Günəş tutulması (20 mart 2015)
Günəş tutulması - 2015-ci ilin 20 mart (cümə) tarixində baş vermiş tam günəş tutulması. Günəş tutulması Ayın Yer və Günəş arasında olduğu zaman baş verir. Bunun vasitəsilə Ay Yerdən baxan izləyicinin Günəşin təsvirini görməsini tam və qismən olaraq dayandırır. Tam günəş tutulmas Ayın görünən diametri Günəşinkindən böyük olanda baş verir. Ay bütün istiqamətlənmiş günəş şüalarını dayandırır və gündüzü qaranlıq edir. Tam tutulma Yerdə dar bir trayektoriyada baş verir, ancaq natamam günəş tutulması minlərlə kilometr uzunluğunda ərazidə görünür.
Bu tutulmanın dərəcəsi 1.045-dir. Tam tutulmanın ən uzun müddəti Farer sahillərində olmuşdur, 2 dəqiqə 47 saniyə davam etmişdir. Günəş tutulması 12 avqust 2026-cı ildə baş verəcək tutulmaya qədər Avropada görülən ən axırıncı tam günəş tutulmasıdır.[1]
Öz trayektoriyasının sonunda Ayın kölgəsi şimal qütbündə Yerin səthindən kosmosa qalxır. Martın 20-i yaz gecə-gündüz bərabərliyidir və tutulma Günəş altı aydan sonra Şimal yarımkürəsində qalxanda baş verib.[2]
Tam tutulmanın göründüyü məskunlaşılmış ərazilər yalnız Farer və Şpitsbergendir.[3]
Müşahidəsi
[redaktə | mənbəni redaktə et]Günəş tutulması 08:30GMT-də cənub-qərbdə başladı və şimal-şərqə tərəf hərəkət etdi. Tutulma Şimali Atlantik və Arktik okeanlarında (Qrenlandiya, İslandiya, İrlandiya, Birləşmiş Krallıq, Farer adaları, şimali Norveç və Murmansk vilayəti) yaxşı görünürdü. Kölgə öz yoluna Qrenlandiyanın cənub sahilində başladı, daha sonra şimal-şərqə hərəkət etdi, İslandiya və Birləşmiş Krallıq arasında keçdi və Farer adları və Norveçin ən şimalındakı adalar üzərindən hərəkət etdi. Tutulmanın kölgəsi Avropada müxtəlif dərəcələrdə görünüb. Cənub-şərqi ərazilər yalnız natamam günəş tutulmasını müşahidə ediblər.[4] Məsələn, London 85% günəş tutulmasını görüb, ancaq Norveç dənizindəki Farel adalarının şimalı bütöv günəş tutulmasını görə bilib. [5]
Təsiri
[redaktə | mənbəni redaktə et]Avropa Birliyinin təqribən 90 Gigavatt günəş gücü və istehsalı var və bu səmanın aydınlığından asılı olduğu üçün müvəqqəti olaraq 34 GW-a qədər enib.[6] Bu ilk dəfə idi ki, tutulma elektrik stansiyalarına böyük təsir edirdi və təsiri azaltmaq üçün elektrik sektoru ölçü götürdü. Gücdə dəyişiklik −400 MW/dəq və +700 MW/dəq ola bilər.[7][8]Temperatur 3 °C düşə bilər və külək gücü küləklər 0.7 m/s azaldığına görə düşə bilər.[9]
Hadisələrin toqquşması
[redaktə | mənbəni redaktə et]20 mart 2015 tarixi həm də yaz gecə-gündüz bərabərliyidir. Əlavə olaraq, 2015-ci il üçün altı super ay gözlənilirdi və 20 mart 2015-ci il super ayı ilin üçüncüsü idi. Ancaq o, hilal olduğuna görə yalnız kölgəsi görünürdü.[10]
Coğrafi inkişaf
[redaktə | mənbəni redaktə et]Əlaqəli tutulmalar
[redaktə | mənbəni redaktə et]Azalan düyün | Artan düyün | |||||
---|---|---|---|---|---|---|
120 | 2015, 20 mart, Tam |
125 | 2015, 13 sentyabr Qismən | |||
130 | 2015, 9 mart Tam |
135 | 2015, 1 sentyabr Dairəvi | |||
140 | 2017, 26 fevral Dairəvi |
145 | 2017, 21 avqust Total | |||
150 | 2018, 15 fevral Qismən |
155 | 2018, 11 avqust Qismən | |||
2018-ci ilin 13 iyul və 2019-cu ilin 6 yanvar tarixində qismən günəş tutulmasının baş verəcəyi gözlənilir. |
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Path of total Solar Eclipse of 2026 August 12". 2015-03-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- ↑ "Unique eclipse to darken North Pole's first day of sunshine". 2019-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- ↑ 20. marts 2015 — Total Solar Eclipse Arxivləşdirilib 2015-10-04 at the Wayback Machine Time&Date
- ↑ "Solar eclipse 2015 live: Britain to plunge into morning twilight as Moon blocks out Sun". Daily Telegraph. 20 March 2015. 20 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2015.
- ↑ "Solar Eclipse: live updates". Guardian. 20 March 2015. 5 June 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2015.
- ↑ "European power grids keep lights on through solar eclipse". 2015-03-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- ↑ "Solar Eclipse 2015 – Impact Analysis Arxivləşdirilib 2017-02-21 at the Wayback Machine" pp3+6+7+13 . European Network of Transmission System Operators for Electricity, 19 February 2015. Accessed: 4 March 2015.
- ↑ "Curve of potential power loss". 2020-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.
- ↑ S. L. Gray , R. G. Harrison. "Diagnosing eclipse-induced wind changes" Proceedings of the Royal Society. DOI: 10.1098/rspa.2012.0007 Published 25 May 2012. Archive
- ↑ "In 2015, first of six supermoons comes on January 20". 2021-09-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-20.