Layzanşahlar
Şahlıq | |
Layzanşahlar | |
---|---|
|
|
Paytaxt | Layzan |
Rəsmi dilləri | ərəb dili |
Dövlət dini | Sünni islam |
İdarəetmə forması | Monarxiya |
Layzanşahlar - Şirvanşahlar dövləti ilə eyni anda Layzan ərazisində qurulan dövlət. Məzyədilər sülaləsi tərəfindən idarə edilirdi. "Tarixi əl-Bab"a görə müstəqil dövlət olmuşdur:
"...Heysəm ibn Xalid Şirvanda müstəqillik əldə edəndə onun qardaşı Yəzid ibn Xalid də Layzanda müstəqillik qazandı. Heysəm Şirvanşah, onun qardaşı Yəzid isə Layzanşah adlanırdı".[1][2]
Hakimləri və titul
[redaktə | vikimətni redaktə et]Layzanşah titulu, Şirvanşah titulu Sasanilər dövründən qalmış bir titul idi. İlk Layzanşah, Şirvanşah Heysamın qardaşı I Yəzid olmuşdur. Onun oğlu I Məhəmməd ibn Yəzid haqqqında çox məlumat yoxdur. Layzanın üçüncü şahı olan Əbu Tahir Yəzid ibn Məhəmməd isə öz əmisi nəvəsi Əli ibn Heysamı məğlub edərək həm də Şirvanşah olmuşdur. Bununla da Layzanşahlıq Şirvanşahlar dövlətinə birləşdirilmişdir. Bundan sonra Layzan bir vilayətə çevrilərək, adətən sülalənin yaxın üzvləri tərəfindən idarə olunurdu. Əbu Tahir Yəzid ibn Məhəmməd də Şirvanşah olduqdan sonra Layzanı oğluna iqta kimi vermişdi.
Hökmdarlar
[redaktə | vikimətni redaktə et]- I Yəzid (Şirvanşah Heysamın qardaşı)
- I Məhəmməd ibn Yəzid
- Əbu Tahir Yəzid ibn Məhəmməd (öz əmisi nəvəsi Əli ibn Heysamı məğlub edərək həm də Şirvanşah olmuşdur.)