Koquryo
Krallıq | |||
Koquryo | |||
---|---|---|---|
고구려 (高句麗) | |||
|
|||
|
|||
|
|||
Paytaxt |
Colbon Qunqnae Pxenyan |
||
Dövlət dini |
buddizm daosizm Konfutsiçilik şamanizm |
||
Əhalisi |
|
||
İdarəetmə forması | Monarxiya | ||
monarx | |||
• (e.ə. 37-e.ə. 19) | Kral Dongmyeong | ||
• (391-413) | Böyük Gvanggaeto | ||
• (590-618) | Yeonqyanq | ||
Vikianbarda əlaqəli mediafayllar |
Goguryeo krallığı (kor. 고구려, 高句麗) — Koreyanın şimali və mərkəz hissələrini əhatə edir və e.ə. 37-ci ildən 668-ci ilə qədər mövcud olmuşdur .Hal-hazırda bu dövlətin ərazisi Rusiya Federasiyası, Koreya Xalq Demokratik Respublikası(Şimali Koreya), Koreya Respublikası(Cənubi Koreya) və Çinin bir hissəsidir
Siyasi tarixi
[redaktə | vikimətni redaktə et]Kral Dongmyeongun dövrü
[redaktə | vikimətni redaktə et]Jumonq atası Hae Mo-sunun Coseon torpaqlarını birləşdirmək (Han dövlətinin rüşvətxor hökuməti tərəfindən məhv edilmiş idi) və Coseon xalqını xilas etmək məqsədini yerinə yetirmək üçün Buyeonu tərk etdi. Əfsanəyə görə, o, at üstündə sürətlə axan çaya yaxınlaşdı. Tısbağalar və digər su canlıları suyun yuxarısına qalxdılar və körpü əmələ gətirdilər.[1] Eramızdan əvvəl 37-ci ildə Jumonq Goguryeo krallığının birinci kralı oldu və Colbonun beş qəbiləsini birləşdirdi. Colbonu başçısının qızı Soseono Jumonqla evləndi. Soseononun Onjo adlı oğlu var idi. Onjo daha sonra Bekçe krallığını qurdu.
E.ə. 37-ci ildə Jumonq Goguryeo dövlətini qurdu və onun ilk kralı oldu. Eyni ildə Piryunun kralı Sonqyanq (송양, 松讓) Malqal qəbiləsinin işğalına qarşı yardım aldıqdan sonra Jumonqa təslim oldu. E.ə. 34-cü ildə Goguryeonun birinci paytaxt şəhəri olan Colbon sarayla birlikdə hazır oldu. E.ə. 28-ci ildə Jumonq General Pu Vi Yeomu (부위염, 扶尉厭) Şimali Okjeonu fəth etməyə göndərdi.[2][3] Eyni ildə Jumonqun anası Xanım Yuhva Buyeo sarayında öldü və o, kralın arvadı yox, cariyəsi olmasına baxmayaraq kraliça kimi dəfn edildi. Jumonq Buyeo kralı Geumvaya səxavətinə görə elçilər və hədiyyələr göndərdi. E.ə. 19-cı ildə Jumonqun birinci arvadı Xanım Ye Buyeonu oğlu Yuri ilə birlikdə tərk elədi və Goguryeoda yaşamağa başladı. Xanım Ye kraliça olanda Kraliça Soseono oğullarının taleləri üçün narahat oldu. Soseono oğullarını və xidmətçilərini götürərək Koreya yarımadasının cənubuna getdi. Burada Bekçe dövləti quruldu. Jumonq isə oğlu Yurini vəliəhd olaraq seçdi.
Yeon Gaesomunun dövrü
[redaktə | vikimətni redaktə et]642-ci ilin qışında Kral Yeonqnyu generalı Yeon Gaesomun haqqında narahat idi və başqa rəsmilərlə Yeonu öldürməyi planlayırdı. Yeon bundan xəbər tutanda özünün Şərq əyalətinin başçısı pozisiyasına gətirilməsini qeyd etmək məqsədilə krallıqda ona əleyhdar olan yüz siyasətçini çağıraraq böyük məclis təşkil elədi. Yeonun əsgərləri pusquda dayandılar və siyasətçiləri öldürdülər. Yeon Gaesomun daha sonra saraya doğru hərəkət elədi və kralı öldürdü. Ənənəvi Çin və Koreya mənbələrinə əsasən, Yeonun adamları ölü kralın cəsədini hissələrə ayırdılar və heç bir mərasim keçirmədən tulladılar.
Kral Yeonqnyunun yerinə Yeonqnyunun qardaşı oğlu Kral Bojanqı gətirən Yeon Gaesomun özünü Dae Magniji (대막리지, 大莫離支, Generalissimus) təyin elədi. Nəticə olaraq bu vəzifə ilə Yeon Gaesomun ölümünə qədər Goguryeonun dövlət məsələlərində de-fakto söz sahibi oldu.
Onun Goguryeo kralının ölümündəki rolu 645-ci ildə alınmayan Tan işğalı üçün əsas bəhanə hesab edildi.
Yeon Gaesomun tərəfindən həyata keçirilən 642-ci il dövlət çevrilişi Tan dövləti ilə sülhə gəlmək istəyənlərlə Tanla müharibə etmək istəyənlər arasındakı güc mübarizəsinin kuliminasiya nöqtəsi idi. Yeon Tanla müharibə etmək istəyənlər arasında idi.
Ənənəvi Çin və Koreya tarixşünaşlığı inanır ki, Yeonu dövlət çevrilişi etməkdə motivasiya edən onun gücə olan acgözlüyü idi. Koreya millətçiliyinin çiçəklənməsi ilə bir çox yenilikçi Koreya tarixçiləri Yeonu motivasiya edən şeyin Tana qarşı Goguryeonu güclü mövqeyə gətirmək olduğunu müdafiə elədilər. Həmin vaxtlarda imperator sülhpərəst diplomatik əlaqələr üçün Tana tabe olurdu.
Tanla Goguryeo arasındakı müharibələr Şimali Asiyanın qədim tarixinin ən əhəmiyyətli hadisələrinə daxildir. Bu müharibələr Şila-Tan ittifaqının, Goguryeonun çöküşünün və Koreya yarımadasının Şilanın hakimiyyəti altında birləşdirilməsinin əsas səbəbi idi. Yeon Gaesomun bu konfliktlərin əsas səbəbkarı olmaqla bərabər həm də əsas oyunçulardan biri idi.
Yeon Gaesomun hakimiyyətinin başlanğıcında Tana qarşı sakitləşdirici duruş sərgilədi. Məsələn, o, buddizmin yerinə Daosizmi dəstəkləməyə başladı və Tan sarayına elçi göndərərək Daosist keşiş tələb etdi. Bu hərəkət tarixçilər tərəfindən Tanı passivləşdirmək və Tan işğalına qarşı zaman qazanmaq üçün fənd hesab edildi.
Goguryeo Şilaya qarşı yeni işğallara başlayanda Tanla əlaqələr pozuldu. 645-ci ildə Goguryeo-Tan müharibəsi başladı və Taizonq bir çox sərhəd qalasının işğal elədi.
Taizonqun hücumu iki əsas problemlə üzləşdi. Birincisi, Taizonqun ordusu Ansi qalasının məşhur komandiri Yang Man-chunun müqavimətinə görə planların həyata keçirə bilmədi. İkincisi, Taizonqun Pxenyanı işğal etmək üçün göndərdiyi elit dəniz qüvvələri Joseon Sanggosaa görə Yeon tərəfindən məğlub edildilər. Yeon daha sonra əsgərlərin Ansi qalasına Yanqa kömək etməyə göndərdi.
Qarşıdan Yanqın və arxadan Yeonun orduları ilə sıxışdırılan və sərt qışdan və qida ehtiyatı çatışmazlığından əziyyət çəkən Taizonq geriyə qayıtmağa məcbur edildi. Geri qayıdanda Taizonqun əsgərlərinin böyük hissəsi Yeon Gaesomunun ordusu tərəfindən məğlub edildi. Ancaq Taizonqun ordusu xilas ola bildi. Taizonqun Goguryeonu işğal etmə planı iflasa uğradı. Ancaq Tan da Goguryeoda böyük tələfata səbəb ola bildi.
Belə bir fikir irəli sürülür ki, Taizonqun Goguryeonu işğal etməsindəki uğursuzluğundan sonra Yeon Gaesomunla onun arasında olan şəxsi yarış həm Taizonq üçün, həm də onun oğlu Gaozonq üçün vəsvəsəyə çevrildi. Onlar 661-ci ildə iki dəfədən çox Goguryeonu işğal etməyə çalışdılar. Ancaq onlar iki cəhddə də uğursuz oldular. Xüsusilə, Yeonun 662-ci ildə Tan qüvvələri üzərindəki qələbəsini qeyd etmək olar. Çin generalı Pang Xiaotai (龐孝泰) Sasu çayında (蛇水, böyük ehtimal Botong çayında) məğlub edildi və 13 oğlu ilə birlikdə öldürüldü. Çində artan qarmaqarışıqlıqla Tan ordusu yenidən geri qayıtmağa məcbur oldu.
Goguryeonun iqtisadiyyatı və əhalisi üç işğal cəhdindən sonra dağılmışdı və itkilər bərpa edilə bilməmişdi. Şila və Tan 8 ildən artıq birgə mübarizələrini davam etdirdilər. 668-ci ildə - Yeon Geasomunun ölümündən iki il sonra Goguryeo süqut etdi. Ancaq ən azı Yeon Gaesomunun hakimiyyəti dövründə Şila-Tan ittifaqı Goguryeonu işğal edə bilmədilər.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et]İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ http://www.seelotus.com/gojeon/gojeon/seol-hwa/dong-myeong-wang.htm Arxivləşdirilib 2018-01-29 at the Wayback Machine (Kor)
- ↑ History of Korea (Korean) http://www.koreandb.net/KoreanKing/html/person/p121_03672.htm Arxivləşdirilib 2008-03-12 at the Wayback Machine
- ↑ 《三国史记》:“六年 秋八月 神雀集宫庭 冬十月 王命乌伊扶芬奴 伐太白山东南人国 取其地为城邑。十年 秋九月 鸾集于王台 冬十一月 王命扶尉 伐北沃沮灭之 以其地为城邑”
Tarix haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]- (ing.) Encyclopaedia Britannica
- (ing.) Encarta( Arxivləşdirilib 2009-04-02 at the Wayback Machine 2009-10-31)
- (ing.) Columbia Encyclopedia
- (kor.) Information about the ancient kingdom
- (ing.) Goguryeo of Korea Arxivləşdirilib 2008-09-19 at the Wayback Machine