Mehman Allahverdiyev
Mehman Allahverdiyev | |||||||
---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | |||||||
Tam adı | Mehman Əhliman oğlu Allahverdiyev | ||||||
Ləqəbi | İmperator | ||||||
Doğum tarixi | |||||||
Doğum yeri | Gəncə şəhəri, Azərbaycan SSR | ||||||
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
||||||
Boyu | 172 sm | ||||||
Çəkisi | 70 kq | ||||||
Mövqeyi | hücumçu | ||||||
Klub haqqında məlumat | |||||||
Klub | karyerasını bitirib | ||||||
Vəzifəsi | İcraçı direktor | ||||||
Karyerası | |||||||
Kəpəz PFK, Neftçi PFK
|
|||||||
|
Mehman Allahverdiyev (13 yanvar 1960, Kirovabad) — Azərbaycanlı futbol mütəxəssisi.
Bioqrafiya
[redaktə | vikimətni redaktə et]Mehman Allahverdiyev Azərbaycan rekordunun müəllifidir. O, bir oyunda 10 qol vurub. Sonradan "Kəpəz"in baş məşqçisi kimi 3 Azərbaycan çempionluğu və 4 kuboku qazanan sabiq hücumçu 1992-ci ildə güclülər dəstəsində buna nail olmuşdur. O, Cəlilabadın "Ümid" komandası ilə görüşdə 10 dəfə rəqib qapıçını məyus etmişdi.Mehman Allahverdiyev məşqiçilik karyerasında 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanıb. Azərbaycanın ən titullu məşqiçilərindəndir.
2013-cü ildən Azərbaycanın əməkdar məşqiçisidir. Məşqçilik karyerası ərzində "Kəpəz" PFK-da çalışıb.
Gəncədə futbol deyiləndə ilk ağıla gələn şəxs məhz Mehman Allahverdiyevdir. Təbii ki, bu da onun uğurları və nəticələri ilə bağlıdır. Mehman Allahverdiyev "Kəpəz" PFK-nun bütün uğurlarının banisidir. SSRİ dövründə uzun müddət "Neftçi" komandasında hücumçu mövqeyində oynayıb. SSR-i dövrünün ən sürətli hücumçusu seçilib. SSRİ-nin məşhur spikeri Nikolay Ozerov[rus.] Allahverdiyin çox sürətli qaçmasına görə Qafqaz qaranquşu ləqəbini deyirdi ona. Qardaşı Füzuli Allahverdiyev isə Azərbaycan futbol tarixində bir klubun ən çox formasını geyinən futbolçu kimi tarixə düşüb. İmperatorun davamçısı isə doğma qardaşı oğlu Rəhman Allahverdiyevdir.