Floristik vilayət
Bu məqalə qaralama halındadır. |
Floristik vilayət — bir-birindən müxtəlif cinslərin və fəsilələrin olması ilə fərqlənən əyalətlərə bölünən ən böyük coğrafi-floristik sahə. Zaman keçdikcə floristik vilayət ümumi şəkli və burada məskunlaşan bitkilərin sistematik tərkibi dəyişir. Müxtəlif geoloji dövrlər üçün paleofloristik vilayət adlanan floristik sahələrin ayrılmasının stratiqrafiya üçün mühüm əhəmiyyəti vardır. Çünki eyni geoloji zaman intervalı, hətta qonşu vilayətlərdə də müxtəlif bitki kompleksləri ilə səciyyələnə bilər. Məsələn, perm dövründə Qondvana paleofloristik vilayətinin florası Avropa-Amerika paleofloristik vilayətinin florasından kəskin fərqlənirdi. Bu isə hər bir floristik vilayət üçün bitki komplekslərinin zaman ərzində yalnız ona xas olan dəyişmə ardıcıllığını aydınlaşdırmağa imkan verir.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.