Kəndir (bitki)
Kəndir | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Kəndir |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Kəndir (lat. Apocynum) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinə aid bitki cinsi.
Botaniki xarakteristikası
[redaktə | vikimətni redaktə et]Çoxillik ot və yarımkollardır. Yarpaqları qarşı-qarşıya düzülür. Ağ, çəhrayı, qırmızı-bənövşəyi xırda çiçəkləri yarımçətirvarı çiçək qrupunda yerləşir. Şimali Amerika, Cənubi Avropa və Cənub-Şərqi Asiyada 6, Azərbaycanda 1 növü — sarmat kəndiri (T. sarmatiense) bitir. Bir qismi lifli, digəri kauçukverən, bəzi növləri isə dərman bitkisidir. Qafqazda geniş yayılmışdır. Kəndirə Azərbaycanda başlıça olaraq Lənkəran və Quba zonalarında təsadüf edilir. Məişətdə və təsərrüfatın müxtəlif sahələrində işlənən kəndir məmulatı son zamanlaradək qalmaqda idi. Azərbaycanda keçmişdə kəndir lifi istehsalı ev peşəsi səciyyəsi daşımışdır. XIX əsrdə kəndir lifi istehsalı kustar sənət səviyyəsinə qalxdı. Kustar kəndir istehsalının inkişafında, Azərbaycanda gəmiçiliyin və quyu üsulu ilə neft çıxarma işinin inkişafı xüsusilə mühüm rol oynamışdır.
Sinonimləri
[redaktə | vikimətni redaktə et]Heterotipik sinonimləri
[redaktə | vikimətni redaktə et]- Apocynastrum Heist. ex Fabr.
- Cynopaema Lunell
- Poacynum Baill.
- Trachomitum Woodson
Növləri
[redaktə | vikimətni redaktə et]- Dəlikçiçəkyarpaq kəndir (Apocynum androsaemifolium L.)
- Kənafabənzər kəndir (Apocynum cannabinum L.)
- Apocynum × floribundum Greene
- Apocynum pictum Schrenk
- Apocynum venetum L.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Endress M., Liede-Schumann S., Meve U. An updated classification for Apocynaceae (ing.). // Phytotaxa Magnolia Press, 2014. Vol. 159, Iss. 3. P. 175–194. ISSN 1179-3155; 1179-3163 doi:10.11646/PHYTOTAXA.159.3.2
- ↑ Linney K. Genera plantarum eorumque characteres naturales, secundum numerum figuram, situm, & proportionem omnium fructificationis partium. 5 Stokholm: 1754. S. 101. doi:10.5962/BHL.TITLE.746