II Ferens Rakoçi
II Ferens Rakoçi | |
---|---|
II Ferenc Rákóczi | |
| |
Transilvaniya Şəhzadəsi | |
1704 – 1711 | |
Əvvəlki | I Leopold |
Sonrakı | IV Çarlz |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Borşa, Slovakiya |
Vəfat tarixi | (59 yaşında) |
Vəfat yeri | Təkirdağ, Osmanlı imperiyası |
Fəaliyyəti | hərbi lider[d], siyasətçi |
Atası | I Ferens Rakoçi |
Həyat yoldaşı | Sarolta Amaliya |
Rütbəsi | general |
Elmi fəaliyyəti | |
Elm sahəsi | siyasət[1], hərbi iş[d][1], zadəganlıq[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
II Ferens Rakoçi-(mac. II Ferenc Rákóczi; 27 mart 1676[2][3] və ya 27 fevral 1676[1] – 8 aprel 1735[2][1], Təkirdağ[4]) 1703–1711 Macar istiqlaliyyət hərəkatının rəhbəri, Transilvaniya şahzadəsi
Həyatı
[redaktə | mənbəni redaktə et]Ferens Rakoçi 1676-cı ildə Transilvaniyada dünyaya gəlmişdir. I Ferens Rakoçi və İlona Zirininin 3 uşağından sonuncusudur. Atası hələ o uşaq ikən vəfat etdiyi üçün anası uşaqlarını tək başına yetişdirmişdir. Daha sonra İlona ikinci dəfə İmre Tököli ilə ailə həyatı qurur. Ögey ata Rakoçinin təhsilinə laqeyd yanaşır. Bütün diqqətini siyasət sahəsinə yönəldən Tököli 1683-cü ildə türklər Vyana şəhərini tuta bilmədikdə Yuxarı Macarıstan kralı olmaq aruzlarının puç olacağını başa düşür və Rakoçini Konstantinapola xoş niyyətinin simgəsi olaraq göndərmək istəyir. Lakin anası bu addıma qarşı çıxır. 1688-ci ildə I Leopold onu öz himayəsinə götürür və anası ilə birlikdə Vyana şəhərinə köçür. 1694-cü ildə Sarolta Amaliya ilə ailə həyatı qurur və Rakoçi qalasına yerləşir.[5]
Rakoçinin istiqlaliyyət müharibəsi
[redaktə | mənbəni redaktə et]Rakoçi 1700-cü ildə Habsburq sülaləsinə qarşı üsyana başlamaq məqsədilə Fransadan yardım istəyir. Avstriya kəşfiyyatının bundan xəbər tutması nəticəsində həbs edilir. O, edam edilcəyini bildiyi üçün həbsdən qaçaraq, Polşaya gəlir. 1703-cü ildə İspan irsi uğrunda müharibə nəticəsində Avstriya qoşununun bir hissəsi Macarıstandan çıxarılır. Beləliklə yeni bir üsyanın başlaması üçün şərait yaranır. Ferens Rakoçi Fransanın köməyi ilə Macarıstana qayıdaraq 1703-cü ildə Transilvaniya şahzadəsi titulunu alır. 1705-ci ildə isə əsillər məclisi tərəfindən Macar şahzadəsi tituluna layiq görülür. 1708-ci ildə Trençin döyüşündə Macar üsyançıları məğlub olur. Belə ki, məğlubiyyətdən sonra üsyançılar imperatorla sülh müqaviləsi bağlamaq qərarına gəlirlər. 1711-ci ildə sülh danışıqları başlasa da, Rakoçi təhlükəsizliyinin təmin etmək üçün Macarıstanı tərk edərək Polşaya gedir. Rakoçinin yoxluğunda üsyançılarla Avstriya nümayəndələri arasında Szatmar sazişi imzalanır. Beləliklə Rakoçinin rəhbərliyidə başlayan istiqlaliyyət müharibəsi sona çatır.
Ölümü
[redaktə | mənbəni redaktə et]Rakoçi 1711–1717-ci illərdə Polşa, İngiltərə və Fransada yaşayır. 1715-ci ildə Osmanlı dövlətinin təklifini qəbul edərək Osmanlı torpaqlarına səfər edir və burada yaşamağa başlayır. O ailəsi ilə birgə Təkirdağa yerləşir. Və 1735-ci ildə burada vəfat edir. 1906-c ildə Macar hökumətinin qərarı ilə nəəşi Macarıstana gətirilir və burada Kassa şəhərində dəfn edilir.[6] Təkirdağdakı evi halhazırda muzey kimi fəaliyyət göstməktədir.
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 4 5 https://jh.tritius.cz/authority/565643.
- ↑ 1 2 Ferenc Rakoczi II // Encyclopædia Britannica (ing.).
- ↑ Brozović D., Ladan T. Ferenc II. Rákóczy // Hrvatska enciklopedija (xorv.). LZMK, 1999. 9272 s.
- ↑ Deutsche Nationalbibliothek Record #118812513 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
- ↑ "PRINCE OF TRANSYLVANIA". 2022-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.
- ↑ "RAKOCZİ MÜZESİ (MACAR KRALI II. FERENC RAKOCZİ)". 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-06.