmana görə, stereotiplər mədəniyyətlə determinasiya olunan, nizamlanan "dünya təsviridir", onun köməyi ilə mürəkkəb sosial obyektlərin qavranılması üçün göstərdiyimiz səylərə qənaət edir və dəyərləri, mövqeyimizi, hüququmuzu müdafiə edirik. Başqa sözlə ifadə etsək, stereotiplər sosial informasiya axınında insanı istiqamətləndirir və ona özünü qiymətləndirməsini qorumağa kömək edir. Stereotiplər sadə, ümumiləşmiş, bəzən də təhrif olunmuş şəkildə olduğu üçün o qədər də etibarlı deyidir. Stereotiplər , əsasən, sosial obyektlərə (peşə, xalq, qrup, müəyyən sinif, əhali, təbəqə və s.) müəyyən münasibət yaradır, eləcə də fərdin sosializasiyasına kömək edir. Stereotiplər insanın şəxsi təcrübəsinin ümumiləşdirilməsi əsasında formalaşdırılır. Adətən tamaşa etdiyimiz filmlər, oxuduğumuz müxtəlif ədəbiyyat nümunələri eşitdiyimiz əhvalatlar və söhbətlər, eləcə də şahidi olduğumuz hadisələr müəyyən sosial obyekt haqqında müvafiq stereotipin yaranmasında, eləcə də olan stereotipin daha da mphkəmlənməsinə səbəb olur. Sosial stereotiplər bir tərəfdən insanların, xalqların bir-birini yaxşı başa düşməsinə, digər tərəfdən də düzgün dərk etməsinə mane olur. Deməli, sas məsələ sosial stereotipin adekvatlıq dərəcəsindən çox asılı olur. Bəzən xalqlar, millətlər arasında olan konfliktlər, maraqların toqquşması və yaxud qarşıdurmanın olmasında marağı olan daxili və xarici qüvvələr qəsdən neqativ stereotiplərin yayılmasına səy göstərirlər.
Ötən əsrin 30-cu illərində amerikan psixoloqları D. Kats və K. Breyli Priston Universitetində tədqiqatlar aparmışlar. Onların tədqiqatında məqsəd Priston UNiversitetində təhsil alan müxtəlif xalqların nümayəndələrində (ağ dərili amerikanlı, afroamerikanlı, ingilis, irland, alman, italyan, yəhudi, çinli, yapon, türk) irqi və etnik stereotipləri öyrənmək olmuşdur. Məsələn, yoxlanılanların 84%-i hesab edirmiş ki, afroamerikanlılar mövhümatçıdırlar, 78%-i hesab edirmiş ki, almanlar elmə meyilli olurlar. Bundan əlavə, qəbul edilmiş digər stereotiplər :
- Ruslar yaxşı içki içən olurlar
- Yəhudilər çox xəsis və varlı olurlar
- İngilislər soyuqqanlı və varlı olurlar
- Afrikalılar temperamentli olurlar
- Fransızlar modabaz olurlar
- Qafqazlılar qaynaq təbiətli olurlar
- Azərbaycanlılar qonaqpərvər olurlar
- Almanlar dəqiq və simic olurlar
Etnik stereotiplər iki yerə bölünür : avtostereotiplər və heterostereotiplər. Avtostereotiplər deyəndə, etnosun, xalqın nümayəndələrinin öz etnosu, xalqı haqqında olan fikri, mülahizəsi nəzərdə tutlur. Məzmununa görə avtostereotiplər müsbət xarakter daşıyır və pozitiv qiymətlər kompleksini özündə əks etdirir. Heterostereotiplər isə qonşu və ya başqa etnos, xalqalr haqqında olan ümumiləşmiş fikir, təsəvvür və qiymətlər sistemindən ibarət olan kompleksdir. Avtostereotiplərdən fərqli olaraq, heterostereotiplər həm müsbət, həm də mənfi məzmuna malik olur.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Ə. Bayramov. Etnik Psixologiya. B-2001
- Т. Стефаненко. Этнопсихология. М-2006