Kredit ittifaqları

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Kredit ittifaqları

Kredit ittifaqı anlayışı

[redaktə | vikimətni redaktə et]

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.

Kredit ittifaqları haqqında qanunvericilik

[redaktə | vikimətni redaktə et]

Kredit ittifaqları haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri

[redaktə | vikimətni redaktə et]

Kredit ittifaqının fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

  • üzvlərin mənafe ümumiliyi və qarşılıqlı etimadı əsasında birləşməsi;
  • üzvlüyün könüllülüyü;
  • fəaliyyətinin aşkarlığı;
  • şəxsi mənafeyin kollektiv mənafe ilə əlaqələndirilməsi;
  • payların həcmindən asılı olmayaraq üzvlərin hüquq bərabərliyi;
  • Kredit ittifaqının idarə olunmasında üzvlərin şəxsən iştirakı;
  • əldə edilmiş vəsaitin sahibkarlıq fəaliyyətinə yönəldilməsi;
  • fəaliyyətinin təşkilinin özünənəzarətə əsaslanması.

Kredit ittifaqının hüquqları və vəzifələri

[redaktə | vikimətni redaktə et]

Kredit ittifaqının aşağıdakı hüquqları vardır:

  • banklardan, beynəlxalq və xarici maliyyə-kredit qurumlarından kredit, qrant almaq;
  • öz üzvlərinə nizamnamədə göstərilən qaydada kreditlər vermək;
  • sərbəst pul vəsaitini banklara, digər Kredit ittifaqlarına depozitə qoymaq, habelə dövlət qiymətli kağızlarının alınmasına sərf etmək.

Kredit ittifaqının yaradılması

[redaktə | vikimətni redaktə et]

Kredit ittifaqı 11-dən az olmayan fiziki və (və ya) hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Kredit ittifaqının təsis yığıncağı Kredit ittifaqının yaradılması barədə qərar qəbul edir, nizamnaməni təsdiq edir, idarəetmə və nəzarət orqanını seçir.