Fumimaro Konoe
Fumimaro Konoe | |
---|---|
yap. 近衛文麿 | |
| |
22 iyul 1940 – 18 iyul 1941 | |
Sonrakı | Fumimaro Konoe |
4 iyun 1937 – 5 yanvar 1939 | |
18 iyul 1941 – 18 oktyabr 1941 | |
Əvvəlki | Fumimaro Konoe |
Sonrakı | Hideki Tojio |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 oktyabr 1891[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 16 dekabr 1945[1][2][…] (54 yaşında) |
Vəfat səbəbi | sianiddən zəhərlənmə[d] |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fumimaro Konoe (近衞 文麿 Konoe Fumimaro, 12 oktyabr 1891[1][2][…], Kodzimati-ku[d] – 16 dekabr 1945[1][2][…]) — Şahzadə, yapon siyasətçi, Yaponiyanın 34-cü (4 iyun, 1937–5 yanvar, 1939), 38-ci (2 iyul, 1940–18 iyul, 1941) və 39-cu (18 iyul, 1941–18 oktyabr, 1941) baş naziri.[3]
Həyatı
[redaktə | vikimətni redaktə et]Məşhur Fudzivara nəslindən olan Fumimaro Konoe 12 oktyabr, 1891-ci ildə Kiotoda doğulmuş, XIX–XX əsrlərdə ölkənin taleyini həll edən, Yaponiyada ən nüfuzlu ailələrdən birinin böyük oğlu olmuşdur. Qeyd etmək maraqlıdır ki, çox mühüm dövlət vəzifələrinə sahib olmuş atası Yaponiyanın digər Asiya dövlətləri ilə sıx əməkdaşlığın vacibliyini önə çəkirdi. O, SSRİ ilə möhkəm siyasi münasibətlərin tərəfdarı idi. Konoe Çin və Koreyaya yönəlik və Rusiya, Amerika və İngiltərənin maraqları ilə toqquşan yapon ekspansiyası mühitində tərbiyə alıb. İqtisadi ekspansiya hərbi təzyiqlə dəstəklənirdi. Bütün bunlar Yaponiyanın fövqəladəliyinin təbliğatı, Yaponiya imperiyasının böyüklüyü, həyat məkanının istilasının və sərhədlərin genişlənməsinin davamının zəruriliyi ilə qızışdınlırdı. 1905-1907-ci illər Rusiya-Yaponiya müharibəsini Konoe 14 yaşlı yeniyetmə olaraq qarşıladı, Yaponiyanı faktiki olaraq böyük dövlətə çevirən qələbəni isə artıq 16 yaşlı gənc kimi qeyd etdi. Bütün həmyaşıdları kimi o, yapon ordusunun qələbələrinə valeh olaraq, ərazilərin qazanılmasını (Kuril adaları, Saxalinin cənub hissəsi) məmnuniyyətlə qəbul etdi, Böyük Britaniya, ABŞ, Hollandiya kimi Cənub-Şərqi Asiyada hökmranlıq edən dövlətlərə də müqavimət göstərməyin mümkünlüyünü anladı. Konoe həyatı boyu mühafizəkar milliyyətçi və qatı antikommunist olaraq qaldı. Konoe Kiotoda İmperator Universitetinin hüquq bölməsində oxumuşdu. (O zamanlar bu təhsil ocağı Yaponiyanın ən qabaqcıl universitetlərindən idi, onun geosiyasi məktəbi isə ölkədə aparıcı mövqelərdə dayanırdı). 1916-cı ildə hələ tələbə ikən şahzadə titulu sayəsində parlamentin yuxarı palatasında yer almışdı. 1917-ci ildə universiteti bitirmişdir. 1918-ci ildə Konoe " Pasifizmin Böyük Britaniya və ABŞ üslubunun tənqidi" sərlövhəli ilk geosiyasi məqaləsini çap etdirmişdir. Burada o, Britaniyanı və ABŞ-ni onların ıqtisadi imperializminə görə tənqid edir və sarı irqə qarşı irqi diskriminasiya və müstəmləkəçiliyin aradan qaldırılmasına çağırırdı. O, bu prinsipləri bir çox illərdə, həmçinin "Şərqi Asiyada yeni nizam" adlı (193)) əsərində inkişaf etdirirdi. Üç dəfə (1937–1939; 1940–1941; 1941-ci illərdə) Yaponiyanın Baş naziri olmuşdur. 16 dekabr, 1945-ci il tarixində zəhər içib, özünü öldürmüşdür.[3]
Siyasi fəaliyyəti
[redaktə | vikimətni redaktə et]Konoe üç geosiyasi doktrinanı həyata keçirirdi:
- Daxili siyasətdə "yeni struktur"un realizə edilməsi nəticəsində bütün siyasi partiyaların buraxılması və onların "Vahid İmperator Assosiasiyası" ilə əvəz edilməsi. (Bu, əslində, Hitlerin "bir millət-bir fürer-bir partiya" ideyasına əsaslanaraq, yapon nasional-sosialist hökumətinin qurulmasını nəzərdə tuturdu).
- "Böyük Cənub-Şərqi Asiya təsir dairəsi’’ zonasının yaradılması.
- Amerika və Böyük Britaniyaynın mövcud və gələcək dünya hökmranlığına qarşı dəniz və quru ölkələrinin yeni geostrateji blokunun formalaşdırılması.[3]
Konoenin fikrincə, vahid və monolit millətin enerjisini Sakit okean bölgəsindən ABŞ, Böyük Britaniya və Hollandiyanın sıxışdırılması üçün xarici ekspansiyaya qarşı yönəltmək, buna nail olmaq üçünsə ehtiyatları yapon millətinin xidmətinə yönələcək Çin, Birma (müasir Myanma), Hind-Çin (Vyetnam, Kamboca, Laos), Tailand, Filippin, Malayyanın (Malayziya) daxil olacağı "Böyük Şərqi Asiya ortaq rifah sahəsi"nin yaradılması lazım idi. Göstərilən məmləkətlərin darmadağın edilməsi üçün Asiya və bütün dünyada "yeni nizam’ın yaradılmasına yardım edə biləcək Almaniya və İtaliya ilə geosiyasi ittifaq qurmaq nəzərdə tutulurdu. Beləliklə, artıq qeyd edildiyi kimi, "yeni nizam" termini Almaniyada yaranmayıb, bu anlayış milliyyətçi Konoe tərəfindən təklif edilmiş, faşistlər və sosial-demokratlar tərəfındən istifadə edilmişdir. Konoenin geosiyasi doktrinası gələcəkdə nəhəng müstəmləkəçi imperiyanın yaradılmasınə nəzərdə tutan ölkənin mərhələlərinə hərbiləşdirilməsi və totalitarlaşmasından ibarət idi. O, bu proqramı hökumət rəhbəri vəzifəsində olarkən yerinə yetirirdi. Konoenin yalnız ABŞ-yə hücum etməyə cürəti çatmadı. Bunu, Konoeni Baş nazir postunda əvəzləyən, Konoe hökumətində müdafiə naziri, yaponların Meydzi dönəminin ən təcavüzkar siyasətçisi hesab etdikləri Todze Xideki etdi. O, Konoenin doktrinasının ən cəsarətli və avantür planlarını tərəddüd etmədən reallaşdırırdı. Lakin kobud hərbi təzyiq və "rifah sahəsi" ölkələrinin iqtisadi qarəti müqavimət reaksiyası (o cümlədən siIahlı) yaratdı.[3]
1940-cı ildə Konoe Almaniya və İtaliya ilə "Üçlər paktı" adlı hərbi ittifaq və bitərəflik haqqında sovet-yapon sazişini bağladı. O, müharibəyə qədər yapon-amerikan ziddiyyətlərinin həll edilməsi üçün F.Ruzveltlə şəxsi damşıqların yollarını axtarır, lakin buna müvəffəq ola bilmir və ondan sonra üzünü tamamilə Almaniyaya çevirir.[4] Yaponiyanın geosiyasi kursunun formalaşmasında Berlin-Roma-Moskva-Tokio konsepsiyasını əsaslandırmış alman geosiyasətçisi Haushoferin təsiri hiss olunur. Haushofer və Konoe arasında mühüm əlaqələndirici həlqə Haushoferin zəmanət məktubları ilə Tokioya gəlmiş və onun "Zeitsehrift für Geopolitik" jurnalı ilə fəal əməkdaşlıq etmiş əfsanəvi kəşfıyyatçı Rixard Zorge olmuşdur. Almaniya, İtaliya və Yaponiyanın "Üçlər paktı" Yaponiyanın Şərqi Asiya məkanında "yeni nizam" yaratmaq hüququnu qəbul edərək, üç dövlətin təsir dairələrinin bölüşdürülməsini təsbit etdi. Bu geosiyasətçinin və dövlət xadiminin taleyi maraqlıdır. 1941-ci il oktyabrın 16-da, yəni Pyorl-Harborun bombardmanından iki ay əvvəl, Konoe öz hərbi naziri Todze Xidekinin ultramilitarist fraksiyasına qarşı durmaq gücündə olmadığından istefa vermişdi. 1944-cü ildə o və imperatora yaxın olan siyasətçi və hərbiçilər Todze Xidekinin kabinetindən kənarda qaldılar. 1945-ci ilin fevralında Konoe imperatora kommunist təsirinin yayılması təhlükəsi barədə məktub təqdim etmişdir. İmperator onu sülh danışıqları üçün SSRİ-yə göndərmək qərarına gəlmiş, lakin plan həyata keçməmişdir. Belə ki, Yaponiya kapitulyasiyanı qəbul etmişdir. Yeni Nazirlər Kabinetində Konoe Baş nazir müavini statusu almışdır. Lakin Amerikanın işğalçı qoşunları komandanı onun mümkün hərbi cani kimi həbsi haqda fərman vermişdi. Həbsinə bir gün qalmış, o, zəhər içib, özünü öldürmüşdür.[5]
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 3 4 Hayashi S. Konoe Fumimaro // Encyclopædia Britannica (ing.).
- ↑ 1 2 3 4 "Novruz Məmmədov. Geosiyasətə giriş (İki cilddə. I cild). — Bakı, "Azərbaycan' nəşriyyatı, 2011, s. 272–275" (PDF). 2021-07-10 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-11-27.
- ↑ История Японии. 1999, т. 2, с. 390–391, 397–398
- ↑ Смирнов Л. Н., Зайцев Е. Б. Суд в Токио. — М.: Воениздат, 1984, c. 74
- 12 oktyabrda doğulanlar
- 1891-ci ildə doğulanlar
- Tokio prefekturasında doğulanlar (1868—1943)
- 16 dekabrda vəfat edənlər
- 1945-ci ildə vəfat edənlər
- 54 yaşında vəfat edənlər
- Kioto Universitetinin məzunları
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Yaponiya baş nazirləri
- Zəhər ilə intihar edənlər
- Yaponiya antikommunistləri
- Kazoku
- Yaponiyada intihar edənlər