Gürcüstanın inzibati bölgüsü

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gürcüstanın regional xəritəsi

Gürcüstanın inzibati bölgüsü — Gürcüstanda muxtar respublikalar (gürc. ავტონომიური რესპუბლიკა), regionlar (gürc. რეგიონი) və bələdiyyələr (gürc. მუნიციპალიტეტი) mövcuddur.

Gürcüstan, sərhədləri qanunla 1991-ci ilin Dekabr ayının 21-də vəziyyətə uyğun olaraq təyin olunan bir unitar dövlətdir. Gürcüstan, iki Muxtar Respublikanı (gürc. ავტონომიური რესპუბლიკა), AcarıstanAbxaziyanı ehtiva edir. Cənubi Osetiyanın köhnə, SSRİ dövrü muxtar varlığı, indi Gürcüstanın de-fakto yurisdiksiyası altında deyil və Gürcüstanın ərazi tənzimləməsində qəti bir konstitusiya statusu yoxdur.[1]

Gürcüstan torpaqları hazırda ümumi 76 bələdiyyəyə (gürc. მუნიციპალიტეტი) bölünmüşdür. Gürcüstanda, ölkənin paytaxtı Tblisidə olmaqla 12 muxtar şəhər (gürc. ქალაქი) və 64 icma mövcuddur (gürc. თემი). Iki muxtar respublikaTbilisi xaricindəki bələdiyyələr, müvəqqəti olaraq, doqquz bölgəyə (gürc. მხარე) qruplaşdırılıb: Quriya, İmereti, Kaxeti, Aşağı Kartli, Msxeta-Mtianeti, Raça-Leçxumi və Aşağı Svaneti, Sameqrelo-Yuxarı Svaneti, Samtsxe-CavaxetiŞida Kartli. Tbilisinin özü də 10 rayona (gürc. რაიონი) bölünmüşdür.[1]

Muxtar Respublikalar

[redaktə | vikimətni redaktə et]

İki muxtar respublika olan AbxaziyaAcarıstan, SSRİ rejimi zamanı qurulmuş və 1995-ci ildə qəbul edilən müasir Gürcüstan Konstitusiyası tərəfindən tanınmışdır.[1]

Acarıstan 6 bələdiyyəyə bölünür:[2][3]

  1. Muxtar Respublikanın paytaxtı olan və öz özünü idarə edən Batum şəhəri;
  2. Kedanın öz özünü idarə edən icması;
  3. Kobuletinin öz özünü idarə edən icması;
  4. Xelvaçaurinin öz özünü idarə edən icması;
  5. Şuaxevinin öz özünü idarə edən icması;
  6. Xulonun öz özünü idarə edən icması.

1992–1993 və 2008-ci illərdəki hərbi qarşıdurmaların bir nəticəsi olaraq, Gürcüstanın müstəqillik elanı Rusiya və digər üç BMT üzvü ölkələr tərəfindən tanınan Abxaziya üzərində təsirli bir nəzarəti yoxdur. Gürcüstan, Abxaziyanı hökumətinin Tbilisidə sürgündə olduğu və indi işğal altındakı bir region olduğu öz Muxtar Respublikası olaraq görür. 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsindən əvvəl, Abxaziya ərazisi və Gürcüstanın nəzarəti altında olan Kodori vadisi, Azharanın öz özünü idarə edən de-yure icmasıdır. Abxaziyanın separatçı rəhbərliyi Muxtar Respublikasının torpaqlarını yeddi rayona (gürc. რაიონი) bölür:

  1. Qaqra
  2. Qudauta
  3. Suxumi
  4. Gulripş
  5. Oçamçira
  6. Tkvarçeli
  7. Qali

Cənubi Osetiya

[redaktə | vikimətni redaktə et]

Cənubi Osetiya, SSRİ dövründə muxtar bir oblast statusundan istifadə edirdi. 1991–19922008-ci illərdəki hərbi qarşıdurmalardan sonra Gürcüstan, Cənubi Osetiyanın köhnə Muxtar Oblastını, işğal altındakı bir ərazi olaraq görür. Statusu konstitusiya olaraq Gürcüstan tərəfindən tanınmır, lakin Tblisidə sürgündə yaşayan Müvəqqəti Cənubi Osetiya İdarəsi mövcuddur. 2008-ci ildəki Rusiya-Gürcüstan Müharibəsindən əvvəl Gürcüstanın nəzarəti altındakı ərazi, de-yure statusunu saxlayan dörd bələdiyyəyə bölünmüşdür. Cənubi Osetiyanın separatçı rəhbərliyi Muxtar Respublikasının torpaqlarını dörd rayona (gürc. რაიონი) bölür:[1][4]

  1. Leninqor
  2. Dzau
  3. Tsxinval
  4. Znaur
Gürcüstanın regionları və bələdiyyələri

Regionlar (gürc. მხარე) AbxaziyaCənubi Osetiyadakı separatçı münaqişələr həll oluna qədər 1994–1996-ci illər arasında Prezident sərəncamları ilə müvəqqəti bir şəkildə qurulmuşdur. Onlar, Gürcüstanın ənənəvi tarixicoğrafi ərazilərinə təqribən uyğundurlar. Region muxtar bir vahid deyildir və vəzifəsi, daha çox bir neçə bələdiyyənin (AcarıstanTblisi bələdiyyələrindən başqa) bir regionda Baş nazir tərəfindən vəzifələndirilən bir vəzifəli şəxs tərəfindən təmsil edilən Gürcüstan mərkəzi hökuməti ilə olan ünsiyyəti koordinasiya etməkdir. Bunlar Dövlət Komissarı (gürc. სახელმწიფო რწმუნებული) və rəsmi olamayaraq qubernator (gürc. გუბერნატორი) da adlandırılırlar.[1]

Bələdiyyələr

[redaktə | vikimətni redaktə et]

Gürcüstan qanunlarına görə, bir bələdiyyə (gürc. მუნიციპალიტეტი), sərhədləri olan və öz özünü idarə edən bir yaşayış məntəqəsi və ya yaşayış məntəqəsi qrupudur. Gürcüstanda bələdiyyənin iki növü var — öz özünü idarə edən şəhərlər (cəmi 12 dənə) və öz özünü idarə edən icmalar (cəmi 64 dənə). İndiki bələdiyyələr 2006–2014 illəri arasında qurulmuşdur. Bələdiyyələrin çoxunun rayonların sərhədlərini və adlarını əks edir.[1][5]

П: «Gürcüstan»
  1. 1 2 3 4 5 6 [https://web.archive.org/web/20150710064058/https://president.gov.ge/ge/Georgia/TerritorialStructureAndGovernment Arxivləşdirilib 2015-07-10 at the Wayback Machine "ტერიტორიული მოწყობა და მმართველობა [Ərazi Strukturu və Hökumət]"]. Gürcüstan Prezidentinin Administrasiyası. 2015-ci ilin İyul ayının 9-da alındı.
  2. Şariya, Vitali (29 Yanvar, 2016). "Seçiciliyə və aborta qarşı". Qafqazın əsa-sədası. 2016-cı ilin Fevral ayının 6-da alındı.
  3. Zavodskayiya, Elena (30 İyul, 2015). "Əksəriyyət sistemi qüvvədə qaldı". Qafqazın əks-sədası. 2015-ci ilin Oktyabr ayının 19-da alındı.
  4. ადგილობრივი თვითმმართველობის კოდექსი [Yerli İdarəetmə Aktı]5 Fevral 2014-ci il tarixli və 1958 saylı üzvi Qanunu Arxivləşdirilib 2022-09-01 at the Wayback Machine (Gürcü dilində). 2015-ci ilin İyul ayının 9-da alındı.
  5. "Bələdiyyələrin Sicili" Arxivləşdirilib 2021-11-20 at the Wayback Machine. Cəmiyyət Siyahıları Milli Agentliyi. 2015-ci ilin İyul ayının 9-da alındı.