Maykl Dirnt
Maykl Rayan Pritçard (Michael Ryan Pritchard),yəni Mike Dirnt 1972-ci ilin 4 may tarixində anadan olmuşdur. Onun anası narkoman olduğundan o, uşaqlığını uşaq evində keçirmişdi. Amma Mayklın cəmi 7 yaşı olanda onun analığı və atalığı boşanmışdı. Əvvəllər Maykl atası ilə qalsa da, sonradan anası ilə yaşamağa məcbur oldu. "Həyatda hər şey baş verə bilər" Maykl deyir, " Mən 4-cü ya da 5-ci sinifdə oxuyanda anam bütün gecə evə gəlmirdi. Səhərisi gün isə o, hansısa kişi ilə evə qayıtdı və həmin kişi bizim evimizə köçdü. Mən də bununla barışa bilmirdim. Lakin mən məktəbi bitirəndən sonra onunla dostlaşdım. O, mənə hər şeyi verdi. O, mənim daxilimdə işçi ruhunu möhkəmləndirdi. Mənim cəmi 17 yaşım olanda, o, vəfat etdi."
Artıq 2 il idi ki, Maykl ailəsindən ayrı yaşayırdı. Əvvəllər o, Billie Joe Armstrong və onun anasının evində qalırdı. Maykl və Billi bütün boş vaxtlarını Gilman Street qrupu ilə keçirirdilər. O vaxtlar Maykl həm məktəbdə oxuyur, həm Sweet Children qrupunda bass çalır, həm də aşpaz işləyirdi. Məktəbi böyük çətinliklərlə bitirdi. Həmçinin o, kollecdə təhsil alırdı. Sonradan Billi Co Armstronq, Maykl və Tre Cool Green Day qrupunu yaratdılar.
!996-cı ildə Maykl Anastisiya adlı qadın ilə evlənir. 1997-ci ilin aprel ayında onların qızı-Estella (Estella-Desiree) dünyaya gəldi. İndi Maykl ili Anastasiya 1 yerdə yaşamasalar da onların arasında isti münasibətlər var. 2004-cü ildə o, yenidən evlənir lakin yeni həyat yoldaşı onu tərk etdi, çünki o, vaxtının böyük hissəsini American Idiot albomuna həsr edirdi. Hal-hazırda o, Okland (Kaliforniya) şəhərində yaşayır.
Maykl Frustrators, Screeching Weasel, Crummy Musicians, Squirtgun, kimi qruplarda çıxış edirdi. Onun əsas ampluası bass gitaradır. Lakin o, akustik gitarada da ifa edə bilir. Həmçinin mahnıların çoxunda onun bek-vokalını eşidə bilirik.
Musiqiçi haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |