Karronada

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Sürüşkən lafet üzərində 140 mm çaplı ingilis Karronadası. XVIII əsr.

Karronada — hamar lüləli artilleriya topu. İlk dəfə ingilis donamasında XVIII əsrlərin sonlarında, sonralar isə sahil mühafizəsində tətbiqini tapmışdır. Uzun məsafəli top ixtiraçısı general Robert Melvill yeni silah ideyasını 1759-cu ildə təklif etmiş, ilk istehsalına 1769–1779-cu illərdə Şotlandiyanın Stirlinq qraflığında Qaskoyn tərəfindən "Karron" zavodunda başlanılmışdır. Adıda məhz buradan götürülmüşdür. İlk olaraq silah ixtiraçı və hazırlayanın şərəfinə "mellviliada" və "qaskonada" adlandırılmışdır.