Kalsium hidroksid
Kalsium hidroksid | |
---|---|
Ümumi | |
Kimyəvi formulu | Ca(OH)2 |
Molyar kütlə | 74,093 q/mol |
Fiziki xassələri | |
Sıxlıq | 2,211 q/sm³ |
Termik xüsusiyyətlər | |
Ərimə nöqtəsi | 512 °C °S |
Buxarın təzyiqi | 0 Pa[1] |
Təsnifatı | |
CAS-da qeyd. nöm. | 1305-62-0 |
PubChem | 14777, 6093208 |
RTECS | EW2800000 |
ChEBI | 31341 |
ChemSpider | 14094 |
Kalsium hidroksid (Ca(OH)2) — kristal ağ rəngli toz halında olan maddə. Qüvvətli əsasdır. Suda zəif həll olur.
Trivial adları
[redaktə | vikimətni redaktə et]- Sönmüş əhəng
- Əhəng südü
- Əhəng suyu
Alınması
[redaktə | vikimətni redaktə et]Kalsium oksidin( sönməmiş əhəng) su ilə qarşılıqlı təsirindən alınır və reaksiya istiliyin ayrılması ilə gedir:
- CaO + H2O → Ca(OH)2+Q
Xassələri
[redaktə | vikimətni redaktə et]Kalsium hidroksid qələvilərin bütün reaksiyalarına daxil olur:
- Ca(OH)2 + H2SO4 → CaSO4 +2H2O
- Ca(OH)2 + SO3 → CaSO4 +H2O
- Ca(OH)2 + CO2 → CaCO3 + H2O
- Ca(OH)2 + Na2SO3 → CaSO3 +2NaOH
Əgər 520-580ºC-yə qədər qızdırılsa parçalanaraq kalsium oksidə çevrilir:
- Ca(OH)2 →CaO + H2O
Güclü əsas kimi suda kalsium kationuna və hidroksid anionuna tam dissosiasiya edir:
- Ca(OH)2←→ Ca2+ + 2OH−
Tətbiqi
[redaktə | vikimətni redaktə et]Kalsium hidroksidin çox geniş tətbiq sahəsi vardır.Su təsislərində yeraltı suların təmizlənməsində, kağız istehsalında, qida sektorunda, suyun codluğunun aşağı salınmasında, ağardıcılarda, betonun hazırlanmasında istifadə olunur.
Təhlükəsizliyi
[redaktə | vikimətni redaktə et]Tənəffüs sistemini təhriş edərək öskürək, nəfəs darlığına səbəb olur.Kalsium hidroksid uzun müddət dəriyə təmas edərsə dərini aşındıraraq ciddi yanıqlara səbəb ola bilər.
Mənbə
[redaktə | vikimətni redaktə et]- Химическая энциклопедия. - Т.2. - М.: Советская энциклопедия, 1990. - С. 297-298
- N.A.Verdizadə, K.Ə.Quliyev, Ə.Z.Zalov, Ş.Ə.Quliyev. Kimya kursu. Bakı 2010. s.342