Hüseyn Baqqal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Hüseyn Baqqal
krımtat. Üsein Baqqal
Doğum tarixi 22 aprel 1897(1897-04-22)
Doğum yeri
Vəfat tarixi 20 oktyabr 1973(1973-10-20) (76 yaşında)
Uşağı
Fəaliyyəti rəqqas, baletmeyster, teatr rejissoru

Hüseyn Baqqalkrım tatar rəqqas, baletmeyster, teatr rejissoru. Müasir krım tatar xoreoqrafiyasının banisi. 6 il sürgün həyatı yaşayıb. 1955-ci ildə bəraət qazanıb[1].

22 aprel 1897-ci ildə Simferopolda ərzaq dükanı sahibinin ailəsində anadan olub. Ailə Tokal Cami məhəlləsində 32 nömrəli evdə yaşayırdı. 1923-cü ildən etibarən Simpferopolda yerləşən Krım tatar teatrında fəaliyyət göstərməyə başlayıb. Aktyorluq və rəqqaslıqla yanaşı həm də solo konsertlər də verirdi. 1927-ci ildə Frankfurt-Mayn şəhərində keçirilən Beynəlxalq İncəsənət Ustaları festivalının laureatı olub. Sonradan Krım tatar Teatrının baş xoreoqrafı seçilib[2].

1934-cü ildə krım tatar rəqsi məktəbinin əsasını qoyub. 1937-ci ildən 1938-ci ilə qədər Opera və Balet Teatrının baletmeysteri, Krım tatar mahnı və rəqs ansamblının isə baş baletmeysteri olub. Burada o, bəstəkar İlyas Baxşıyev ilə birlikdə fəaliyyət göstərib. Rejissor kimi, Aleksandr Puşkinin, "Su pərisi haqqında əfsanə", "Qızıl beşik", "Baxçasaray fəvvarəsi" əsərlərini və "Xoca Nəsrəddin" ilə "Toy davam edir" əsərlərini tamaşaya qoyub. Bundan başqa "Kənddə bayram", "Çobanlar", "Sevimli yaylıq", "İlk görüş" və "Hündür minarə" rəqs suitalarını da tamaşaya qoyub[2].

1939-cu ildə "Xaytarma" Krım tatar xalq rəqsləri ansamblının xoreoqrafı olur[3]. 1942-ci ildə Krım alman işğalında olduğu dövrdə burada Krım tatar Teatrında "Baxçasaray fəvvarəsi", "Arzı qız" və "Qızıl beşik" tamaşalarını tamaşaya qoyur.

1944-cü ildə krım tatarları sürgün ediləndə Tacikistan SSR-a sürgün edilir[4]. Leninabadda yerləşən A.Puşkin adına musiqili dram teatrına baş baletmeyster təyin edilir. 1948-ci ildə həbs edilərək 25 il müddətinə islah əmək düşərgəsinə məhkum edilir. 1955-ci ildə günahsız olduğu sübuta yetirilib və o əmək düşərgəsindən azad olunub[2].

20 oktyabr 1973-cü ildə Tacikistanın Çkalovsk (indiki Buston) şəhərində dünyasını dəyişib[2].

Anası Alimə. Hüseyn Baqqal ailənin ən kiçik övladı olub. Qardaşları Mahmud, Asan, bacıları Zeynəb Şerfe, Gülsüm Şerfe olub.

  1. "Баккал Усеїн" (ukrayna). esu.com.ua. 25 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2021.
  2. 1 2 3 4 Gülnarə Hüseynova. "Усеин Баккал – основоположник крымскотатарской танцевальной школы / Hüseyin Baqqal - Krım tatar rəqs məktəbinin banisi" (rus). goloskrimanew.ru. 21 aprel 2017. 22 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2021.
  3. Gülnarə Hüseyinova. "Ансамблю "Хайтарма" — 60 лет / "Xaytarma" ansamblı - 60 il" (rus). goloskrimanew.ru. 17 mart 2017. 24 iyun 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2021.
  4. Zahid Akadırov. "Ремзие Баккал: "Уровень крымскотатарской культуры зависит не только от крымскотатарских артистов" / Rəmziyyə Baqqal: "Krım tatar mədəniyyətinin səviyyəsi təkcə krım tatar artistlərdən asılı deyil"" (rus). avdet.org. 10 oktyabr 2019. 26 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2021.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]